13
BAKI, AzerVoice
Yəmənin "Ənsar Allah" (Husilər) hərəkatı İsrailin Aşkelon və Təl-Əviv şəhərlərindəki obyektlərə hava zərbələri endiriblər.
AzerVoice xəbər verir ki, bu haqda hərəkatın nümayəndəsi Yahya Sariyə məlumat verib.
"Yəmənli qüvvələr iki PUA hücumu həyata keçirib. İlk hücumda, Yaffa (Təl-Əviv nəzərdə tutulur red.) bölgəsində vacib bir obyekt hədəf alınıb. İkinci hücumda isə, Aşkelon bölgəsindəki obyekt vurulub" - deyə, Yahya Sariyə qeyd edib.