Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Azərbaycan və Serbiya gələcək əməkdaşlıq planlarını şaxələndirir - Sevil Mikayılova

    16 Fevral 2026 20:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice

    Fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri iki ölkə münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Səfər çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb, Serbiya-Azərbaycan Strateji Şurasının ilk iclası keçirilib və enerji, investisiya, nəqliyyat, eləcə də beynəlxalq platformalarda qarşılıqlı dəstək məsələləri geniş müzakirə olunub.

    Bunu AzerVoice-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

    S.Mikayılova qeyd edib ki, iki ölkənin dövlət başçıları arasında sıx münasibətlər mövcuddur:

    "İki ölkə rəhbərləri arasında uzun illərdir davam edən şəxsi etimad və dostluq münasibətlərinin dövlətlərarası əməkdaşlığın əsas dayaqlarından biridir. Bakı və Belqrad beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək xəttini davam etdirib. Bu, iki ölkə arasında siyasi həmrəyliyin institusional xarakter aldığını göstərir.

    Prezidentin səfərinin əsas hadisələrindən biri Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclası oldu. Tərəflər gələcək üçün açıq planların mövcud olduğunu bəyan etdilər. Bu planlar siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, birgə investisiya layihələrinin reallaşdırılması və enerji sahəsində dərinləşdirilmiş əməkdaşlığı əhatə edir.

    İmzalanmış sənədlər əməkdaşlığın hüquqi bazasını möhkəmləndirməklə yanaşı, konkret layihələrin icrasına keçidi sürətləndirməyi hədəfləyir. Xüsusilə enerji və infrastruktur sahəsində razılaşmalar praktiki nəticələr vəd edir".

    Deputat əlavə edib ki, bu səfərin mərkəzində energetika dayanıb:

    "Azərbaycan artıq Serbiyaya təbii qaz ixrac edir və tərəflər həcmlərin artırılması barədə razılığa gəliblər. Bu qazın Serbiyada elektrik enerjisinə çevrilməsi ölkənin daxili tələbatını ödəməklə yanaşı, ixrac potensialı da yarada bilər.

    Prezident İlham Əliyev Azərbaycanın hazırkı ixrac potensialının 2 giqavat olduğunu, 2032-ci ilə qədər əlavə 8 giqavat gücün əldə ediləcəyini bildirib. Bu artım əsasən bərpaolunan enerji layihələri hesabına təmin olunacaq və Avropa bazarına yönələcək. Bu kontekstdə Serbiya ilə əməkdaşlıq həm enerji təhlükəsizliyi, həm də regional şaxələndirmə baxımından əhəmiyyət kəsb edir.

    Tərəflər Serbiyada birgə elektrik stansiyasının tikintisi məsələsini nəzarətdə saxlamaq barədə razılığa gəliblər. Prezident Əliyev Azərbaycanın Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazır olduğunu bəyan etdi. Bu, Serbiyada formalaşmış müsbət investisiya mühitinin və aparılan islahatların nəticəsi kimi qiymətləndirilməlidir.

    Enerji istehsal güclərinin artırılması xüsusilə təbii resursları məhdud olan ölkələr üçün strateji əhəmiyyət daşıyır. Bu layihə Serbiyanın enerji müstəqilliyini gücləndirməklə yanaşı, Azərbaycan üçün də Avropa istiqamətində yeni iqtisadi körpü rolunu oynaya bilər".

    S.Mikayılova bildirib ki, Serbiya səfəri Azərbaycanın balanslı və praqmatik xarici siyasət strategiyasının növbəti təzahürü kimi dəyərləndirilir. Bakı həm Avropa məkanında tərəfdaşlıq əlaqələrini genişləndirir, həm də enerji təhlükəsizliyi məsələsində etibarlı təchizatçı imicini möhkəmləndirir.

    "Azərbaycanın enerji ixracının şaxələndirilməsi, bərpaolunan enerji layihələrinin sürətləndirilməsi və regional nəqliyyat dəhlizlərinin inkişafı ölkənin beynəlxalq iqtisadi mövqeyini gücləndirir. Serbiya ilə strateji tərəfdaşlığın dərinləşdirilməsi bu siyasətin tərkib hissəsi kimi çıxış edir.

    Gözlənilir ki, bu il ərzində qarşılıqlı səfərlər davam edəcək və imzalanmış sənədlərin icrası üzrə konkret yol xəritələri formalaşacaq.

    Beləliklə, fevralın 15-də baş tutan səfər Azərbaycan-Serbiya münasibətlərində sadəcə diplomatik protokol hadisəsi deyil, enerji, investisiya və siyasi koordinasiya baxımından strateji mahiyyət daşıyan dönüş nöqtəsi kimi tarixə düşür", - deyə deputat fikrini tamamlayıb.

    #Milli Məclis #Sevil Mikayılova #Serbiya Respublikası #Serbiya-Azərbaycan Strateji Şurası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Milli Məclis Ədliyyə Nazirliyinin illik məruzəsini qəbul etdi

    13 Fevral 2026 12:24

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    Sahibə Qafarova Ərəb Parlamentinin prezidenti ilə görüşüb

    11 Fevral 2026 16:41

    Müəllimi qorumaq gələcəyimizi qorumaqdır

    7 Fevral 2026 14:47

    Azərbaycan və İordaniya gömrük sahəsində əməkdaşlıq edəcək

    2 Fevral 2026 13:12

    İlk ürək transplantasiyalarından sonra orqan donoru olmaq istəyənlərin sayı artıb - Əhliman Əmiraslanov

    31 Yanvar 2026 12:41

    Ürək transplantasiyasının uğuru güclü qanunvericilik və icra mexanizmlərinə əsaslanır - Əhliman Əmiraslanov

    31 Yanvar 2026 12:39

    Sahibə Qafarovanın qardaşı dünyasını dəyişdi

    30 Yanvar 2026 11:41

    Naxçıvanda konstitusiya və suverenlik irsi ilə bağlı kitab nəşr edildi

    29 Yanvar 2026 13:35

    Milli Məclisin sədri Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

    27 Yanvar 2026 09:43

    Milli Məclisin sədri Bəhreyn Kralı ilə görüşdü

    26 Yanvar 2026 11:10

    Milli Məclisin sədri Sahibə Qafarova Bəhreynin Nümayəndələr Şurasının sədri ilə görüşdü

    25 Yanvar 2026 23:00
    XƏBƏR LENTİ

    İran Hörmüz boğazında hərbi təlimlərə başlayıb

    Fələstinli məhbusların təhqir olunması ilə bağlı İsrail nazirinə qarşı ittihamlar irəli sürülüb

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Serbiyaya səfərindən görüntülər paylaşılıb

    İsrail F-35I qırıcılarının uçuş məsafəsini artırdığını bəyan edib

    Azərbaycan və Serbiya gələcək əməkdaşlıq planlarını şaxələndirir - Sevil Mikayılova

    Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak edib

    Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

    Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib

    Londonda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.