Əsas səhifə » Britaniyadan Rusiyaya qarşı yeni sanksiyalar

Britaniyadan Rusiyaya qarşı yeni sanksiyalar

BAKI, AzerVoice

Böyük Britaniya Rusiya ilə əlaqəli olan 134 gəmiyə qarşı sanksiyalar tətbiq edib.

AzerVoice xəbər verir ki, bu barədə məlumat Britaniya hökumətinin saytında yerləşdirilən “qara siyahı”da yer alıb.

Sənəddə qeyd olunub ki, sanksiyalara məruz qalan gəmilərin ümumi sayı 290-dan 424-ə yüksəlib.

Bundan əlavə, London BƏƏ-nin iki şirkəti – "Intershipping Services" və "Litasco Middle East DMCC" barəsində də məhdudiyyətlər tətbiq edib.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya Rusiya Hərbi Kəşfiyyat İdarəsinin üç bölməsinə və 18 əməkdaşına qarşı sanksiya tətbiq etmişdi. Böyük Britaniya Xarici İşlər Nazirliyi bildirmişdi ki, sanksiya tətbiq edilən şəxslər illərdir zərərli kiberfəaliyyətlərlə məşğul olmaqda, o cümlədən Böyük Britaniyada bu cür hücumlar təşkil etməkdə ittiham olunurlar.

Digər Kateqoriyalar

2025 © Azervoice