Bakı,AzerVoice
Sirr deyilki, İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) “müqəddəs şiə ziyarətgahlarını” müdafiə etmək üçün qoşulan əfqan qaçqınlardan ibarət Fatemiyyun briqadası hələ də Suriyadadır.
Onlar həmçinin aşırı yoxsulluqdan və Əfqanıstana qaytarılmaq qorxusundan xilas olmağa çalışan insanlardır.
Briqada Tehran üçün proksi müharibələrdə qüvvə kimi çıxış edirdi. Bununla belə, İranda briqda mənsublarına əhəmiyyət verilmədiyi üçün özlərini “haqsız” hiss edirlər.
İran dövlət televiziyasının məlumatına görə, bu, ABŞ-ın Suriyadakı hərbi bazalarına endirilən zərbələri “şəhidlər”in xatirəsinə ucaldılmış “abidə” kimi təqdim etmişdi. Buna adekvat cavab ABŞ tırıfindən də verilmişdi.
Bu ayın əvvəlində İranın paytaxtı Tehrandakı əsas qəbiristanlıqda kiçik bir “ dəfn” izdihamı yaşandı. Lakin dəfn olunan 12 nəfərin heç biri, iranlı deyildi. İranda rejimə müxalif media qurumların əldə etdiyi məlumata görə, dəf olunanlar əfqanlar idi. Onlar on il əvvəl Suriyada vətəndaş müharibəsinin qızğın çağında “müqəddəs şiə ziyarətgahlarını” müdafiə etmək adı ilə, Əsəd rejimini müdfiə edən Fatemiyyun Briqadasının üzvləri idi.
Suriyada vətəndaş müharibəsinin başlanması ilə, İran Suriya prezidenti Bəşər Əsədin üsyançı qüvvələrə və İŞİD terrorçularına qalib gəlməsinə kömək etmək üçün minlərlə əfqan qaçqını “işə” cəlb etməyə başladı. Onlara bu müdəddəs “iş” üçün ayda 500 ABŞ dolları, uşaqları üçün məktəb və İranda iqamətgah təklif etdi.
Briqadanın hələ də əsasən İranda yaşayan əfqan qaçqınlarından ibarət təxminən 20.000 nəfərdən ibarət olduğu güman edilir və SEPAH-ın xaricdəki qolu olan Qüds korpusunun komandanlığı altında xidmət edir.
Yanvar ayında İordaniyada üç ABŞ əsgərinin ölümünə səbəb olan hərbi bazaya pilotsuz təyyarənin hücumuna cavab olaraq ABŞ-ın hava zərbələri həyata keçirilib. İran rəsmiləri itkilər arasında İranla əlaqəsi olan hər hansı hərbçinin olduğunu açıq şəkildə təkzib etdilər.
İnsidentin ardından İran mediasındakı foto və videolara görə, ABŞ-ın raket hücumu ilə qətlə yetirilən əfqanların cəsədləri Tehran, Şiraz, Qum və Məşhəddə sakitcə ailələrinə qaytarıldı.
Dəfn mərasimlərində əfqanların tabutları yaşıl parça ilə örtülmüş, lakin üzərində heç bir millətin bayrağı yox idi. Bəzi əzadarlar Fatemiyyun Briqadasının emblemi ilə sarı bayrağını daşıyırdılar.
Foto və videolara görə, bəzi dəfn mərasimlərində yerli rəsmilər, din xadimləri, İnqilab Keşikçiləri Korpusunun nümayəndəsi və Əfqanıstan qaçqın icmasının üzvləri iştirak ediblər.
Yaxın Şərqdəki münaqişlər və terror təşikilatları üzrə ekspert, əfqan olan və İranda qaçqın kimi böyüyən Hüseyn Ehsani deyib ki, İranda əfqanlar arasında rejimə qarşı ciddi narazılıqlar var.
“ İran əfqanları himayə etmir, İran maraqları üçün ölən əfqanlar iranlılar kimi dəfn edilmir. Ifqanlar özlərini İranda “Top mərmisi üçün yem” kimi hiss edirlər”-deyə o bildirib.
Qeyd edək ki, İranın BMT-dəki missiyası BMT-nin səfiri Əmir Səid İrəvaninin Təhlükəsizlik Şurasında çıxışı zamanı Fatemiyunun itkilərindən xəbərdar olub-olmaması ilə bağlı suala cavab verməyib.
İllər ərzində İrana qaçan əfqanların əksəriyyəti şiə müsəlman olan həzaralar idi.
Əfqanıstandakı vətənlərində həzaralar ABŞ qüvvələrinin təbii müttəfiqləri arasında idilər, çünki onların Talibanda və Əl-Qaidədə ortaq düşmənləri var idi. Lakin bu gün Yaxın Şərqin qarışıq mənzərəsində onlar indi İranla həmrəydirlər və ABŞ qüvvələrini regiondan qovmağa çalışırlar.
Suriyada Fatemiyyun qüvvələri tez-tez İŞİD terror təşkilatına qarşı döyüşdə ön müdafiə xətti idi və Suriyanın bir neçə şəhərinin geri alınmasına kömək etdiyi üçün geniş şəkildə tanınırdı.
İran hökumət qəzeti keçən həftə bildirib ki, bu illər ərzində Suriyada qüvvələrin ən azı 3000 üzvü öldürülüb.
Qeyd edək ki, ABŞ 2019-cu ildə Fatemiyunu terror təşkilatı siyahısına daxil edib.
İranda doğulub boya-başa çatan və üç dəfə Suriyaya göndərilmiş əfqan Fatemiyyun briqadasının keçmiş üzvü ( adı açıqlanmır) deyib ki, o, İranda yoxsulluq və işsizlikdən xilas olmaq və qanuni status qazanmaq imkanı verdiyi üçün bu briqadaya cəlb olunub.
“ Bir çox döyüşçünün də “şiə İslamını” qorumaq və Əfqanıstanda həzaraları təqib edənlərə bənzər sünni ekstremist qüvvələrini məğlub etmək istəyi ilə bu briqadaya qoşulmuşuq” –deyə adı açıqlanmayan Fatemiyyun döyüşçüsü bildirib.
Digər əfqan qaçqın, 31 yaşlı həzara Taliban ölkəni geri aldıqdan sonra Əfqanıstanda İrana qaçan keçmiş hərbçi Məhəmməd magistr dərəcəsi olduğunu, lakin tikintidə işlədiyini bildirib.
“Əfqanlar həmçinin sənədsiz miqrantlara qarşı artan təzyiqlərdən və deportasiya hədələrindən narahat olmalıdırlar. Doğma şəhərimdən olan əfqan dostlarımdan biri mənə dedi ki, o, tamamilə maddi çarəsizlikdən və Əfqanıstana geri göndərilmək qorxusundan Fatimiyuna qoşulmaq istəyir. Mən də sırf bu məqsədlə briqadaya qoşuldu. İndi isə ilişib qalmışıq, nə irəli, nə də geriyə yolumuz var” –deyə Məhəmməd bildirib.
Təhlilçilər deyirlər ki, Fatimiyun qüvvələrinin İraq və Suriyadakı ABŞ bazalarına qarşı hücumlarda birbaşa iştirak etdiyinə dair heç bir dəlil yoxdur, Pentaqonun sözlərinə görə, oktyabr ayında İsrail-Həmas müharibəsi başlayandan bəri İranın dəstəklədiyi proksi qüvvələr tərəfindən 160 dəfədən çox hədəf hücüm həyata keçiriblər.
Fatemiyyun Briqadası İrana dəstək verdiyi milislər şəbəkəsi, bölgədə maliyyə və silahlar üçün yerdəki logistikanı koordinasiya etməkdə mühüm rol oynayır.
Analitiklər və hərbi strateql hesab edirlər ki, Fatimiyun qüvvələri İrandan İraqa, daha sonra Suriyaya və Livandakı Hizbullaha gedən pilotsuz təyyarələr, raket hissələri və texnologiya da daxil olmaqla silah təchizatı zənciri boyunca əsas dayanacaqlar kimi xidmət edən bazalara nəzarət edir.
Vaşinqtondakı Yaxın Şərq İnstitutunun Suriya və Terrorizm və Ekstremizmlə Mübarizə proqramlarının direktoru Çarlz Lister deyib ki, Suriya münaqişəsi birdikdən sonra, Fatemiyunun döyüşçülərinin evə gedəcəyi, dağılacağı və tərxis olunacağı gözləntiləri var idi.
“Lakin onlar bir növ daha geniş regional şəbəkədə dağıldılar və onlara ifa etmək üçün başqa bir “rol” verildi”-deyə Lister deyib.
ABŞ qırıcıları Suriyanın şərqindəki Deyr əz-Zorda Fatimiyunun olduğu bazanı məhv ediblər. Lakin, Pentaqonun sözçüsü general-mayor Patrik Rayder bu haqda konkret şərh verməkdən imtina edib.
Maraqlısı isə odur ki, Bayden administrasiyasının olacağını bilən İranın Qüds korpusu bölgədən bombardmandan bir həftə əvvəl təxliyə edilib. Lakin əfqanlar bazalardan çıxarılmayıb.