Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Azərbaycan İslam Ensiklopediyası

    Şimali Amerikanın yerli xalqları və Avropa yalanları

    26 Oktyabr 2025 22:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Azərbaycan İslam Ensiklopediyası

    Şimali Amerikanın yerli xalqları (digər adları ilə “Amerika hinduları”, “Yerli amerikalılar”, “Aborigenlər”, “Birinci amerikalılar”) bu qitənin ilkin sakinləridir. Tədqiqatçılar hesab edirlər ki, onlar təxminən 40.000–14.000 il əvvəl Asiyadan Şimali Amerikaya miqrasiya ediblər və zamanla bir-birindən fərqli, lakin yüksək səviyyədə inkişaf etmiş mədəniyyətlərə malik müstəqil xalqlara və dövlətlərə çevriliblər.

    Bu xalqlar müasir Alyaskadan başlayaraq Kanada və ABŞ ərazisinə qədər yayılmışdılar. Onların erkən dövrləri - yəni köç, məskunlaşma və mədəni inkişaf mərhələləri - arxeoloji tapıntılar (nizə ucluqları, daş alətlər, tikililər) əsasında müəyyən olunur və adətən aşağıdakı dövrlərə bölünür:

    Paleoindian – Clovis mədəniyyəti (təqr. e.ə. 40.000–14.000)

    Dalton – Folsom mədəniyyəti (təqr. e.ə. 8500–7900)

    Arxaik dövr (təqr. e.ə. 8000–1000)

    Meşə dövrü (təqr. e.ə. 500 – e. 1100)

    Mississipi mədəniyyəti (təqr. e. 1100–1540)

    Arxaik dövrdə, bəzi yerli icmalar ovçu-toplayıcı həyat tərzindən daha məskun və kənd təsərrüfatına əsaslanan həyata keçdilər. Bu, arxeoloji məkanlar - məsələn Watson Brake (təqr. e.ə. 3500) və Poverty Point (təqr. e.ə. 1700–1100) - kimi abidələrdə aydın görünür.

    Bu mədəniyyətlərin hamısı bir-birindən fərqli idi, lakin onları birləşdirən ortaq dünyagörüşü vardı:

    Uca gücə və ruhlara inam

    Cəmiyyətin fərddən üstün tutulması

    Təbiətlə qarşılıqlı əlaqədə qarşılıqlılıq (reciprocity) prinsipi

    Ayin və ənənələrin qorunması

    Müharibə və köləliyin sosial sistemin bir hissəsi olması

    Təbiət və resursların qorunması

    Bu icmalarda qadınlar yüksək hörmətə malik idilər - çox vaxt məsləhətçi və ya lider rolunda çıxış edirdilər.

    Zamanla bu icmalar “tayfa” və ya “millət” adlandırılan müstəqil birliklərə çevrildilər. Bu mədəniyyətlər artıq e. 980–1030-cu illər arasında, yəni vikinqlərdən Leif Eriksonun L’Anse aux Meadows (Nyufaundlend) məskənini qurduğu dövrdə formalaşmışdılar.

    XV əsrdə Avropalıların Amerikada kolonizasiya fəaliyyətinə başlaması ərəfəsində bu xalqlar artıq özünəməxsus siyasi, sosial və iqtisadi quruluşlara malik idilər. Avropalıların Şimali Amerikadakı ekspansiyası onların qədim torpaqlarını əlindən alsa da, bu xalqlar bu gün də mövcuddur. “Yox olmuş hindular” obrazı elə bir mifdir ki, XIX–XX əsr Avropa və Amerika alimlərinin yaratdığı “mərd vəhşi” kimi yanlış stereotiplərlə eyni kökdən gəlir.

    Bölgələr və xalqlar

    Tədqiqatçılar hesab edirlər ki, Şimali Amerikanın ilk sakinləri Asiyadan Berinq körpüsü (Bering Land Bridge) adlanan qədim quru keçidi vasitəsilə keçmişlər. Bu körpü min illər əvvəl müasir Sibir ilə Alyaskanı birləşdirirdi. Köç edən insanlar özləri ilə artıq əhilləşdirilmiş itləri də gətirmişdilər. Ehtimallara görə, bəzi qruplar quru körpüdən keçməklə yanaşı dəniz yolu ilə də gəlmiş, qitənin qərb sahilləri boyunca məskunlaşmış, oradan isə Cənubi Amerikaya qədər yayılmışdılar.

    Arxeoloji tapıntılar göstərir ki, bu miqrasiyalar bir deyil, bir neçə dalğa şəklində və uzun müddət ərzində baş verib. İnsanların niyə bu köçü etdikləri məlum deyil, lakin bəziləri iqlim dəyişikliyi, bəziləri isə yeni qida mənbələri axtarışı ilə bunu izah edir.

    Berinqiya adlanan bu keçiddən keçən insanlar əvvəlcə Alyaskada, sonra Kanadada, daha sonra isə indiki ABŞ ərazisində məskunlaşdılar. Son Buzlaşma Dövrünün maksimumunda (təqr. e.ə. 26.000) artıq insanlar cənuba doğru hərəkət edərək indiki Nyu-Meksiko ərazisinə qədər yayılmışdılar. Daha sonra iqlim isinməsi və buzlaqların əriməsi nəticəsində Berinq körpüsü təqribən e.ə. 10.000-ci ildə su altında qaldı və bu, quru yolu ilə köçlərin sonunu gətirdi. Buna baxmayaraq, bəzi insanlar hələ də dəniz yolu ilə miqrasiya etməyə davam etmiş ola bilərlər.

    Bu ümumilikdə elm tərəfindən qəbul edilmiş versiyadır, lakin qeyd edilməlidir ki, bunlar yalnız elmi fərziyyələrdir. Heç kim Şimali Amerikaya insanların dəqiq nə vaxt və haradan gəldiyini bilmir. Hər bir yerli xalqın öz mənşə hekayəsi - yaradılış və başlanğıc haqqında mif və əfsanəsi var.

    Hər halda, istənilən şəkildə baş vermiş olsun, Arxaik dövrə qədər yerli xalqlar artıq Şimali Amerikanın müxtəlif bölgələrində məskunlaşmış, özünəməxsus dil, mədəniyyət və kimliyə malik cəmiyyətlərə çevrilmişdilər. Onların sayı zamanla 500-dən çox “millət” və ya “tayfa” səviyyəsinə çatmış, ümumi əhali isə 6 milyondan 70 milyona qədər arasında dəyişdiyi ehtimal olunur.

    Məkan məhdudiyyətlərinə görə bütün bu xalqları sadalamaq mümkün olmasa da, aşağıda bölgələr və dil ailələri üzrə əsas xalqlar göstərilir:

    Arktika / Alyaska: Eskimo–Aleut xalqları - Aleutlar, Haidalar, İnuitlər, Tlinqitlər və digərləri.

    Kanada: İnuitlər, Metislər və 600-dən çox müxtəlif icmaya bölünən 50-dən artıq yerli xalq.

    Şimal-Qərb Sahili (Alyaskadan Şimali Kaliforniyaya qədər): Atabask, Çinuk, Haida, Salish və Tlingit xalqları - 60-dan çox tayfa.

    Şimali Meşəliklər (Böyük Göllərdən Missisipi vadisinə qədər): Alqonkin və İrokua xalqları - 50-dən çox sosial-siyasi birlik.

    Cənubi Meşəliklər (Alabama, Florida, Corciya, Luiziana, Missisipi, Cənubi Karolina, Tennessi): Maskoq, Yuchi, Siu və İrokua xalqları - təxminən 50 tayfa.

    Düzənliklər və Çöllər (Missisipi vadisindən Rokki dağlarına qədər): Alqonkin, Siu və Kaddo xalqları - 40-a yaxın tayfa.

    Plato bölgəsi (Vaşinqton, Oreqon, Aydaho və Kanadanın bəzi hissələri): Lutuam, Salish, Şahaptian və Vailatpuan xalqları - 20-dən çox tayfa.

    Böyük Hövzə (Kolorado, Nevada, Yuta, Vyoming, Aydahonun bir hissəsi): Uto-Astek xalqları – xüsusilə Şoşon və Payutlar - təxminən 10 tayfa.

    Kaliforniya: Hokan, Penut, Ritvan, Uto-Astek və Yukiya dilləri ailəsinə mənsub 30-a yaxın tayfa.

    Cənub-Qərb bölgəsi (Arizona, Kolorado, Nyu-Meksiko, Yuta və Meksikanın şimalı): Atabask, Pueblo, Tanoan, Uto-Astek, Yuman və Zuni xalqları - 50-dən çox tayfa.

    İcma inkişafı və kənd təsərrüfatı

    Bu xalqlar, Arxaik, Meşə və Mississipi dövrlərində formalaşmış erkən icmaların davamı olaraq, təxminən e. 1540-cı ilə qədər yüksək səviyyədə inkişaf etmiş sosial və siyasi quruluşlara malik millətlərə çevrilmişdilər.

    Bu mədəniyyətlərin kökləri Dalton–Folsom dövrünə qədər gedib çıxır. Həmin dövrün arxeoloji qazıntıları sübut edir ki, artıq o vaxt insanlar axirətə inanır, ruhlar aləmini qəbul edir və fərdi maraqlardan çox, icmanın rifahını önə çəkirdilər.

    Dalton–Folsom xalqları ov və tikinti üçün müxtəlif texnologiyalar yaratmışdılar: qazma və döymə alətləri, bıçaqlar, qaşovlar, çəkiclər və “atlatl” adlanan xüsusi nizə atıcı qurğu - bu alət nizənin sapına taxılır və qamçı kimi atılaraq əlin gücündən qat-qat daha uzağa və güclü şəkildə atılmasına imkan verirdi.

    Arxaik dövrdə (təqr. e.ə. 2100) Mezoamerika xalqları ilə ticarət əlaqələri nəticəsində qarğıdalı (məhs) Şimali Amerikaya gətirildi. Bu, ovçu-toplayıcı həyat tərzindən əkinçiliyə və daimi məskunlaşmaya keçidi təşviq etdi. Qarğıdalı qısa zamanda Şimali Amerikanın əsas ərzaq məhsuluna çevrildi.

    Sonradan Mezoamerikadan lobya və balqabaq da gətirildi və bu üç məhsul birlikdə “Kənd təsərrüfatının üç bacısı” kimi tanındı.

    Qarğıdalı - lobyanın dırmaşması üçün təbii dayaq yaradırdı;

    Lobya - torpaqdakı azotu bərpa edərək hər üç bitkini gücləndirirdi;

    Balqabaq - yarpaqları ilə torpağı kölgələyir, nəmliyi qoruyur və alaq otlarının böyüməsinin qarşısını alırdı.

    Bu üçlü sistem həm ekoloji, həm də qida baxımından mükəmməl harmoniya yaradırdı və bir çox millətlərdə əsas qida mənbəyinə çevrildi.

    Kənd təsərrüfatı geniş yayılsa da, ovçu-toplayıcı mədəniyyət hələ uzun müddət mövcudluğunu qorudu - bəzi xalqlar üçün əkinçilik sadəcə əlavə qida mənbəyi idi. Xüsusilə Böyük Düzənliklərdə yaşayan tayfalar uzun illər boyunca ovçuluqla məşğul olaraq yarımköçəri həyat tərzini davam etdirdilər.

    Cənub-Şərqi bölgələrin xalqları isə artıq e.ə. 5400-cü ildən başlayaraq böyük monumental tikililər ucaldırdılar və Watson Brake, Poverty Point, Etowa təpələri, Serpent Mound, Pinson Mounds, Moundville və ən məşhuru Kahokia kimi mərkəzlər yaratdılar. Kahokia şəhəri bir dövr üçün Şimali Amerikanın ən böyük şəhər mərkəzi idi.

    Bu şəhərlər, Pinson Mounds və ya Serpent Mound kimi astronomik-dini mərkəzlər istisna olmaqla, bir-biri ilə həm yerli, həm də uzaq məsafəli ticarət əlaqələri saxlayırdılar. Onlar arasında ticarət yolları, mübadilə dəyərləri və istehsal-paylama sistemləri formalaşmışdı. Bu, artıq inkişaf etmiş iqtisadi və sosial münasibətlərin mövcudluğunu sübut edir.

    Beləcə, bu dövrdə Şimali Amerikanın yerli xalqları yalnız təbiətə uyğun yaşayan icmalar deyil, möhkəm təşkilatlanmış, iqtisadi və mədəni baxımdan mürəkkəb cəmiyyətlər kimi formalaşmışdılar.

    Cəmiyyət, Ruhaniyyət və müharibə

    Qeyd edildiyi kimi, Şimali Amerikanın yerli xalqları bir-birindən fərqli və müstəqil mədəniyyətlərə malik idilər. Buna görə də onları tək bir “vahid mədəniyyət” kimi təsvir etmək yalnız ümumi xüsusiyyətləri baxımından mümkündür.

    Ümumilikdə, bu xalqların dünya və həyat anlayışı dərin şəkildə ruhani inanclardan və təbiətə olan hörmətdən qaynaqlanırdı. Onların dini sistemləri bütün kainatı canlı, ruhla dolu və müqəddəs bir varlıq kimi qəbul edirdi.

    Amerikalı alim Cek D. Forbes yazırdı: “Avropalı yazıçılar yerli amerikalıların inanclarını ‘animizm’ – yəni ‘canlılıq dini’ adlandırırdılar. Əslində, yerli xalqlar kainatı tam mənasıyla canlı və hərəkətli bir varlıq kimi görürdülər. Hər şeyin içində həyat nəfəsi olduğuna inanırdılar və bu, onlarda kainat qarşısında böyük bir şükranlıq və borcluluq hissi yaradırdı.
    Yerli Amerikalı dinlərinin əsas xüsusiyyəti minnətdarlıq idi - Yaradanın və yerin nemətləri qarşısında dərin sevgi, təşəkkür və ehtiram hissi.” (s.2)

    Bu dünyagörüşə görə, insan, heyvan, bitki və torpaq arasında fərq yoxdur - hamısı bir “böyük ruhun” (The Great Spirit) yaratdığı canlı bütövün parçasıdır.

    Lakin bu mənəvi harmoniya onların həmişə dinc yaşadıqları anlamına gəlmirdi. Tayfalar arasında zaman-zaman torpaq, su, ov bölgələri və nüfuz uğrunda müharibələr baş verirdi. Müharibələr çox vaxt su və ov hüquqları,qonşuların ərazilərinə müdaxilənin qarşısını almaq,tayfa şərəfini və gücünü qorumaq,eyni zamanda və ya əsirlərin ələ keçirilməsi məqsədi daşıyırdı.

    Əsirlər bəzən fidyə müqabilində azad edilirdi, bəzən isə kölə kimi saxlanılırdı.

    Ən çox istifadə edilən silahlar ox-yay, nizə, bıçaq və tomaqavk (balta) idi. Döyüşçülər bəzən heyvan dərisindən hazırlanmış qalxanlar, bəzən isə sümüklərdən və dəridən sinə zirehləri geyinirdilər. Döyüşdə öldürülən düşmənlərin saç dərisinin (skalpının) götürülməsi geniş yayılmış ənənə idi - bu, cəsarət və nüfuzun simvolu sayılırdı.

    Avropalıların sonralar yaratdığı romantik və ya qəddar hind obrazlarının əksinə olaraq, yerli xalqlar təşkilatlanmış ordu sistemlərinə malik idilər. Onlar rəsmi döyüşlər keçirir, əsir dəyişdirir və sülh müqavilələri bağlayırdılar. Müharibə, hər bir tayfanın şərəf anlayışının və icma tarazlığının bir hissəsi idi.

    Hər bir tayfa özünü “ən əsil” və “əsl insanlar” adlandırırdı. Maykl C. Conson qeyd edir ki:

    “Bir çox tayfa adları, sadəcə, ‘əsl insanlar’ və ya ‘ilk insanlar’ mənasını verir. Bu, onların dünyada öz mənşələrinə və kimliklərinə verdikləri dəyərin ifadəsidir.” (s.8)

    Eyni zamanda, Conson əlavə edir ki, bu gün istifadə olunan bir çox tayfa adları yerli xalqların öz adlarından fərqlidir - onların adları, çox vaxt, Avropalı səyyah və tədqiqatçılar tərəfindən verilmişdir.

    Bu xalqlar üçün öz tayfasının torpağı müqəddəs sayılırdı. İnsan, doğulduğu yerə və onu bəsləyən təbiətə ruhani borclu idi. Lakin bu anlayış Avropadakı “mülkiyyət hüququ” ilə heç bir əlaqəsi yox idi. Onlar torpağı “sahiblik” deyil, “əmənət və harmoniya” kimi qəbul edirdilər.

    Yerli inanclara görə, torpaq və onun nemətləri heç kimə aid deyildi - o, Yaradanın bütün canlılara bəxş etdiyi bir pay idi. Buna görə insanlar qarşılıqlı paylaşım və təbiətə minnətdarlıq ritualları vasitəsilə bu balansı qorumağa çalışırdılar.

    Amerikalı tədqiqatçı Lerri C. Zimerman bu rituallardan birini belə təsvir edir:

    “Yerli amerikalıların qədim inanclarının mərkəzində kainatın döyüntüləri ilə insanın həyat ritmləri arasında bir uyğunluq var. Bu harmoniya hər il rituallar vasitəsilə yenilənməlidir. ‘Torpaq yenilənməsi mərasimləri’ adlanan bu ayinlər adətən fəsillərlə və ya məhsul dövrləri ilə bağlı olur.
    Onlar ilk balıq, ilk qarğıdalı və ya ilk bizon mərasimləri şəklində keçirilirdi. Bu mərasimlər yalnız dini deyil, həm də təbiət dövranının yenilənməsi demək idi.” (s.230)

    Bu inaca görə, təbiət və insan bir-birindən ayrılmazdı; insan təbiətin sahibi deyil, onunla birlikdə nəfəs alan varlıq idi.

    Ümumiyyətlə, yerli xalqlar bir-birilə ticarət və mədəni əlaqələr saxlayır, çox vaxt sülh içində yaşayırdılar. Münaqişələr isə yalnız təbii resurslar və ya təhqir halları ilə bağlı baş verirdi.

    İdarəetmə, gündəlik həyat

    Yerli xalqlarda sosial sistem və idarəetmə formaları təbii nizam, icma birliyi və məsuliyyət paylaşımı prinsiplərinə əsaslanırdı.
    Cəmiyyətin təməlini ailə və klan təşkil edirdi. Hər bir ailə müəyyən klana mənsub olur, klanlar isə birləşərək tayfanı və ya milləti formalaşdırırdı.

    Tayfanın rəhbəri başçı adlanırdı. O, qərarları klan ağsaqqalları, şamanlar və hörmətli qadınlar ilə məsləhətləşərək qəbul edirdi. Bu, avtoritar deyil, məsləhətə əsaslanan konsensus idarəçiliyi idi.

    Bəzi xalqlar öz aralarında ittifaqlar və konfederasiyalar yaradırdılar.
    Ən tanınmış nümunə Haudenosaunee (İrokua Konfederasiyası) idi - bu birlik beş müstəqil xalqdan ibarət idi və onlar demokratik idarəetmə sisteminə əsaslanırdılar. Həmin sistem sonralar Amerika Birləşmiş Ştatlarının təsisçilərinə də ilham vermişdi.
    Oxşar modelə malik Powhatan Konfederasiyası da 30-dan artıq tayfanı birləşdirirdi. Hər tayfa muxtariyyətini qoruyur, lakin ümumi mərasimlərdə və müdafiə işlərində ali başçıya tabe olurdu.

    Yaşam tərzi və evlər

    Yerli xalqların ev tikintisi və məskunlaşma tərzi yaşadıqları coğrafiyaya tam uyğunlaşdırılmışdı.

    Böyük Düzənliklərin ovçu xalqları - məsələn, siular və çeyenlər - bizon dərisindən tikilmiş yüngül çadırlar istifadə edirdilər; bu evlər asanlıqla yığılır və köç zamanı daşınırdı.

    İnuitlər (Alyaska və Arktika bölgəsi) isə iglu adlanan dəri çadırlar tikirdilər.

    Pueblolar (Cənub-Qərb xalqları) günəşdə qurudulmuş kərpicdən, çoxmərtəbəli evlər və icma qalaları inşa edirdilər.

    Şimali meşəliklərdə yaşayanlar, xüsusilə İrokualar, uzun evlər (longhouse) tikirdilər. Bu evlər əyilmiş ağac gövdələrindən və qamış döşəmələrdən hazırlanır, bir dam altında bir neçə ailə yaşayırdı.

    Evlərin əksəriyyəti qadınlar tərəfindən tikilirdi, lakin baxımı və qorunması həm qadınların, həm də kişilərin vəzifəsi sayılırdı.

    Həyat günəşin doğuşu ilə başlayırdı. Bəzi tayfalar gün doğarkən müqəddəs alov qarşısında dua və təşəkkür mərasimi keçirirdilər. Daha sonra ocaqda və ya isti daşlarla qızdırılmış sobada səhər yeməyi hazırlanırdı. Ərzaq əsasən tərəvəz, balıq, ət, giləmeyvə və qoz-fındıqdan ibarət idi.

    Ovçuluq, adətən, kişilərin vəzifəsi idi, lakin qadınlar da ov yerlərinin hazırlanması, ov ətinin təmizlənməsi və tənzimlənməsi işində iştirak edirdilər.

    Qadınlar həmçinin geyimlərin hazırlanması, toxuculuq və bəzək işləri ilə məşğul olurdular. Heyvan dərilərindən və quş tükündən geyimlər tikilir, hər bir quş tükü və simvol ruhani mənaya malik olurdu.

    Qız uşaqları anaları və xalaları tərəfindən böyüdülür, ev işlərini, qida hazırlığını, uşaq tərbiyəsini öyrənirdilər.
    Oğlan uşaqları isə ataları və əmiləri tərəfindən tərbiyə olunur, ov, döyüş və icma müdafiəsi ilə bağlı bacarıqlara yiyələnirdilər.

    Evliliklər çox vaxt 13-15 yaşlı qızlar və 15-20 yaşlı oğlanlar arasında baş tuturdu. Bəzi hallarda bu evliliklər valideynlər tərəfindən razılaşdırılır, bəzən isə qarşılıqlı razılıqla həyata keçirilirdi.
    Ənənəyə görə, gəlin evlənəndən sonra ərinin ailəsi ilə birlikdə yaşayırdı.

    Mədəni həyat və musiqi

    Musiqi və hekayəçilik (xüsusilə nağıl və əfsanələrin şifahi ötürülməsi) həm əyləncə, həm də müalicə və dini mərasimlərin ayrılmaz hissəsi idi.
    Nağıl və dualar baraban sədaları altında oxunurdu.
    Müqəddəs nağmələr vasitəsilə xəstələrdən pis ruhlar qovulur, yağış və məhsul üçün dualar oxunurdu.

    Bu mərasimlər çox zaman rəqs və mifoloji səhnələrin canlandırılması ilə müşayiət olunurdu.
    Tayfanın şamanı - bəzən “müdrik qadın” və ya “müalicəçi kişi” adlandırılırdı - həm mənəvi rəhbər, həm də fitoterapiya ustası idi.
    Onlar xəstəlikləri yalnız dua ilə deyil, həm də təbii dərman bitkiləri ilə müalicə edirdilər.

    Məsələn: Söyüd qabığı ağrıkəsici kimi istifadə edilirdi (onun tərkibindəki salisil turşusu bu gün “aspirin”in əsas maddəsidir);
    Peyot, koka və datura bitkiləri anesteziya məqsədilə istifadə olunurdu;
    İlk inyeksiya üsulu (şpris konsepti) də yerli xalqlar tərəfindən hazırlanmışdı.

    İxtiralar və texnoloji nailiyyətlər

    Şimali Amerikanın yerli xalqları yalnız təbiətə bağlı icmalar deyildilər - onlar müxtəlif texnoloji və mədəni ixtirələrin müəllifləri idilər.

    Onların ixtiralarına və kəşflərinə aşağıdakılar daxildir:

    Tütün, günəbaxan, balqabaq, yerfındığı kimi bitkilərin becərilməsi;

    Parkalar, qayıqlar və nizə atıcı harpunlar;

    Şəhərsalma və yol şəbəkələri;

    Açıq hava məbədləri və teatr meydanları;

    Top və lövhə oyunları, həmçinin ov dəqiqliyini artıran atlatl texnologiyası;

    və daha sonralar bütün dünyada məşhurlaşan bir çox ideyalar: saqqız, ağcaqayın şərbətinin emalı, iki mərtəbəli çarpayı (bunk bed), kanoe (taxta qayıq), xokkey və lakros oyunu, gün eynəkləri,mokasin ayaqqabıları kimi sadə icadlar.

    Bu xalqların bir çox texnoloji yenilikləri Mesoamerika sivilizasiyalarından (məsələn, Maya və Azteklərdən) ilham almış, lakin yerli şəraitə uyğunlaşdırılmış şəkildə inkişaf etdirilmişdi.

    Avropalılar ilk dəfə Şimali Amerikanın yerli xalqları ilə XVI əsrin sonu və XVII əsrin əvvəllərində təmasda oldular.
    Bu qarşılaşmanın nəticələri demək olar ki, bütün xalqlar üçün faciəvi oldu.

    Avropadan gətirilən xəstəliklər - çiçək, vəba, qızılca və s. - qarşısında təbii immuniteti olmayan minlərlə yerli insan qısa müddətdə məhv oldu.
    Ardınca gələn müharibələr, deportasiyalar, köləlik və qətliamlar isə bu xalqların demoqrafik və mədəni varlığını daha da sarsıtdı.

    XVII–XIX əsrlərdə yürüdülən genosid siyasəti, həmçinin “mədəni assimilyasiya” adı altında həyata keçirilən zorakı tədbirlər - uşaqların ailələrdən alınaraq Avropa məktəblərinə yerləşdirilməsi, dil və adətlərin qadağan olunması - yerli xalqları tarix səhnəsindən silmək məqsədi daşıyırdı.

    Bu faciəli dövr nəticəsində Avropa dövlətləri və sonradan ABŞ, yerli xalqların əzəli torpaqlarına sahib çıxaraq, öz sərhədlərini genişləndirdilər.

    Lakin zaman keçdikcə bu xalqların siması və tarixi Avropa təsəvvürləri əsasında yenidən “formalaşdırıldı”. Şimali Amerikanın ilk sakinləri heç vaxt yox olmadılar.
    Onlar yaşayırlar, danışırlar, yaradırlar - və öz qədim torpaqlarının ruhunu bu günə qədər daşıyırlar.

    #Paleoindian #Şimali Amerikanın yerli xalqları #Clovis mədəniyyəti #Dalton – Folsom mədəniyyəti #Mississipi mədəniyyəti #Watson Brake #Poverty Point #Nyufaundlend #Yox olmuş hindular #Bering Land Bridge #Buzlaşma Dövrü #Eskimo–Aleut xalqları #Tlinqitlər #Çinuk #Mezoamerika xalqları #Kahokia #The Great Spirit #Haudenosaunee #İrokua Konfederasiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kolonial Amerikada Din

    26 Oktyabr 2025 23:00

    Şimali Amerikanın yerli xalqları və Avropa yalanları

    26 Oktyabr 2025 22:00

    Bir hadisə, iki baxış: Qədir-Xum mübahisəsinin tarixi kökləri

    26 Oktyabr 2025 11:02

    Həzrəti Məhəmmədin təhsilə baxışı: “Allah məni müəllim olaraq göndərmişdir”

    24 Oktyabr 2025 10:48

    Tunisdə vəfat edən azərbaycanlı alim Muhəmməd Bərdəi

    18 Oktyabr 2025 17:42

    UNESCO-ya rəhbərlik edən ilk ərəb Xalid əl-Ənani kimdir?

    15 Oktyabr 2025 11:50

    Mövlana Kəmaləddin Məsud ibn Hüseyn Şirvani

    13 Oktyabr 2025 18:12

    Cinlərlə dostluq mümkündürmü?

    11 Oktyabr 2025 13:59

    Cinlər insanlardan üstünmü, onlardan necə qorunmalı?

    9 Oktyabr 2025 14:18

    Çadırdan qübbəyə - Türk memarlıq düşüncəsinin təkamülü

    8 Oktyabr 2025 01:00

    Quranda adları keçən peyğəmbərlər

    7 Oktyabr 2025 19:00

    Dihya al-Kahina - Şimali Afrikanın qadın sərkərdəsi və azadlıq simvolu

    5 Oktyabr 2025 19:54
    Demo
    XƏBƏR LENTİ

    Zəfər xronikası. 27 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Bərdədə törətdiyi terrorlar bağlı paylaşım edib

    44 günlük Vətən müharibəsinin xronikası: 27 oktyabr

    Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan beş il ötür

    Tarixdə bu gün - 27 oktyabr

    Kolonial Amerikada Din

    Şimali Amerikanın yerli xalqları və Avropa yalanları

    Müharibənin adları dəyişir, mahiyyəti eyni qalır: döyüşün yeni doktrinası

    Nəsrullahın son istəyi və Tehranın susqunluğu

    XX əsr sənətinin simvolu - Pablo Pikasso

    Qəzza Məhkəməsi İsrailin Qəzzədəki cinayətlərini “Soyqırım” olaraq tanıdı

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.