Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Ciddə hava limanı 2025-ci ildə 50 milyon sərnişinlə rekord göstəriciyə çatıb

    15 Dekabr 2025 20:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən Kral Əbdüləziz Beynəlxalq Hava Limanı (KAIA) 2025-ci il ərzində 50 milyonuncu sərnişinə xidmət göstərərək tarixi rekorda imza atıb. Bu göstərici krallıqda mülki aviasiyanın yaranmasından bəri bir hava limanı üzrə qeydə alınmış ən yüksək sərnişin sayıdır.

    AzerVoice xəbər verir ki, Səudiyyə Ərəbistanı Mətbuat Agentliyinin (SPA) məlumatına görə, rekord göstərici KAIA-nı sərnişin axını baxımından dünyanın iri “meqa hava limanları” sırasına daxil edib. Bildirilir ki, 2025-ci ildə qeydə alınan 50 milyon sərnişin göstəricisi 2024-cü ildəki 49,1 milyon sərnişinlə müqayisədə 1,83 faiz artım deməkdir.

    Məlumatda vurğulanır ki, bu nailiyyət hava limanında həyata keçirilən keyfiyyət transformasiyasını, onun regional nəqliyyat mərkəzi və krallığın dünyaya açılan əsas qapılarından biri kimi mövqeyinin möhkəmləndiyini əks etdirir.

    Hava limanının fəaliyyəti Səudiyyə Ərəbistanının qlobal turizm mərkəzi kimi mövqeyinin gücləndirilməsində, həmçinin iki Müqəddəs Məscidə – Məkkə və Mədinəyə səfər edən zəvvarların, ümrə icra edənlərin və turistlərin hərəkətinin asanlaşdırılmasında mühüm rol oynayır. KAIA məhz bu şəhərlərə aparan əsas hava qapısı kimi çıxış edir.

    50 milyonuncu sərnişin Parisdən Ciddəyə Saudia aviaşirkətinin reysi ilə gələn Fransa vətəndaşı olub. O, Ciddədə keçirilən idman turnirində iştirak etmək üçün ölkəyə səfər edib. Sərnişin hava limanını idarə edən JEDCO rəhbərliyi tərəfindən qarşılanıb və hadisə münasibətilə ona xatirə hədiyyəsi təqdim olunub.

    JEDCO-nun baş icraçı direktoru Mazen Cohar bildirib ki, 50 milyon sərnişin həddi hava limanının yüksək əməliyyat hazırlığını nümayiş etdirir və yaxın illərdə bu göstəricinin ikiqat artırılması istiqamətində görülən işlər üçün mühüm mərhələ hesab olunur.

    #Kral Əbdüləziz hava limanı #Ciddə beynəlxalq hava limanı #Səudiyyə Ərəbistanı aviasiyası #hava limanında sərnişin rekordu #Məkkə və Mədinəyə hava qapısı #King Abdulaziz International Airport #Jeddah airport passenger record #Saudi aviation growth #mega airports worldwide #gateway to Makkah and Madinah #аэропорт Джидды #рекорд пассажиропотока #гражданская авиация Саудовской Аравии #воздушные ворота Мекки и Медины
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Toni Bleyer Trampın Sülh Şurası üçün 1 milyard dollarlıq rüsuma dəstək vermədi

    19 Yanvar 2026 00:19

    Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəldi

    18 Yanvar 2026 22:00

    İran XİN: Tehranda heç bir diplomatik nümayəndəlik bağlanmadı

    18 Yanvar 2026 21:01

    Şahbaz Şərif Qəzzada Sülh Şurasına qoşulmaq üçün Trampdan dəvət alıb - Pakistan XİN

    18 Yanvar 2026 17:27

    Suriya ordusu SDQ terrorçularına qarşı ciddi irəliləyiş əldə edib

    18 Yanvar 2026 17:08

    “Hizbullah” Aunun çağırışlarından narazıdır, lakin tək qalmaqdan ehtiyat edir

    18 Yanvar 2026 14:00

    Keçən il Trabzon hava limanında sərnişindaşıma 3 milyon nəfəri keçib (ÖZƏL)

    18 Yanvar 2026 10:00

    Keçən il Muğla Milas Bodrum hava limanında sərnişindaşıma 4 milyon nəfəri keçib (ÖZƏL)

    13 Yanvar 2026 17:26

    Keçən il Muğla Dalaman hava limanında sərnişindaşıma 5 milyon nəfəri keçib (ÖZƏL)

    12 Yanvar 2026 13:11

    Keçən il Antalya hava limanında sərnişindaşıma 39 milyon nəfəri keçib (ÖZƏL)

    10 Yanvar 2026 13:45

    Qaziantep hava limanında sərnişindaşıma 2 milyon nəfəri keçib (ÖZƏL)

    18 Dekabr 2025 12:00

    Keçmişdən Bu Günə Həcc Yolları

    16 May 2025 09:00
    Demo
    XƏBƏR LENTİ

    QSD ABŞ-ın Suriyada siyasi gigiyenik vasitəsi oldu - istifadə etdi və atdı

    Bu gün İndira Qandi Hindistanın Baş naziri seçildi

    Toni Bleyer Trampın Sülh Şurası üçün 1 milyard dollarlıq rüsuma dəstək vermədi

    Tarixdə bu gün – 19 yanvar

    Mark Karni NATO-nu Arktikanın təhlükəsizliyini təmin etməyə çağırdı

    Tramp NATO-nun baş katibi ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etdi

    Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəldi

    "Real" Portuqaliya millisinin üzvünü istəyir

    İran XİN: Tehranda heç bir diplomatik nümayəndəlik bağlanmadı

    Orta əsrlərin ensiklopedik dahisi - Əbu Reyhan Biruni kimdir?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.