Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Ayrı-seçkiliyi hədəf alan siyasət qəbuledilməzdir - Ərdoğan

    15 Dekabr 2025 22:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ayrı-seçkiliyi hədəf alan siyasətlərin qəbuledilməz olduğunu bəyan edərək, hökumətin daxili birlik, sosial ədalət və insan hüquqları prinsipindən geri çəkilməyəcəyini bildirib.

    AzerVoice xəbər verir ki, Prezident Ərdoğan bu fikirləri Prezident Sarayında keçirilən Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada səsləndirib. Onun sözlərinə görə, Türkiyə regionda və dünyada mürəkkəb geosiyasi proseslər fonunda müəyyən etdiyi strateji hədəflərə ardıcıl və qətiyyətlə doğru irəliləyir.

    Ərdoğan vurğulayıb ki, ölkənin gücü etnik, dini və məzhəbi fərqlərdən asılı olmayaraq cəmiyyətin bütün təbəqələrinin birliyindən qaynaqlanır. O bildirib ki, qadınlara, alevilərə, kürdlərə və digər sosial qruplara qarşı yönəlmiş təxribat xarakterli çağırışlara qarşı nifrət siyasətinə deyil, daha möhkəm həmrəyliyə üstünlük veriləcək.Prezident Ərdoğan Türkiyənin insan hüquqları və ədalət sahəsində əldə etdiyi nəticələrə də toxunub. Onun sözlərinə görə, son 23 ildə ölkədə məhkəmə infrastrukturu, hakim və prokurorların sayı əhəmiyyətli dərəcədə artırılıb, məhkəmə proseslərinin müddəti qısaldılıb.

    Ərdoğan qeyd edib ki, Türkiyənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına əməl etmə göstəricisi 90 faizə çataraq bir çox Avropa ölkələrini geridə qoyub. O, bu sahədə Türkiyəyə qarşı selektiv və qeyri-obyektiv yanaşmaların mövcud olduğunu da bildirib.

    Prezident çıxışında Qəzza, Suriya, Somali, Liviya və Yəməndə davam edən münaqişələrə toxunaraq, Türkiyənin bu bölgələrdə barış və ədalətə əsaslanan siyasət yürütməklə beynəlxalq ictimaiyyətə insan hüquqları baxımından nümunə göstərdiyini deyib.

    Ərdoğan İsrailin Qəzzada apardığı hərbi əməliyyatları sərt tənqid edib, eyni zamanda Suriyada uzun illər davam edən insan hüquqları pozuntularının beynəlxalq mexanizmlər tərəfindən qarşısının alınmadığını vurğulayıb.

    Prezident hökumətin nəqliyyat və logistika sahəsində genişmiqyaslı layihələri davam etdirdiyini bildirib. Onun sözlərinə görə, Türkiyənin dəniz ticarət donanması dünya üzrə ilk onluğa daxil olub, limanlarda yüklərin həcminin isə 2025-ci ildə 550 milyon tona çatması gözlənilir.

    Ərdoğan paytaxt Ankara üçün strateji əhəmiyyət daşıyan Esenboğa Hava Limanı metro xəttinin tikintisinə 2026-cı ildə başlanmasının planlaşdırıldığını da açıqlayıb.Prezident Macarıstan, Türkmənistan və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirildiyini, ikitərəfli ticarət dövriyyəsinin artırılması üçün konkret hədəflər müəyyən edildiyini bildirib.

    Sonda Ərdoğan vurğulayıb ki, hökumət fəaliyyəti boyunca ictimai etimadın qorunmasına xüsusi həssaslıqla yanaşılıb və bu yanaşma gələcəkdə də davam etdiriləcək.

    #Ərdoğan Qəzza açıqlaması #Prezident Ərdoğanın çıxışı #Türkiyədə nifrət siyasəti #Nazirlər Kabinetinin iclası #Türkiyənin insan hüquqları mövqeyi #Türkiyənin regional siyasəti #hüquqi islahatlar Türkiyə #nəqliyyat və infrastruktur layihələri #Erdogan cabinet meeting speech #Turkey rejects hate politics #human rights reforms in Turkey #Erdogan on Gaza and Syria #Turkey regional diplomacy #judicial reform Turkey #infrastructure investments Turkey #Ankara foreign policy stance #заявление президента Эрдогана #политика ненависти в Турции #права человека в Турции #позиция Анкары по Газе #региональная политика Турции #судебные реформы #инфраструктурные проекты Турции
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan rəqəmsal dövrün təhlükələri barədə xəbərdarlıq edib

    17 Yanvar 2026 19:05

    Hakan Fidan İraq və İordaniyalı həmkarları ilə regional gərginliyi müzakirə edib

    17 Yanvar 2026 17:46

    Tramp Ərdoğanı Qəzza Sülh Şurasına təsisçi üzv kimi dəvət edib

    17 Yanvar 2026 15:50

    Türkiyədə elektrikli avtomobillərin sayı 370 mini keçib

    17 Yanvar 2026 14:04

    Türkiyə 17 axtarılan şəxsi xaricdən gətirdi

    17 Yanvar 2026 13:25

    Türkiyədə 4 bal gücündə zəlzələ baş verib

    16 Yanvar 2026 14:59

    Türkiyənin tam elektrikli zirehli daşıyıcısı E-ZPT sınaqlardan uğurla keçib

    16 Yanvar 2026 14:56

    Yaşar Gülər ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsini qəbul edib

    16 Yanvar 2026 13:13

    İslam dünyasında təhlükəsizlik əməkdaşlığının yeni formatı: Ər-Riyad, Ankara və İslamabad daha da yaxınlaşır

    16 Yanvar 2026 12:06

    İstanbulda narkotik ticarəti ilə məşğul olan 23 şübhəli barəsində həbs qərarı verilib

    16 Yanvar 2026 10:17

    İsrailin Qəzzaya qarşı hücumlarına ən sərt reaksiya verən ölkə Türkiyədir - Ərdoğan

    11 Avqust 2025 20:14

    Ərdoğan Makronla Qəzzadakı vəziyyəti müzakirə edib

    27 İyul 2025 15:36
    Demo
    XƏBƏR LENTİ

    QSD ABŞ-ın Suriyada siyasi gigiyenik vasitəsi oldu - istifadə etdi və atdı

    Bu gün İndira Qandi Hindistanın Baş naziri seçildi

    Toni Bleyer Trampın Sülh Şurası üçün 1 milyard dollarlıq rüsuma dəstək vermədi

    Tarixdə bu gün – 19 yanvar

    Mark Karni NATO-nu Arktikanın təhlükəsizliyini təmin etməyə çağırdı

    Tramp NATO-nun baş katibi ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etdi

    Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəldi

    "Real" Portuqaliya millisinin üzvünü istəyir

    İran XİN: Tehranda heç bir diplomatik nümayəndəlik bağlanmadı

    Orta əsrlərin ensiklopedik dahisi - Əbu Reyhan Biruni kimdir?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.