Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Mehmet Akif Ersoyun test nəticələrində narkotik aşkar edilib

    15 Dekabr 2025 21:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Türkiyədə narkotiklə bağlı aparılan istintaq çərçivəsində həbs olunan Habertürk kanalının keçmiş baş redaktoru Mehmet Akif Ersoy və daha 9 şübhəli ilə bağlı Məhkəmə-Tibbi Ekspertiza Qurumu tərəfindən aparılan testlərin nəticələri açıqlanıb.

    AzerVoice xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində “istifadə məqsədilə narkotik və ya psixotrop maddə alma”, “qəbul etmək və ya saxlamaq”, həmçinin “narkotik maddə istifadəsinə şərait yaratmaq” maddələri üzrə həbs edilən 10 şübhəlidən saç və qan nümunələri götürülüb.

    Məhkəmə-Tibbi Ekspertiza Qurumu tərəfindən aparılan analizlərin nəticələrinə əsasən, Mehmet Akif Ersoy və daha altı nəfərin – Ela Rumeysa Cebeci, Ufuk Tetik, Şevkiye Dilara Yıldız, Mustafa Manaz, Ebru Gülan və Buse Öztayın narkotik testlərinin “müsbət” olduğu bildirilib.

    Rəsmi məlumatlara görə, Mehmet Akif Ersoyun saç nümunələrində “marixuana və onun metabolitləri” aşkar edilib. Bununla yanaşı, Ersoyun qan nümunələrində hər hansı narkotik maddəyə rast gəlinmədiyi qeyd olunub.

    Spiker Ela Rumeysa Cebecinin saç nümunələrində isə “marixuana, sintetik narkotiklər, kokain və metabolitləri”nin tapıldığı, qan analizlərində isə narkotik maddə izinə rast gəlinmədiyi bildirilib.

    İstintaq çərçivəsində digər şübhəlilərlə bağlı hüquqi prosedurların davam etdiyi bildirilir.

    Mehmet Akif Ersoy test nəticələrinin ictimaiyyətə açıqlanmasından sonra verdiyi açıqlamada ““ifadələrinin məqsəddən kənara çıxdığını”” bildirib və məsələ ilə bağlı hüquqi prosesin nəticəsini gözlədiyini qeyd edib.

    Qeyd edək ki, istintaq davam etdiyi üçün şübhəlilər barəsində yekun məhkəmə qərarı hələ verilməyib.

    #Türkiyədə narkotik istintaqı #Mehmet Akif Ersoy işi #Məhkəmə-Tibbi Ekspertiza Qurumu #mediada narkotik qalmaqalı #jurnalistlərlə bağlı istintaq #hüquqi proses Türkiyə #drug investigation in Turkey #Mehmet Akif Ersoy drug test #forensic test results #media figures under investigation #narcotics charges Turkey #forensic hair and blood tests #расследование по наркотикам в Турции #дело Мехмета Акифа Эрсоя #судебно-медицинская экспертиза #расследование прокуратуры Стамбула #результаты тестов на наркотики #медийный скандал #уголовное дело в Турции #проверка на наркотики
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan rəqəmsal dövrün təhlükələri barədə xəbərdarlıq edib

    17 Yanvar 2026 19:05

    Hakan Fidan İraq və İordaniyalı həmkarları ilə regional gərginliyi müzakirə edib

    17 Yanvar 2026 17:46

    Tramp Ərdoğanı Qəzza Sülh Şurasına təsisçi üzv kimi dəvət edib

    17 Yanvar 2026 15:50

    Türkiyədə elektrikli avtomobillərin sayı 370 mini keçib

    17 Yanvar 2026 14:04

    Türkiyə 17 axtarılan şəxsi xaricdən gətirdi

    17 Yanvar 2026 13:25

    Türkiyədə 4 bal gücündə zəlzələ baş verib

    16 Yanvar 2026 14:59

    Türkiyənin tam elektrikli zirehli daşıyıcısı E-ZPT sınaqlardan uğurla keçib

    16 Yanvar 2026 14:56

    Yaşar Gülər ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsini qəbul edib

    16 Yanvar 2026 13:13

    İslam dünyasında təhlükəsizlik əməkdaşlığının yeni formatı: Ər-Riyad, Ankara və İslamabad daha da yaxınlaşır

    16 Yanvar 2026 12:06

    İstanbulda narkotik ticarəti ilə məşğul olan 23 şübhəli barəsində həbs qərarı verilib

    16 Yanvar 2026 10:17

    PKK kürdlərin təhlükəsizliyinin təminatçısı ola bilməz - Suriya Prezidenti

    15 Yanvar 2026 20:02

    İsrail hökuməti Qəzzaya media girişini qadağan etməyə davam edir

    6 Yanvar 2026 13:00
    Demo
    XƏBƏR LENTİ

    QSD ABŞ-ın Suriyada siyasi gigiyenik vasitəsi oldu - istifadə etdi və atdı

    Bu gün İndira Qandi Hindistanın Baş naziri seçildi

    Toni Bleyer Trampın Sülh Şurası üçün 1 milyard dollarlıq rüsuma dəstək vermədi

    Tarixdə bu gün – 19 yanvar

    Mark Karni NATO-nu Arktikanın təhlükəsizliyini təmin etməyə çağırdı

    Tramp NATO-nun baş katibi ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etdi

    Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəldi

    "Real" Portuqaliya millisinin üzvünü istəyir

    İran XİN: Tehranda heç bir diplomatik nümayəndəlik bağlanmadı

    Orta əsrlərin ensiklopedik dahisi - Əbu Reyhan Biruni kimdir?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.