Əsas səhifə » Məzhəbləri aşan dirəniş: İslam dünyasında birlik axtarışı

Məzhəbləri aşan dirəniş: İslam dünyasında birlik axtarışı

BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

Bu haqda çox yazıram. Bəzən dostlar zarafatla deyir: "Ayə, az yaz!" Mən də gülümsəyib cavab verirəm: “Dahiləri anlamaq gec baş verir.”

Bəli, bütün din ardıcıllarında olduğu kimi, biz müsəlmanlar arasında da məzhəb ixtilafları olub. Amma sülh anları da yaşanıb. Ta ki, biz işğal edilənə qədər. Bizi ruslar, ingilislər, fransızlar, portuqallar, hollandlar, belçikalılar və digərləri işğal etdilər. Şiə də məhkum oldu, sünni də.

Bu əsrlər ərzində həm şiə dünyasında, həm sünni dairələrdə mövhumat yayıldı, düşüncə dondu, təslimçilik dəyərlər səviyyəsinə yüksəldi. Və gəldik XX əsrə — bir tərəfdə Osmanlı süqut etdi, digər tərəfdə Qacar xanədanı. Onların yerini isə ifrat sekulyar sistemlər aldı. Artıq işğal silahla yox, təhsil sistemində, mədəniyyətdə və zehniyyətlərdə rəsmiləşdi.

Belə bir ortamda Həsən əl-Bənna, Əbül-Əla Mevdudi, Seyyid Qütb kimi isimlər ortaya çıxdı. Onlar nə təkfirçi idilər, nə də radikal. Məzhəbləri aşan bir düşüncə ortaya qoydular. Eyni cəhd şiə düşüncəsində də var idi: Əli Şəriəti, Nəvvab Səfəvi kimi adlar. Onlar da məzhəb üstü bir dirənişin mədəni əsaslarını formalaşdırmağa çalışdılar.

Bu insanlar düşüncəni diriltmək istədilər. Amma ilk daş atanlar kimlər oldu? Özlərini "ənənə"nin qoruyucusu hesab edənlər — əhli-beytin hafizləri, əhli-sünnətin qalaları. Onlar bir araya gəlməkdən deyil, sərhədlər çəkməkdən yana oldular.

Buyurun olun məzhəbdə. Mən də olaram. Amma məzhəb üstü düşünməsəniz, sevinclərinizin kölgəsində daha neçə Qəzzalı uşaq yanacaq... Siz isə sevinəcəksiniz. Amma nəyə?

Hətta, sevinəcəksiniz ki, bir babanız o biri babanızı yaman məğlub elədi. Özünü ovudacaqsınız. 500 illik öncə verilən fətvalar ilə

Digər Kateqoriyalar

2025 © Azervoice