Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Təhlil

    Husilər və utanc mədəniyyəti

    16 Oktyabr 2024 16:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice/ ArabAz


    Yəməndə utanc anlayışı qadınları çox sıxışdırırdı, lakin eyni zamanda onları qorumaq baxımından qadınlara üstünlüklər verirdi.

    Bu üstünlüklər hüquqi mənada müsbət olmaya bilər və daha çox kişinin şərəfi və onu razı salmaq məqsədi ilə əlaqəli ola bilər, lakin Husilərin hakimiyyəti dövründə qadınlar qanuni haqları olmalarına baxmayaraq onlar hər şeyi itirdilər.

    Yadımdadır, mən Yəməndə yaşayanda polislərin işində qadın olan maşınları yoxlamadıqlarına çox təəccüblənirdim. Bu yazılı qanun deyil, cəmiyyətin tətbiq etdiyi adət və ənənələr idi. Qadın kişinin şərəfidir və onun içində qadınların olduğu maşında axtarış aparması qınanılası və qəbuledilməz bir hərəkət sayılırdə Yəməndə.

    Qadınların nazir, millət vəkili olduğu bir cəmiyyətdə bu qəribə bir haldır, amma Yəmən cəmiyyəti bunda ziddiyyət görmədi və bununla kifayətləndi. Amma bu gün demək olar ki, çox şey dəyişdi.

    Yəmənədə siyasi səbəblərə görə həbsdən danışanda qadınlar da bu cəza növündən kənarda qalırdılar. Əslində Yəməndəki qadınların siyasi vəziyyəti tənqid etmək üçün daha çox haqqı var idi.

    Keçmiş prezident Əli Salehin dönəmində keçmişə qayıtsaq, 2011-ci ildə bir siyasi fəalı cəmi bir gün həbsdə saxladığı zaman cəmiyyətin necə üsyan etdiyini görmüş olardıq.Lakin bu, Husilər dövründə çox dəyişdi, bir çox qadın siyasi səbəblərlə həbs edildi.

    Çoxuşaqlı ailələrdən olmayan qadınlar üçün fahişəlik və narkotik istifadə ittihamı irəli sürülməsi adi hal alıb. Tanınmış ailələrdən olan qadınlara gəlincə, onlar Amerika və İsrailin casusluğunda ittiham olunurlar.

    Husilərin hakimiyyəti ilə, qadınlar da digərləri kimi hərəkət azadlığı kimi hüquqlarını itirdilər.

    Sənada bir təşkilatı idarə edən bir həmkarım dedi ki, o, oğlunu qəyyum kimi səyahətini qəbul etməsini imzalamalı idi.Qadın əlli yaşlarındadır, boşanıb, qardaşları Yəməndən çıxıb və ona sərbəst hərəkət haqqı vermək üçün yalnız oğlu var və o yalnız oğlu imzası ilə buna icazə verə bilər.

    Əlli yaşlı bir qadına uşaq kimi davranmağın hansı məntiqə uyğun olması bir başqa suladır.

    Anasının taleyini bilən oğlu kağıza imza ataraq dedi: “Bağışlayın, ana”. O, bunun təhqiramiz və məntiqsiz olduğunu bildiyi üçün üzr istəyir. Husilər dövründə qadınların həyatı belə olub.

    İki il əvvəl iştirak etdiyim konfransların birində konfransda iştirak edən qadınların bu zülmdən şikayətlənməsindən sonra beynəlxalq təşkilatlarda çalışanlardan birinin “Bunlar Yəmən adətləridir və husilər yeni heç nə gətirməyiblər”-dedi.

    Bu şəxs yəmənli deyildi, lakin o hesab edir ki, Yəmən kifayət qədər inkişaf etməmişdir və qadınların burda zülmə məruz qalması təəccüblü deyil. Yəni qadınların öz hüquqlarını əldə etmək uğrunda mübarizəsi bunların yeni adət-ənənələr olmadığı bəhanəsi ilə buxarlanıb.

    Bu o deməkdirmi ki, biz qadınlara güya zülmün adət-ənənələrimizin bir hissəsi olması bəhanəsi ilə onlara zülm etməliyik?Bu nə məntiqdir?

    Burada öyrəndim ki, hətta beynəlxalq ictimaiyyətin özü də yəmənli qadınların hüquqlarını öz əllərinə almasalar, onların yanında durmayacaqlar, lakin silahlı fanatic dini qruplaşmanın iştirakı ilə bu mümkündürmü?

    Bu cəmiyyəti idarə edən iqtidara görə utanc anlayışı hər an dəyişir, adiləşir

    Cəmiyyətin bu hərəkətlərə reaksiyası necədir? Qəzəb və eyni zamanda böyük qorxu var, çünki kişilər hər gün sosial mediada tənqid yazdıqlarına və ya hətta bu yaxınlarda Yəməndə imamət sistemini devirən 26 sentyabr inqilabını qeyd etdiklərinə görə həbs olunurlar.

    Yəmən kimi bir ölkədə – vətəndaş cəmiyyətinin zəif olduğu, hətta son həbslərlə daha çox – silaha sahib olan, zorakılıq və tiranlıq tətbiq edən və dinə haqq qazandırmaq üçün istifadə edən bir qrupa qalib gəlmək çətinləşir.

    İnsan haqları, xüsusən də qadın hüquqları kimi mövzular tabuya çevrilib, başqa ölkələrdəki müharibələr xalqı repressiya etmək üçün bəhanə kimi istifadə olunur.

    Bu cəmiyyəti idarə edən iqtidara görə utanc anlayışı hər an dəyişir, adiləşir. Ona görə də dini ekstremist bir milis bu cəmiyyəti öz nəzarətinə götürürsə, öz qanunlarını tətbiq edirsə, cəmiyyətdə məqbul olması üçün ona həya anlayışı aşılayırsa bu olduqca qorxuludur.

    Yəmən qadınları “qorumaq” bəhanəsi ilə davamlı olaraq onları kənarlaşdırmaq cəhdləri ilə rastlaşırıq.  Bu “qorunmaya” qarşı çıxanlara isə, “Amerika-sionist” damğası vurulur və onlar amansızcasına məhv edilirlər.

     Problem isə ondadır ki, bu kimi fanatic qruplat “mübariz” adlandırılır. Ümid edirəm ki, Yəməndəki Husi kabusu bitəcək və hər bir zalımın sonu olduğu kimi Husilərin də sonu olacaq.

    Məqalə Londonda Yayınlanan ƏL-Məcəllə jurnalından  ArabAZ tərəfindən müəllifin razılığı ilə tərcümə edilib

    Husilər və utanc mədəniyyəti
    #Yəmən #Husilər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yəməndə yeni mərhələ: Silahlı qüvvələrin vahid komandanlıq altında birləşdirilməsi hədəflənir

    12 Yanvar 2026 10:10

    Ərəb koalisiyası Yəməndə BƏƏ-nin dəstəklədiyi qüvvələrə zərbələr endirib

    7 Yanvar 2026 10:49

    Yəməndə Cənub məsələsi yalnız daxili dialoqla həll olunmalıdır - Ərəb Liqası

    6 Yanvar 2026 12:46

    OPEC+ neft hasilatını sabit saxlayacaq

    4 Yanvar 2026 17:08

    BƏƏ Yəmən xalqını gərginliyin azaldılmasına və dialoqa çağırdı

    3 Yanvar 2026 14:42

    Səudiyyə Ərəbistanı Yəmənin Seyyun hava limanını zərbələr endirib

    2 Yanvar 2026 22:32

    Yaxın Şərq yeni regional böhran ərəfəsində: Gərginlik haradan alovlana bilər?

    1 Yanvar 2026 19:06

    Səudiyyə Ərəbistanı BƏƏ-yə ultimatum verdi

    30 Dekabr 2025 12:30

    Səudiyyə Ərəbistanı Yəməndən olan separatçıları mövqelərini tərk etməyə çağırıb

    27 Dekabr 2025 13:18

    Səudiyyə–BƏƏ missiyası Yəməndə əvvəlki status-kvonun bərpasını hədəfləyir

    13 Dekabr 2025 09:55

    İraq Hizbullahı və Husiləri terror təşkilatı kimi qəbul etdi

    4 Dekabr 2025 14:08

    BMT İranı Yəməndə sülh prosesinə dəstəyini davam etdirməyə çağırıb

    24 Noyabr 2025 17:37
    Demo
    XƏBƏR LENTİ

    Livan hökuməti qeyri-qanuni silahların müsadirə edilməsi planının ikinci mərhələsinə başlayır

    Azərbaycanla Ermənistan arasındakı bu razılaşma əməkdaşlığın yeni mərhələsinə xidmət edir - Baş prokuror

    Bakıda Azərbaycan–İtaliya Hökumətlərarası Komissiyanın VI iclası keçirilir

    Azərbaycanda zəlzələ oldu

    Keçən il Türkiyədən İrana avtomobil ixracı 113 milyon dolları keçib (ÖZƏL)

    İstanbulda İŞİD terror qruplaşmasının maliyyə şəbəkəsinə qarşı əməliyyatda 8 nəfər saxlanılıb

    Tramp İranla ticarət edən ölkələrə qarşı 25 faizlik gömrük rüsumu tətbiq edəcəyini bəyan edib

    Vaşinqton İrandakı etirazlar fonunda hərbi güc tətbiqini gündəmdə saxlayır

    Keçən il Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı 146 milyon dolları keçib (ÖZƏL)

    İranda davam edən etiraz aksiyalarında həyatını itirənlərin sayı 646 nəfərə çatıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.