Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Kimdir

    Təyyarə qəzasında ölən Liviya ordusunun Baş Qərargah rəisi Məhəmməd Həddad kimdir?

    24 Dekabr 2025 09:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dbeibə Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfərdən qayıdarkən təyyarənin ağır qəza ilə üzləşməsi nəticəsində Liviya ordusunun Baş Qərargah rəisi Məhəmməd Həddadın və onu müşayiət edən şəxslərin həlak olduğunu elan edib. Dbeibə həlak olanların xatirəsinə həsr etdiyi bəyanatda bildirib ki, hadisə nəticəsində Quru Qoşunlarının Baş Qərargah rəisi, general-leytenant rütbəli Fəturi Qəribil, Hərbi Sənaye Cihazının direktoru, briqada generalı Mahmud Qətiuvi, Baş Qərargah rəisinin müşaviri Məhəmməd Əlsəavi, həmçinin Baş Qərargahın media ofisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Məhcub da həyatını itirib.

    Liviya Dövlət Ali Şurası da ayrıca bəyanat yayaraq Baş Qərargah rəisini və onunla birlikdə həlak olan şəxsləri ehtiramla yad edib.

    Ankarada Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, Türkiyənin fövqəladə hallar üzrə xidmətlərinin əməkdaşları Ankaranın cənubunda yerləşən Haymana bölgəsində qəzaya uğramış təyyarənin qalıqlarına çata biliblər. Nazir hadisənin bütün detallarının araşdırılması məqsədilə rəsmi istintaqa başlanıldığını təsdiqləyib.

    Qəzaya uğrayan təyyarənin “Falcon 50” tipli olduğu, Ankaradan Tripoliyə uçuş həyata keçirdiyi bildirilib. Məlumata görə, təyyarə Ankara ərazisində təcili eniş üçün müraciət edib, lakin bundan sonra onunla əlaqə tamamilə kəsilib.

    Məhəmməd Həddad kimdir?

    Məhəmməd Həddad 2020-ci ildən etibarən Liviya ordusunun Baş Qərargah rəisi vəzifəsini icra edirdi və 17 fevral inqilabından sonrakı mərhələdə ölkənin ən önəmli hərbi liderlərindən biri sayılırdı.

    O, Tripolidən təxminən 200 kilometr şərqdə yerləşən Misrata şəhərində anadan olub və Liviya hərbi institutunun birləşdirilməsi istiqamətində aparılan səylərdə əsas fiqurlardan biri olub. Həddad Birgə Hərbi Komissiyanın “5+5” formatlı iclaslarında da fəal iştirak edib.

    2019-cu ildə Tripoliyə qarşı həyata keçirilən hücumların dəf edilməsində, eləcə də paytaxtda və Qərbi Liviya bölgələrində baş vermiş bir sıra silahlı qarşıdurmaların nəzarət altına alınmasında onun adı xüsusi ilə ön plana çıxıb. Bu da onu Milli Birlik Hökuməti daxilində həm hərbi, həm də siyasi baxımdan təsirli şəxslərdən birinə çevirib.

    Məhəmməd Həddad vəzifəyə başladığı ilk gündən etibarən bölünmüş hərbi strukturu aradan qaldırmaq, ölkənin suverenliyini qorumağa qadir olan, vahid və nizamlı Liviya ordusu formalaşdırmaq istiqamətində çalışacağını açıq şəkildə bəyan edib.

    Baş Qərargah rəisi təyin olunmazdan əvvəl Həddad Mərkəzi Müdafiə Bölgəsinin komandanı və Qərbi Liviya üzrə birgə hərbi birliyin üzvü olub.

    O, geniş beynəlxalq hərbi əlaqələr qurmağa xüsusi önəm verib. Xüsusilə Türkiyə ilə hərbi əməkdaşlıq bu baxımdan diqqət çəkib. Həddad bir neçə rəsmi səfər çərçivəsində Türkiyədə olub. 2021-ci ilin avqust ayında isə Liviya sahillərində fəaliyyət göstərən türk hərbi freqatını ziyarət edib. Bu səfər Türkiyənin Liviyadakı dəniz və hərbi-protokol missiyaları çərçivəsində baş tutub.

    O, Tripolidə Türkiyənin o dövrdəki müdafiə naziri Hulusi Akarla görüşərək iki ölkə arasında hərbi koordinasiya məsələlərini müzakirə edib. 2023-cü ilin mart ayında isə Romada İtaliya ilə xüsusi təyinatlı qüvvələrin hazırlanmasını və onların imkanlarının gücləndirilməsini nəzərdə tutan hərbi saziş imzalayıb.

    Bununla yanaşı, Məhəmməd Həddad Liviya ordusunun “Ümumi Komandanlığı”nın Baş Qərargah rəisi, general-polkovnik Əbdülrəzəq Nəzuri ilə də bir sıra görüşlər keçirib. Xüsusilə Qahirə və Roma şəhərlərində baş tutan görüşlər zamanı Liviya ərazisinin bütövlüyü təsdiqlənib, ABŞ və Avropanın dəstəyi ilə sərhədlərin qorunması üçün birgə hərbi qüvvənin yaradılması məsələləri müzakirə edilib.

    #Məhəmməd Həddad #Məhəmməd Həddad kimdir? #Liviya Baş Qərargah rəisi Ankaradan qayıdarkən həlak olub #Ankara yaxınlığında təyyarə qəzası: Liviya ordusu rəhbərliyini itirdi #Məhəmməd Həddad və onu müşayiət edənlər aviasiya qəzasında öldü #Liviya ordusunun Baş Qərargah rəisi faciəli şəkildə həlak olub #Ankara–Tripoli reysi faciə ilə bitdi: Liviya generalları öldü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə və Liviya təhlükəsizlik məsələlərini müzakirə edib

    13 Fevral 2026 12:57

    Türkiyənin yeni daxili işlər naziri Mustafa Çiftçi kimdir?

    11 Fevral 2026 12:00

    Türkiyənin yeni Ədliyyə naziri Akın Gürlek kimdir?

    11 Fevral 2026 09:59

    Bu gün onun doğum günüdür…İslamın Böyük Mücahidi və Ədalətli Sultanı - Nurəddin Mahmud Zəngi kimdir?

    11 Fevral 2026 09:00

    Akademiyadan Diyanət rəhbərliyinə: Ali Erbaşın həyat yolu

    8 Fevral 2026 18:50

    Marko Polonu geridə qoyan, orta əsrlərin müsılman səyyahı: İbn Battutanın izi ilə

    7 Fevral 2026 13:35

    Ankara yaxınlığında düşən Liviya təyyarəsinin qara qutusundakı pilot danışıqları məlum olub

    4 Fevral 2026 16:02

    Qeyri-səlis məntiqin banisi Lütfi Zadənin həyat yolu - Bu gün onun doğum günüdür

    4 Fevral 2026 15:14

    Esat Oktay Yıldıran kim olub? – 1980-ci illərin mübahisəli hərbi fiquru

    1 Fevral 2026 16:23

    "Kimçenizm" Erası: İsveçrə təhsilindən nüvə güclü generalissimusa gedən yol

    31 Yanvar 2026 16:28

    Göylərə yazılan tarix - Türk aviasiyasının öncülü Vecihi Hürkuşun həyat hekayəsi

    25 Yanvar 2026 16:04

    Orta əsrlərin ensiklopedik dahisi - Əbu Reyhan Biruni kimdir?

    18 Yanvar 2026 20:00
    XƏBƏR LENTİ

    Yanvarda Səudiyyə–Türkiyə marşrutu üzrə 167 min tondan çox yük daşınıb (ÖZƏL)

    İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi

    Prezident İlham Əliyev Almaniyaya rəsmi səfər edib

    Saxlanılan icra başçısının həbs müddəti uzadıldı

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    Tehran danışıqların davamı üçün balanslı mövqe istəyir

    Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir

    Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan MR üzrə pensiyalar yeni artımlarla birgə ödənildi

    “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsü Naxçıvanda enerji səmərəliliyi barədə məlumatlılığı artırır

    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.