Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    İsrailli Əsgər Qəzzada Mülki Şəxslərin Öldürülməsini Etiraf Etdi

    8 İyul 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

    Müsahibələrdən birində Qəzzada üç dəfə hərbi əməliyyatda iştirak etmiş israilli ehtiyat əsgəri etiraf edib ki, xidmət etdiyi bölməyə tez-tez “qadağan zona” elan edilən ərazilərə daxil olan hər kəsə – təhlükə yaratsın və ya yaratmasın – atəş açmaq əmri verilirdi. Onun sözlərinə görə, bu qayda nəticəsində mülki şəxslər olduğu yerdəcə öldürülürdü. Əsgər əlavə edib ki, əsgərlər arasında Qəzzada yaşayan hər kəsin “terrorçu” olduğuna dair ümumi bir fikir formalaşıb.

    İngiltərənin "Sky News" kanalına danışan əsgər deyib: “Əgər kimsə bizim mövcud olduğumuz əraziyə daxil olursa, əmrlər sadədir: o, öldürülməlidir”. O əlavə edib: “Əgər o ərazidədirsə, deməli təhlükəlidir və kimliyindən asılı olmayaraq vurulmalıdır”.

    Adının açıqlanmasını istəməyən əsgər bildirib ki, israilli əsgərlər tərəfindən mülki şəxslər qeyri-qanuni və özbaşına şəkildə öldürülürdü. Onun sözlərinə görə, atəş açmaqla bağlı qaydalar qeyri-müəyyəndir və komandirin iradəsindən asılı olaraq daim dəyişir.

    Ehtiyatda olan bu əsgər İsrail ordusunun 252-ci diviziyasının tərkibində iki dəfə “Nətsarim dəhlizi”nə göndərilib. Müharibənin əvvəlində yaradılan bu dəhliz Qəzzanı dənizdən sərhədə qədər iki yerə ayıran dar bir zolaq idi və məqsəd İsrail ordusunun sektor daxilində hərbi nəzarətini gücləndirmək idi.

    Əsgər deyib ki, bölməsi Qəzzada mülki yaşayış zonasının kənarında yerləşən zaman israilli əsgərlər fələstinli məcburi köçkünlərə məxsus bir evdə yerləşdirilmişdi. Bu evin ətrafı görünməz bir sərhəd – əslində xəyalı bir xətt – kimi müəyyənləşdirilmişdi. Bu ərazi Qəzza sakinləri üçün “qadağan zona” sayılırdı. Əsgər edir: “Bizə deyirdilər ki, bu xətti bütün Qəzza əhalisi tanıyır və ora keçməyin qadağan olduğunu bilir. Bura gələn hər kəs – hətta sadəcə velosiped sürən bir yeniyetmə olsa belə – dərhal hədəf hesab edilirdi”.

    Əsgər qeyd edib ki, əsgərlər arasında belə bir inanc formalaşıb: “Qəzzada heç kim günahsız deyil”. Onun sözlərinə görə, bu yanaşma əsgərlərə rəhbərlik edən komandirlər tərəfindən nəinki sorğulanmır, əksinə tez-tez dəstəklənir. “Onlar sənə heç vaxt evinə yaxınlaşan mülki şəxslər barədə danışmırlar. Nətsarim yolunda mən bunu yaşadım. Deyirdilər ki, bura gələn şəxs onun qadağan zona olduğunu bilir, deməli, o, terrorçudur.Amma mən bunun doğru olmadığını düşünürəm. Onlar sadəcə kasıbdırlar, çıxış yolu olmayan mülki insanlardır”.

    Əsgər bildirir ki, atəş açmaqla bağlı əmrlər daim dəyişirdi və bu isə mülki şəxslərin taleyini əsgərlərin əhval-ruhiyyəsinə və komandirin gününə buraxırdı: “Bəzən onları vururdular, bəzən həbs edirdilər. Hər şey həmin günə və komandirin qərarına bağlı idi”.

    Əsgər müsahibəsində sərhədi keçən bir kişinin necə vurulduğunu xatırlayır. Daha sonra cəsədinə yaxınlaşan başqa bir şəxsin də vurulduğunu qeyd edir. Bir müddət sonra bu cür hallarda saxlanılma əmri verilsə də, saatlar sonra əmr yenidən dəyişdirilib və “xəyalı xətti” keçən hər kəsə dərhal atəş açılması əmr olunub.

    Əvvəllər əsgərin bölməsi Qəzzanın Şucaiyə bölgəsinin yaxınlığında yerləşirdi. Orada “qadağan zona” daxilində metal və günəş panelləri toplayan fələstinliləri müşahidə etmişdi. O deyib: “Orada heç bir terrorçu yox idi. Hər komandir öz istədiyini edir. Bura reallıqdan uzaq, qeyri-müəyyən bir dünya kimidir. Bəzi komandirlər istədiklərini edə bilər – müharibə cinayətləri və digər ağır əməllər – və heç bir cəza almadan”.

    Əsgər əlavə edib ki, onun bəzi yoldaşları Qəzzada günahsız insan olmadığına tam əmindirlər və bunu HƏMAS-ın 7 oktyabr 2023-cü ildə həyata keçirdiyi hücumla əsaslandırırlar. Həmin hücumda 1200 nəfər öldürülmüş, 250 nəfər isə girov götürülmüşdü. Sonradan İsrail ordusu tərəfindən onlarcası xilas edilib, lakin təxminən 50 nəfərin hələ də girov olduğu, 30-a yaxın şəxsin isə artıq öldüyü güman edilir.

    Qəzzaya qarşı həyata keçirilən İsrail hücumları sektorun böyük hissəsini yerlə-yeksan edib və 57 minə yaxın fələstinlinin – əsasən qadınlar və uşaqların – ölümünə səbəb olub. Bu rəqəmlər yerli səhiyyə orqanları tərəfindən açıqlanıb.

    Əsgər deyir ki, israilli əsgərlər bir-biri ilə qətllər barədə açıq danışırdılar: “Deyirdilər: ‘Bəli, bu insanlar 7 oktyabrda baş verənləri dayandırmaq üçün heç nə etmədilər, bəlkə də başımıza gələnlərə sevinirdilər. Ona görə də ölməyi haqq edirlər’”. O əlavə edib: “Onlara heç kim yazığı gəlmir. Məncə, əsgərlərin çoxu həqiqətən də etdiklərinin doğru olduğuna inanırdı. Onların fikrincə, bu insanlar günahsız deyil”.

    İsraildə əsgərlərin orduya açıq tənqidi nadir hallarda baş verir. Bu əsgər isə anonim qalmaq şərtilə danışmağa qərar verib. Çünki o, xəyanətkar damğası alacağından və cəmiyyət tərəfindən təcrid olunacağından qorxur. Amma danışmaq ehtiyacı hiss etdiyini bildirib: “Pis bir şeyin bir hissəsi olduğumu hiss edirəm və indi bunu düzəltmək üçün yaxşı bir iş görmək istəyirəm. Ona görə danışmağa qərar verdim. Hələ də bir əsgər və vətəndaş olaraq bu prosesin içindəyəm və bu məni çox narahat edir.Müharibə – həm biz, həm də fələstinlilər üçün çox dəhşətli bir şeydir və düşünürəm ki, bu, dərhal dayandırılmalıdır”.

    Əsgər sonda belə deyir: “İsrail cəmiyyətinin özünü və ordusunu tənqid etməsi çox çətindir. İnsanların çoxu nəyi dəstəklədiklərini anlamırlar. Onlar düşünürlər ki, müharibə lazımdır, girovlar qaytarılmalıdır. Amma bunun nəticələrindən xəbərsizdirlər”.

    “İnanıram ki, əgər insanlar baş verənləri tam şəkildə bilsələr, bununla rahatlıqla barışmazdılar. Ümid edirəm ki, bu barədə açıq danışmaq hər şeyin istiqamətini dəyişə bilər”.-deyə əsgər müsahibəsində bildirib.

    #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #HƏMAS #Ordu #əsgər #İsrail ordusu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #İsrail və HƏMAS müharibəsi #HƏMAS İsrail münaqişəsi #HƏMAS və İsrail müharibəsi #HƏMAS və İsrail münaqişəsi #Netsarim dəhlizi #İsrail və HƏMAS qarşıdurması #İsrail və Qəzza münaqişəsi #Qəzza münaqişəsi 2025 #HƏMAS və İsrail arasında müharibə #mülki şəxslər #müharibə cinayəti #hərbi əmrlər #7 oktyabr 2023 hücumu #əsgər etirafı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rəfahda tunellərdə qalan daha doqquz fələstinlini həlak olub

    16 Fevral 2026 16:34

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    16 Fevral 2026 14:14

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    16 Fevral 2026 13:52

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    İsrailin addımı sülh səylərinə zərbə vurur - Səudiyyə XİN

    16 Fevral 2026 11:42

    Fələstin dövlətini tanımamaq üçün heç bir hüquqi əsas yoxdur - Fələstin XİN rəhbəri

    16 Fevral 2026 10:07

    İsrailin Livanda endirdiyi zərbə nəticəsində 4 nəfər həlak olub

    16 Fevral 2026 10:02

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46
    XƏBƏR LENTİ

    Fələstinli məhbusların təhqir olunması ilə bağlı İsrail nazirinə qarşı ittihamlar irəli sürülüb

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Serbiyaya səfərindən görüntülər paylaşılıb

    İsrail F-35I qırıcılarının uçuş məsafəsini artırdığını bəyan edib

    Azərbaycan və Serbiya gələcək əməkdaşlıq planlarını şaxələndirir - Sevil Mikayılova

    Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak edib

    Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

    Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib

    Londonda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

    Bakı Fond Birjası Yelo Bank-da ilk "Yelo İnvestisiya Paneli" ndə iştirak edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.