Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Kimdir

    Türkiyənin yeni daxili işlər naziri Mustafa Çiftçi kimdir?

    11 Fevral 2026 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    Bakı, AzerVoice, Nailə Babazadə

    Türkiyədə daxili işlər naziri vəzifəsinə yeni təyinat həyata keçirilib. “Rəsmi Qəzet”də dərc olunan Prezident qərarına əsasən, Daxili İşlər Nazirliyinə Ərzurum vilayətinin qubernatoru Mustafa Çiftçi təyin edilib. Təyinat Türkiyə Konstitusiyasının 104-cü və 106-cı maddələrinə uyğun olaraq reallaşdırılıb.

    Mustafa Çiftçi uzun illər dövlət idarəçiliyi sahəsində müxtəlif vəzifələrdə çalışıb. O, 1970-ci ildə Konya vilayətinin Çumra rayonunda anadan olub. 1990-cı ildə Konya İmam-Xətib Liseyini bitirib.

    1995-ci ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsinin Dövlət İdarəçiliyi ixtisasını başa vurub. 1996-cı ildə Daxili İşlər Nazirliyinin keçirdiyi rayon icra hakimiyyəti başçısı (kaymakam) namizədliyi imtahanını uğurla verərək 85-ci dövr Konya üzrə namizəd kimi dövlət qulluğuna başlayıb.

    1998-ci ildə 8 ay müddətində Böyük Britaniyada olub, 1999-cu ildə isə Milli Təhlükəsizlik Akademiyasını bitirib. Karyerası ərzində Aksaray-Gülağaç, Ərzurum-Tekman, Nevşehir-Derinkuyu, Bitlis-Adilcevaz və Kırşehir-Kaman rayonlarında icra başçısı (kaymakam) vəzifəsində çalışıb. Bundan əlavə, Daxili İşlər Nazirliyinin Kadrlar Baş İdarəsində şöbə müdiri olub.

    Mustafa Çiftçi Türkiyə Böyük Millət Məclisində Xüsusi Katiblik Müdiri və sədrin baş müşaviri vəzifələrini icra edib. 2018–2023-cü illərdə Çorum vilayətinin qubernatoru vəzifəsində çalışıb. 2023/376 saylı Prezident sərəncamı ilə 18 avqust 2023-cü il tarixində Ərzurum vilayətinin qubernatoru təyin olunub.

    Təhsilini davam etdirən Çiftçi 2007-ci ildə Səlcuq Universitetində Dövlət İdarəçiliyi və Siyasi Elmlər ixtisası üzrə magistr dərəcəsi alıb. 2011-ci ildə Ankara Universitetinin İlahiyyat Fakültəsini bitirib. 2012-ci ildə Van Yüzüncü İl Universitetində Dövlət İdarəçiliyi üzrə daha bir magistr təhsilini tamamlayıb. Eyni zamanda Ankara Universitetində Ədliyyə, İqtisadiyyat və Beynəlxalq Münasibətlər ixtisaslarını bitirib. Hazırda Ankara Universitetinin Hüquq Fakültəsində təhsilini davam etdirir.

    İngilis və ərəb dillərini bilən Mustafa Çiftçi ailəlidir və üç övladı var.

    Mustafa Ciftci new Interior Minister Turkey, Turkey Interior Ministry appointment 2026, Mustafa Ciftci biography career education, Turkey government cabinet change, Erzurum governor appointed minister, Turkey official gazette decision, Turkish politics latest news, Turkey constitutional articles 104 106, Mustafa Ciftci political profile, Turkey public administration leadership Mustafa Çiftçi Türkiyə daxili işlər naziri, Türkiyə hökumət təyinat xəbəri, Mustafa Çiftçi bioqrafiyası, Türkiyə siyasi gündəm 2026, Ərzurum qubernatoru nazir oldu, Türkiyə rəsmi qərar, dövlət idarəçiliyi təcrübəsi, Ankara Universiteti Siyasi Elmlər Fakültəsi, Türkiyə TBMM vəzifələri, yeni nazir haqqında məlumat Турция новый министр внутренних дел, Мустафа Чифтчи биография, назначение главы МВД Турции, губернатор Эрзурума министр, правительство Турции изменения, официальная газета Турции решение, политические новости Турции, карьера Мустафы Чифтчи, структура МВД Турции, турецкая государственная служба Türkiye yeni İçişleri Bakanı Mustafa Çiftçi, İçişleri Bakanlığı atama kararı, Erzurum valisi bakan oldu, Türkiye resmi gazete kararı, Mustafa Çiftçi kariyer hayatı, Türkiye siyasi gelişmeler, devlet yönetimi tecrübesi, TBMM görevleri, kamu yönetimi mezunu, yeni kabine değişikliği وزير الداخلية التركي الجديد مصطفى جيفتشي, تعيين وزير الداخلية في تركيا, سيرة مصطفى جيفتشي, قرار الجريدة الرسمية التركية, تغييرات الحكومة التركية, محافظ أرضروم وزيرا, الحياة المهنية لمصطفى جيفتشي, السياسة التركية 2026, الإدارة العامة في تركيا, أخبار تركيا السياسية

    #Türkiyə Daxili İşlər Nazirliyi #Türkiyənin yeni Daxili İşlər və Ədliyyə nazirləri bəlli oldu #Mustafa Çiftçi #Türkiyə Konstitusiyası 104-cü maddə #Prezident qərarı #Türkiyə siyasi gündəm #hökumət kabineti dəyişiklikləri #Ankara Universiteti Siyasi Elmlər Fakültəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Mustafa Çiftçi yeni daxili işlər naziri kimi ilk açıqlamasını verib

    11 Fevral 2026 10:59

    Türkiyədə Daxili İşlər və Ədliyyə nazirləri dəyişib

    11 Fevral 2026 04:00

    Türkiyədə rəqəmsal narkotik şəbəkəsinə ağır zərbə - 305 nəfər saxlanıldı

    10 Fevral 2026 09:55

    Türkiyədə genişmiqyaslı narkotik əməliyyatı: 1 tondan çox maddə ələ keçirilib

    9 Fevral 2026 09:53

    Türkiyədə kibertəhlükəsizlik əməliyyatları - 60-a yaxın şübhəli saxlanılıb

    4 Fevral 2026 09:20

    Türkiyənin 22 vilayətində terror əməliyyatı: 96 saxlanılan var

    3 Fevral 2026 09:24

    Türkiyədə kibertəhlükəsizlik əməliyyatları - yüzlərlə şübhəli ifşa olundu

    29 Yanvar 2026 11:06

    Qırmızı bülletenlə axtarılan şəxslər Türkiyəyə gətirildi

    28 Yanvar 2026 12:16

    Türkiyədə FETÖ əməliyyatları - 82 nəfər həbs edilib

    28 Yanvar 2026 09:48

    Türkiyədə miqrant qaçaqmalçılarına qarşı əməliyyat həyata keçirilib

    22 Yanvar 2026 10:14

    Türkiyə 17 axtarılan şəxsi xaricdən gətirdi

    17 Yanvar 2026 13:25

    Türkiyənin 16 vilayətində FETÖ-yə qarşı əməliyyat: 81 nəfər saxlanılıb

    12 Yanvar 2026 10:24
    Demo
    XƏBƏR LENTİ

    ASELSAN Bakı-nın 28-ci ildönümü qeyd olunur

    Azərbaycan və Çin metrologiya sahəsində əməkdaşlıq edəcək

    Türkiyə istehsalı pilotsuz dəniz vasitələri Səudiyyədə

    İran rejimi və nüvə təhlükəsi: regional gərginlikdə yeni mərhələ

    Prezident İlham Əliyev: Azərbaycanın xarici siyasətində müsəlman və ərəb ölkələri ilə əlaqələr prioritetdir

    Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    Pezeşkian Prezident İlham Əliyevə təşəkkür edib

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    Türkiyə ilə əməkdaşlıq üçün konkret təkliflərə açığıq - Sərdar Berdiməhəmmədov

    AYNA bir sıra müntəzəm avtobus marşrutlarını yeni daşıyıcılara təhkim edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.