Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Təhlil

    Fələstinlilər Nəqəb səhrasına köçürülə bilər

    1 Fevral 2025 14:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    İsrailin Qəzzadakı fələstinliləri məcburi şəkildə köçürmək planları müzakirə olunarkən, Nəqəb səhrası mümkün alternativlərdən biri kimi gündəmə gəlir. Sual olunurki, “İsrail fələstinliləri tamamilə ölkədən köçürmək əvəzinə, onları Nəqəbə köçürməyi planlaşdırırmı?

    Bu ideya, bəzi İsrail siyasətçiləri tərəfindən dəstəklənsə də, beynəlxalq ictimaiyyət və fələstinlilər arasında ciddi narahatlıq doğurur. Nəqəb, əsasən bədəvilərin yaşadığı geniş bir səhralıqdır. Bu bölgəyə kütləvi köç mümkün olsa da, onun yaşamaq üçün çətin şərtləri, infrastruktursuzluğu və iqtisadi imkanların məhdudluğu ciddi problemlər yarada bilər.

    Bəzi təhlilçilər bu ideyanın fələstinliləri Qəzzadan çıxarmaq üçün yeni bir üsul ola biləcəyini düşünür. Digərləri isə bunun beynəlxalq təzyiqləri azaltmaq məqsədi daşıyan bir "yumşaldılmış məcburi köç" olduğunu iddia edirlər.

    Donald Trampın fələstinliləri Misir və İordaniyaya köçürmək planı, Qahirə, Əmman və ərəb ölkələri tərəfindən qəti şəkildə rədd edilməyə davam edir. Bu fonda, Misir prezidenti Əbdülfəttah Sisinin fələstinlilərin işğal olunmuş torpaqlarında, yəni Nəqəb səhrasında yerləşdirilməsinə dair keçmişdə söylədiyi fikirlər yenidən sosial mediada müzakirə mövzusu olub.

    Bu fikir ayrılığı davam edərkən, Tramp administrasiyasının nümayəndəsi Misir və İordaniyadan, əgər köç planına qarşı çıxmaqda israrlıdırsa, alternativ təkliflər irəli sürmələrini istəyib. Ekspertlər bildiriblər ki, Misir bu təklifə qətiyyətlə qarşı çıxır və müstəqil bir Fələstin dövləti qurmağın ən real həll yolu olduğuna inanır. Bununla belə, ABŞ bu məsələdə israrlıdır və mübahisəli yeni variantlar irəli sürə bilər. Lakin ekspertlərin fikrincə, bu variantlar arasında Nəqəb səhrasına köç planı yoxdur.

    Nəqəb səhrası işğal olunmuş Fələstinin cənubunda, hazırda İsrail ərazisində yerləşir. Onun qərb hissəsində Sinay yarımadası və Qəzza zolağı yerləşir. Bundan başqa, bu bölgənin müxtəlif faydalı qazıntılar baxımından zəngin olduğu da bildirilir.

    Bu mövzu gələcəkdə bölgədəki siyasi və geosiyasi münasibətlərdə ciddi mübahisələrə səbəb ola bilər. Maraqlıdır,görəsən Nəqəb həqiqətən mübahisələri həll edə bilər, yoxsa bu, yeni bir məcburi köç dalğasına səbəb olacaq?

    İsrailin işğalı altında olan Nəqəb səhrasında mühüm strateji layihələr həyata keçirilib, o cümlədən Dimona nüvə reaktoru və müxtəlif hərbi və təhlükəsizlik bazaları qurulub. Eyni zamanda, İsrailin sakinləri olan bədəvi fələstinliləri bu ərazilərdən köçürmək cəhdləri ilə qarşılaşıb, ərazinin 12,500 kvadrat kilometrdən çox olduğu və tarixi Fələstinin yarısına yaxın bir ərazini təşkil etdiyi bəllidir. Bu ərazi, İsrail dövlətinin ərazisinin təxminən 60%-ni təşkil edir.

    Qəzza müharibəsinin başlamasından sonra, İsraildən fələstinliləri köçürmək tələbləri artıb, lakin Misir prezidenti Əbdülfəttah Sisinin bu təklifə qarşı çıxması və fələstinliləri işğal altında olan torpaqlarına, yəni Nəqəbə köçürməyə dəvət etməsi məsələni daha da gərginləşdirib. Misirin media orqanları isə Sisinin bu təklifini İsrailin Sina yarımadasına köçürmə təkliflərinə qarşı verilmiş ironiya kimi qiymətləndirib.

    Trampın keçmiş müşaviri, Jared Kushner isə 2024-cü ilin mart ayında Harvard Universitetində keçirilən bir tədbirdə fələstinlilərin Qəzzadan Nəqəbə köçürülməsi ideyasını yenidən gündəmə gətirib, bunu "daha yaxşı bir seçim" olaraq qiymətləndirib. Bu təklif, İsrailin Rafahda hərbi əməliyyatları başa çatdırmaqla əlaqələndirilərək irəli sürülüb.

    Trampın fələstinliləri köçürmək təklifinin ardınca, "Nəqəb səhrası" adlı hashtag sosial mediada güclü şəkildə yayılmağa başlayıb. Misir prezidentinin, fələstinliləri Nəqəbə köçürmək təklifinin bu şəkildə gündəmə gəlməsi, "onların öz torpaqlarında qalmasını təmin edəcək" bir alternativ kimi təqdim edilib.

    Bu müzakirələr, "sübhəsiz ki, bölgədəki siyasi dinamikaları və beynəlxalq münasibətləri daha da qarışdıracaq və fələstinli xalqının gələcəyi üçün ciddi təhdidlər doğuracaq.

    Cümə günü yayılan xəbərlərə görə, ABŞ-ın trampın xüsusi nümayəndəsi, Adam Böhler, Misir və İordaniyaya fələstinlilərin köçürülməsi təklifini qəbul etmədikdən sonra, bu ölkələrdən daha uyğun və həyata keçirilməsi mümkün olan bir alternativ həll təklif etmələrini istəyib. Böhler, Trampın Misir və İordaniya üçün uyğun hesab etdiyi bir seçimi irəli sürdüyünü, amma digər alternativlərə də açıq olduğunu qeyd edib.

    Misirin xarici əlaqələr üzrə baş katibi, səfir Əli Hafni isə, ABŞ-ın bu mürəkkəb təkliflərinə fokuslanmaq yerinə, atəşkəs razılaşmasını tam şəkildə həyata keçirməyə diqqət yetirilməli olduğunu bildirib. O, əvvəllər İsrailin Fələstinliləri qəbul etməsi halında Rafah keçidini açmağı rədd etdiyini, amma indi Avropa iştirakını da nəzərə alaraq bu keçidin açıldığını vurğulayıb.

    Fələstinli siyasətçi və analitik Dr. Əyman əl-Ruqəb Nəqəb səhrasının fələstinlilər üçün bir alternativ olaraq qəbul edilə biləcəyini qeyd edib, çünki bu, onların işğal olunmuş torpaqlarında qalmasını təmin edəcək bir seçim ola bilər. Lakin, "İsrail və ABŞ bununla razılaşacaqmı, yoxsa sadəcə köçürmə məqsədi güdürlər?" sualını qoyaraq, məsələnin mürəkkəbliyini vurğulayıb.

    Strateji və hərbi ekspert, General Samir Firac isə, Misirin mövqeyinin açıq və xalq tərəfindən dəstəkləndiyini, ölkəsinin fələstinlilərin köçürülməsini qəbul etməyəcəyini bildirib.

    İsrailin Kanal 13 xəbərlərinə görə, Adam Böhler, İsrail baş naziri Binyamin Netanyahu ilə Qəzza sakinlərinin köçürülməsi planını müzakirə edib, bu isə Trampın, Misir və İordaniyanın təklifə qəbul edəcəyini bildirdiyi bəyanatla eyni vaxta təsadüf edir. Lakin, Misir hökuməti və Prezident Əbdülfəttah Sisinin təkrar etdiyi kimi, Fələstinlilərin köçürülməsi ilə bağlı təkliflərə qarşı sərt mövqeyini qoruyur.

    Son bir həftə ərzində, Misir hökuməti, parlament və Əl-Əzhər Fələstinlilərin təcili və uzunmüddətli köçürülməsini rədd edib.

    #Qəzza #Fələstin
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rəfahda tunellərdə qalan daha doqquz fələstinlini həlak olub

    16 Fevral 2026 16:34

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    16 Fevral 2026 14:14

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    16 Fevral 2026 13:52

    Fələstin dövlətini tanımamaq üçün heç bir hüquqi əsas yoxdur - Fələstin XİN rəhbəri

    16 Fevral 2026 10:07

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31
    XƏBƏR LENTİ

    Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcmasının rəhbər heyəti ilə görüş keçirilib

    ABŞ nüvə məsələsində "daha real" mövqe nümayiş etdirir - Tehran

    İran Hörmüz boğazında hərbi təlimlərə başlayıb

    Fələstinli məhbusların təhqir olunması ilə bağlı İsrail nazirinə qarşı ittihamlar irəli sürülüb

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Serbiyaya səfərindən görüntülər paylaşılıb

    İsrail F-35I qırıcılarının uçuş məsafəsini artırdığını bəyan edib

    Azərbaycan və Serbiya gələcək əməkdaşlıq planlarını şaxələndirir - Sevil Mikayılova

    Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak edib

    Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

    Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.