Əsas səhifə » ABŞ Yəmənin Ras-İsa neft terminalına hava zərbələri endirib

ABŞ Yəmənin Ras-İsa neft terminalına hava zərbələri endirib

BAKI, AzerVoice

ABŞ Silahlı Qüvvələri Yəmənin qərbində yerləşən Əl-Hudeyda vilayətindəki Ras-İsa neft terminalına bir neçə hava zərbəsi endirib.

AzerVoice xəbər verir ki, bu barədə husilərin nəzarətində olan "Al Masirah" telekanalı məlumat verib.

Məlumata görə, ABŞ bir neçə saat ərzində limana ən azı yeddi zərbə endirib. Həlak olanlar barədə məlumat verilməyib.

Digər Kateqoriyalar

2025 © Azervoice