Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

    16 Fevral 2026 19:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice

    Ölkənin ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq səviyyəli intensiv təhsil proqramı olan “IT SkillSprint”in açılış mərasimi keçirilib. Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Ironhack” tədris şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir.

    AzerVoice Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbər verir ki, tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri Ülkər Səttarova və “Ironhack” şirkətinin direktoru Gonzalo Manrique Sabatel çıxış ediblər. Çıxışlarda bildirilib ki, proqramın əsas məqsədi tələbələrin müasir texnologiyalar üzrə bilik və praktiki bacarıqlarını gücləndirmək, onları qlobal əmək bazarına hazırlamaq və universitet–sənaye əməkdaşlığını inkişaf etdirməkdir. Eyni zamanda, layihə çərçivəsində Azərbaycan universitetlərində qlobal İT təhsil standartlarının tətbiqi hədəflənir.

    Proqrama müxtəlif ali təhsil müəssisələrinin 3-cü kursunun II yarımilində təhsil alan, universitetə 400 və daha yüksək balla qəbul olunmuş 123 tələbə seçilib. İştirakçıların seçim prosesi qeydiyyat, baza biliklərini qiymətləndirən test imtahanı və müsahibə mərhələlərindən ibarət olub.

    Proqram data analitikası və süni intellekt, kibertəhlükəsizlik, veb proqramlaşdırma və DevOps istiqamətlərini əhatə edir. Tədris hibrid təhsilalma formasında təşkil olunacaq. Proqramın müxtəlif mərhələlərində beynəlxalq mentorlar Bakıda intensiv dərslər keçəcəklər. “Bootcamp” modelində nəzərdə tutulan tədris prosesi tələbələrə real layihələr üzərində işləmək və peşəkar portfel formalaşdırmaq imkanı yaradacaq.

    Bununla yanaşı, proqram çərçivəsində tələbələr üçün hakatonlar, karyera sərgiləri və şəbəkələşmə tədbirləri kimi əlavə inkişaf imkanları da təşkil olunacaq. Tədrisi uğurla başa vuran iştirakçılar beynəlxalq səviyyədə tanınan “Ironhack” şirkəti tərəfindən sertifikat əldə edəcəklər.

    Proqram 2026-cı ilin fevral–iyul aylarını əhatə etməklə ümumilikdə 6 ay davam edəcək. Bu müddət tələbələrin ali təhsil müəssisələrindəki bakalavr təhsilinin bir hissəsi hesab olunacaq və iştirakçıların müvəffəqiyyət göstəriciləri (akademik kreditləri) universitetlər tərəfindən tanınacaq. Beləliklə, tələbələr digər fənlərdən azad olunaraq yalnız bu tədris proqramına fokuslana biləcəklər.

    Qeyd edək ki, qlobal texnologiya tədris şirkəti olan “Ironhack” 2013-cü ildən etibarən tələbələrə beynəlxalq İT sahəsində praktik bacarıqlar qazandırır. Bu günədək 25 000-dən çox mütəxəssis yetişdirən şirkətin məzunlarının 75%-i proqramı bitirdikdən sonra işlə təmin olunub. Hazırda həmin məzunlar 800-dən çox qlobal şirkətdə fəaliyyət göstərirlər.

    Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib
    Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib
    Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib
    #Elm və Təhsil Nazirliyi #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi #IT SkillSprint #Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi #Ironhack tədris şirkəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Xaricdə təhsil üzrə dövlət proqramına müraciətlər apreldə başlayır

    16 Fevral 2026 13:41

    Rumıniyada 2026–2027-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı elan edilib

    13 Fevral 2026 09:30

    SOCAR-ın “Elm və təhsil fondu”ndan elmi müəssisələrə böyük dəstək: Qaliblər elan olundu

    12 Fevral 2026 10:35

    İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub

    11 Fevral 2026 17:14

    Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni direktor təyin olunub

    11 Fevral 2026 09:45

    “Yaşıl enerji məkanı” məqsədinin icrası üzrə 2025-ci ilin yekunları müzakirə edilib

    6 Fevral 2026 11:42

    Emin Əmrullayev BƏƏ-də Dünya Hökumət Sammiti çərçivəsində bir sıra görüşlər keçirib

    5 Fevral 2026 10:24

    Emin Əmrullayev BƏƏ-də Dünya Hökumət Sammitində iştirak edib

    5 Fevral 2026 10:23

    Azərbaycan və İsrail elm sahəsində tərəfdaşlığını gücləndirir

    4 Fevral 2026 15:29

    Qərbi Azərbaycan İcması İdarə Heyətinin iclasında 2026-cı il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib

    4 Fevral 2026 09:21

    Elm və təhsil sahəsində Azərbaycan–Səudiyyə Ərəbistanı əməkdaşlığı müzakirə olunub

    3 Fevral 2026 09:36

    Azərbaycanda innovasiya ekosistemi beş əsas strateji istiqamət üzrə formalaşdırılır - İRİA

    2 Fevral 2026 11:22
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Serbiyaya səfərindən görüntülər paylaşılıb

    İsrail F-35I qırıcılarının uçuş məsafəsini artırdığını bəyan edib

    Azərbaycan və Serbiya gələcək əməkdaşlıq planlarını şaxələndirir - Sevil Mikayılova

    Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak edib

    Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

    Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib

    Londonda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

    Bakı Fond Birjası Yelo Bank-da ilk "Yelo İnvestisiya Paneli" ndə iştirak edib

    Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.