BAKI, AzerVoice
ABŞ, İranın ballistik raketləri üçün yanacaq komponentlərinin tədarükündə iştirakda ittiham edilən altı fiziki və altı hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilir.
Bəyanatda vurğulanıb ki, Maliyyə Nazirliyi İranın nüvə proqramını inkişaf etdirmək üçün ehtiyac duyduğu resurslara çıxışını məhdudlaşdırmaq məqsədilə bütün mümkün tədbirləri görməyə davam edəcək.
Bəyanatda qeyd olunub ki, sanksiya siyahısına İrandan altı fiziki şəxs və orada yerləşən "Saman Tejarat Barman Trading Company" (STB) şirkəti daxil edilib. Bundan əlavə, Çində yerləşən beş şirkət də sanksiyalara məruz qalıb. Bunlar "Shenzhen Amor Logistics", "Dongying Weiaien Chemical", "Yanling Chuanxing Chemical Plant", "China Chlorate Tech" və "Yanling Lingfeng Chlorate" şirkətləridir.