Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Tramp–Netanyahu görüşü: Qəzzada atəşkəsin açarı Vaşinqtondadır?

    7 İyul 2025 10:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    ABŞ prezidenti Donald Trampın bazar ertəsi günü İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirəcəyi görüş Qəzzada atəşkəsin elan olunması və uzun müşavirələrdən sonra ciddi danışıqlar mərhələsinə keçid üçün zəmin yaradacaq.

    Netanyahunun bu görüşü, Trampın ikinci prezidentlik dönəmindən bəri Ağ Evə üçüncü səfəridir. Hazırda Ağ Evdə görüşün ABŞ-İsrailin İran əleyhinə birgə hücumundan sonra bir növ "qələbə bayramı" formatında təşkili üçün hazırlıqlar gedir.

    Görüşdə əsas müzakirə mövzularının Qəzzadan başlayaraq İranda vəziyyətin qiymətləndirilməsi, Tehrana qarşı uran zənginləşdirilməsi ilə bağlı qırmızı xətlərin müəyyən edilməsi və bu məsələlər ətrafında danışıqların davamı və ya hərbi müdaxilə ehtimalları olacağı gözlənilir. Həmçinin, Livan və Suriya məsələləri də müzakirə gündəminə daxil edilib. Tramp isə İsraillə münasibətlərin qurulması mənasında "İbrahim anlaşmaları"na yeni dövlətlərin əlavə olunmasına marağını gizlətmir.

    Trampın İsrailin Qəzzada iki aylıq müvəqqəti atəşkəs çərçivəsini qəbul etdiyini və HƏMASın da buna müsbət cavab verdiyini bildirməsi fonunda suallar yaranır: Tramp Netanyahunu nə ilə razı salacaq və bu görüş doğrudan da İsrailin müharibəni dayandırmasına gətirib çıxaracaqmı? Halbuki, HƏMAS bu məsələdə hələ də təkidlə "müharibənin tamamilə dayandırılması" şərtində israr edir.

    ABŞ administrasiyasının rəsmiləri bildirirlər ki, prezident Tramp atəşkəs və HƏMASın əlində olan girovların azad olunması, habelə "düşmənçiliyin dayandırılması" üçün razılaşma əldə olunmasına ümid edir.

    Mənbələrdən sızan məlumatlara görə, Tramp "İbrahim anlaşmalarının genişləndirilməsi üzrə məsləhətləşmələrin elan olunmasını" istədiyini bildirib. Bu isə prezidentin, Netanyahunu müharibəyə son qoymağa razı salmaq üçün, daha geniş bir "çoxtərəfli razılaşma" ideyasına əsaslanır. Beləliklə, İsrail-İran arasında baş verən 12 günlük müharibədən sonra bölgədə qüvvələr balansının yenidən qurulması hədəflənir.

    Optimist ssenariyə əsasən, Trampın prezidentlik qabiliyyəti və uğurlu siyasətləri Qəzzadakı müharibəyə son vermək istiqamətində öz bəhrəsini verəcək. Amma bunun əksinə olaraq bədbin ssenariyə əsasən, Tramp, İsrailin tələbləri ilə HƏMAS-ın şərtləri arasındakı ciddi fikir ayrılıqları səbəbilə atəşkəs elan etmək yerinə, sadəcə "razılaşmaya yaxınlaşma" bəyanatı ilə kifayətlənə bilər.

    Birinci ehtimal: Optimist baxış

    Əvvəlki danışıqların uğursuzluğundan sonra optimist ssenarinin arxasında dayanan məntiq prezident Trampın siyasi qələbə qazanmaq istəyi ilə bağlıdır. Tramp Netanyahuya hərbi hədəflərinə çatmaq, hakimiyyətdə daha uzun müddət qalmaq və korrupsiya ittihamları üzrə israilli prokurorların təzyiqlərini azaltmaq üçün kifayət qədər zaman verib.

    Analitiklərə görə, Tramp Yaxın Şərqdə xaosu sona çatdırmaq və ABŞ-ın bu prosesdə zəmanətçi rolunu vurğulamaqla öz verdiyi "sülh və sabitlik" vədlərini yerinə yetirdiyini göstərmək istəyir.

    Yəhudi Milli Təhlükəsizlik İnstitutunun tədqiqatçısı Con Hana qeyd edir ki, Trampın HƏMASı sıradan çıxarma planı ilə paralel olaraq razılaşmanı irəlilətmək məqsədilə əsas hədəfi fələstinliləri "HƏMASdan sonrakı bir gələcəyin mümkünlüyünə" inandıracaq alternativ yaratmaqdır.

    İsrail və ABŞ ictimaiyyətində geniş qəbul görən təkliflərdən biri Qəzzada yerli fələstinli tayfaların "muxtar idarəetmə bölgələri" qurmasıdır. Bu sistemdə daxili təhlükəsizliyi Qəzza sakinləri təmin edər, müdafiə məsələlərinə isə İsrail ordusu cavabdeh olar.

    "Vaşinqton Post" qəzetinin yazdığına görə, "Netanyahu hökumətindəki radikal sağçılara baxmayaraq, hələ də sülh razılaşmasına razılıq verə biləcək gücə malikdir". Bu, ABŞ-İsrailin İrana endirdiyi birgə zərbələrdən sonra Netanyahunun reytinqinin artması və 20 aylıq hərbi əməliyyatların girovları azad etməyin ən effektiv yolunun danışıqlar olduğunu göstərməsi ilə əlaqələndirilir. Həm də bu müddətdə Qəzzaya tam nəzarət etmək çətinliyinin ortaya çıxması da buna əlavə dəlildir.

    Nyu-Yorkdakı "İsrail Siyasət Forumu"nun tədqiqat direktoru Şira Evron isə bildirib ki, "Trampın aydın çağırışı və razılaşmaya nail olmaq istəyi, bu müharibəni dayandırmaq üçün real siyasi iradənin mövcudluğuna dəlalət edir". O qeyd edib: "Düşünürəm ki, biz tam bir atəşkəs yox, amma məqbul sayılacaq qismən razılaşma görəcəyik."

    İkinci ehtimal

    Bununla belə, İsrailin BMT-dəki səfiri Dani Dannonun jurnalistlərə verdiyi açıqlamaya görə, İsrail atəşkəsi "müharibəni tamamilə dayandırmaq yox, döyüşü davam etdirmək üçün seçimləri saxlamaq" kimi qəbul edir. Bu isə HƏMASın əsas şərtləri – "düşmənçiliyin tam dayandırılması" və "İsrail qüvvələrinin Qəzzadan çıxması" ilə ziddiyyət təşkil edir.

    İsrail mediasında yayılan xəbərlərə görə, Netanyahu radikal sağçılar İtmar Ben Qvir və Betsalel Smotriçə bildirib ki, "müharibə yalnız fələstinli qrupların silahsızlandırılmasından sonra bitəcək".

    Netanyahu həm girov ailələrinin qəzəbini azaltmaq, həm də hərbi əməliyyatlara yenidən başlama haqqını əlində saxlamaq məqsədilə, atəşkəsə doğru addımlar atmaqla öz şərtlərini qəbul etdirməyə çalışır.

    O, eyni zamanda narahatdır ki, əgər müharibəni başa çatdırsa, onu gözləyən məhkəmə prosesi hökumət rəhbəri postuna son qoyacaq. Bu səbəbdən Trampı müharibəni dayandırmağın riskləri barədə inandırmağa çalışır. Netanyahu hesab edir ki, müharibə onun hökumətinin 2026-cı ilin oktyabr ayında keçiriləcək seçkilərə qədər davam etməsi üçün yeganə əsasdır.

    Analitiklərin fikrincə, Netanyahu Qəzzaya qarşı müharibəni davam etdirmək niyyətindədir. Onun məqsədi kifayət qədər siyasi təsir gücü toplamaq, barəsindəki məhkəmə işlərini dayandırmaq və hakimiyyətdə qalmaq üçün kütləvi dəstək bazası formalaşdırmaqdır.

    Netanyahunun Vaşinqtona səfəri korrupsiya ittihamları üzrə məhkəmədə dindiriləcəyinin təxirə salınmasına səbəb olub. İsraildə məhkəmələrin yay tətilinə 21 iyulda başlaması və sentyabrın əvvəlində bərpa olunacağı nəzərə alınsa, Netanyahu bu dövrdə hüquqi təqiblərdən rahatlıq tapacaq.

    Hazırda razılaşmanın detalları iki ay ərzində 10 diri girovun və 18 meyitin qaytarılmasını nəzərdə tutur. Bu isə HƏMAS-ın əlində olan ümumilikdə 50 girovdan 28-nin azad olunması deməkdir. Əvəzində Qəzzaya humanitar yardımın daxil olmasına və çox sayda fələstinli məhbusun azad olunmasına razılıq verilməsi gözlənilir.

    #Benyamin Netanyahu #Donald Tramp #HƏMAS və Hizbullah əlaqələri #Trampın Qəzza planı #Qəzza blokadası #İsrail-HƏMAS atəşkəsi #HƏMAS girovları #Donald Tramp və Qəzza planı #Qəzza sakinlərinin köçü #HƏMAS və İslami Cihad #HƏMAS və Qərb Sahilində təsir #HƏMAS-ın Qərb Sahilində yüksəlişi #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Körfəz ölkələrinin Qəzzaya dəstəyi #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət #Donald Tramp 2025 siyasəti #Donald Tramp Qəzzə planı #Qəzza böhranı və Qərbin mövqeyi #HƏMAS-ın bəyanatı #7 Oktyabr HƏMAS hücumu #HƏMAS-ın qəfil hücumu #HƏMAS və İsrail müharibəsi #HƏMAS-ın hərbi strategiyası #İsrail hökuməti HƏMAS hücumuna niyə hazır deyildi? #HƏMAS İsrailə necə hücum etdi? #ABŞ-ın HƏMAS-a qarşı strategiyası #HƏMAS-ın girovlarla bağlı siyasəti #HƏMAS və İsrail münaqişəsi #Həmasın təşkilati strukturu #Xalq HƏMAS-ın uzaqlaşdırılmasını istəyir #HƏMAS-ın raket atışları təxliyələrə səbəb olur #İsrailin HƏMAS-a qarşı siyasəti #HƏMAS və İsrail #Netanyahu və ordu rəhbərliyi arasında gərginlik #Donald Tramp Suriya qərarı #Netanyahuya Trampdan təzyiq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrailin Qəzzaya hücumlarında həlak olanları sayı 71 minə çatır

    22 Dekabr 2025 15:44

    ABŞ, Qətər, Misir və Türkiyə Qəzzada təmkinli olmağa çağırır

    21 Dekabr 2025 13:12

    Türkiyə, ABŞ, Qətər və Misir Miami-də Qəzza üzrə görüş keçirib

    20 Dekabr 2025 16:16

    Putinin xüsusi nümayəndəsi ABŞ-a gedib

    20 Dekabr 2025 11:29

    Strateji tərəfdaşımız Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyirik - ABŞ səfirliyi

    20 Dekabr 2025 10:48

    Epşteyn sənədləri yayımlandı - Bill Klinton, Maykl Cekson və başqaları...

    20 Dekabr 2025 10:22

    "Tramp marşrutu" Azərbaycanda ixracın artımına və iqtisadi inkişafa töhvə verəcək - "Fitch"

    19 Dekabr 2025 17:30

    ÜST Qəzzada tibbi təxliyə gözləyən mindən çox xəstənin həyatını itirdiyini açıqlayıb

    19 Dekabr 2025 16:01

    İsrail ordusu Qəzza Zolağını hava hücumları təşkil edib

    19 Dekabr 2025 12:40

    İsrail və Misir arasında 35 milyard dollarlıq təbii qaz ixracı sazişi imzalanıb

    19 Dekabr 2025 11:35

    ABŞ-da Green Card proqramı müddətsiz dayandırılıb

    19 Dekabr 2025 10:55

    Qəzzada humanitar əməliyyatlar çökə bilər - BMT

    18 Dekabr 2025 11:30
    Demo
    XƏBƏR LENTİ

    ABŞ səfiri İranın nüvə obyektlərini yenidən bərpa etməyə çalışdığını bildirib

    İŞİD-in intihar aktı üçün hazırladığı terrorist saxlanılıb - MİT

    Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    Ukrayna Donetski itirə biləcəyini qapalı danışıqlarda qəbul edir - ABŞ vitse-prezidenti

    Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

    “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun iclası keçirilib

    Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzi (ICHCAP) tərəfindən təşkil edilən Beynəlxalq Konfransında iştirak edib

    Görürük ki, SDQ irəliləyiş əldə etmək niyyətində deyil - Hakan Fidan

    İran Ordusu sərhəd təhlükəsizliyini gücləndirir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.