Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Kimdir

    Nəcməddin Ərbakan kimdir?

    6 May 2024 11:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Türkiyənin 33 - cü Baş Naziri, Nəcməddin Ərbakan 29 oktyabr 1926-ci ildə Türkiyənin Sinop şəhərində adanalı Oğuz türklərinin Avşar elindən Kozanoğullarına mənsub olan Məhmət Səid Ərbakanın ailəsində dünyaya gəlib. Nəcməddin Ərbakan ibtidai təhsilinə Kayseridə başlayıb. 1937-ci ildə bu məktəbi əlaçı şagird kimi bitirib.

    Nəcməddin Ərbakan həmin ildə İstanbul Oğlanlar Liseyində orta təhsilini davam etdirib. Ərbakan həmin liseyi əlaçı tələbə kimi bitirib. O zamanlar orta məktəbi əlaçı şagird kimi bitirənlər ali məktəblərə imtahansız qəbul olunurdu. Lakin Nəcməddin Ərbakan imtahansız qəbul olunmağı rədd edərək imtahana girmiş və yüksək nəticə göstədiyinə görə İstanbul Texniki Universitetinin ikinci kursuna qəbul edilib. İbtidai təhsilinə altı yaşından, universitetə də ikinci kursdan başlamaqla özündən iki yaş böyük olanlarla eyni sinifdə təhsil alıb. Bu yoldaşlarından biri də Süleyman Dəmirəl olub.

    Nəcməddin Ərbakan 1948-ci ilin yayında İTU Makina fakültəsini müvəffəqiyyətlə bitirmiş və elə həmin ildə – 1 iyunda Makina fakültəsinin "Motorlar" kursunda aspirant kimi işləməyə başlayıb. 1948–1951-ci illər arasındakı 3 illik aspirantlıq dövründə o vaxtlar doktorluq disertasiyasını əvəz edən bir dissertasiya hazırlayıb. Kurslarda dərs vermək dosent və professorların səlahiyyətində olmasına baxmayaraq aspirant olduğu halda dərs verməsinə icazə verilib. Dissertasiyasındakı müvəffəqiyyətinə görə universitet tərəfindən 1951-ci ildə Aaxen Texniki Universitetində elmi araşdırmalar aparmaq və bilik və təcrübəsini artırmaq üçün Almaniyaya göndərilən Ərbakan alman ordusu üçün araşdırma aparan DVL araşdırma mərkəzində çalışan Prof. Şmit ilə birlikdə müvəffəqiyyətli araşdırmalar aparıb.

    Aaxen Texniki Universitetində il yarım ərzində biri doktorluq dissertasiyası olmaqla 3 dissertasiya hazırlayan Ərbakan alman universitetlərində etibarlı olan "DOKTOR-MÜHƏNDİS: Dr-İng" adını alıb.

    Almaniya İqtisadiyyat Nazirliyinin Rur ərazisindəki zavodlarda araşdırma aparan heyətə öz istəyi ilə qoşulmuş və 15 gün Rur ərazisindəki bütün ağır sənaye zavodlarını gəzib araşdırma aparmaq imkanı əldə edib.

    2010-cu ildə Səadət Partiyasında partiya sədri şeçimlərindən sonra Numan Kurtulmuşun istefasından sonra Erbakan yenidən partiya sədri şeçilib.

    Nəcməddin Ərbakan 2011-ci il fevralın 27-də saat 13.40-da ürək çatışmazlığından vəfat edib.

    Nəcməddin Ərbakan kimdir?
    Nəcməddin Ərbakan kimdir?
    #Nəcməddin Ərbakan kimdir? #Kim-kimdir
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zahran Mamdani kimdir?

    5 Noyabr 2025 07:54

    Türkiyədə 12 sentyabr 1980-ci il çevrilişindən 45 il keçir

    12 Sentyabr 2025 10:09

    Lesley Blanch Kimdir?

    9 Avqust 2025 18:10

    Rüstəm Minnixanov Kimdir?

    6 İyul 2025 12:28

    Əhməd Şah Məsud kimdir?

    5 İyul 2025 13:30

    Reza Pəhləvi Kimdir?

    29 İyun 2025 15:58

    Seyid Asim Munir Əhməd Şah Kimdir?

    28 İyun 2025 13:43

    Əl-Kindi Kimdir?

    8 İyun 2025 16:31

    Əbdülfəttah Əl-Sisi Kimdir?

    1 İyun 2025 11:03

    Hüsnü Mübarək Kimdir?

    31 May 2025 17:53

    Eli Kohen Kimdir?

    25 May 2025 16:52

    Həsən əl-Turabi kimdir?

    11 May 2025 15:29
    Demo
    XƏBƏR LENTİ

    Türkiyənin kimyəvi maddə ixracı 26 milyard dolları keçib (ÖZƏL)

    Əsəd dövründə ordudan ayrılan zabitlər geri qayıda biləcək - Suriya Müdafiə Nazirliyi

    İran raket proqramını danışıqlardan çıxardı

    Tramp deyir ki,Məmdani ağıllı olsun

    Yuxuda Dəccal görmək

    Hakan Fidan Finlandiya Parlamentində çıxış edib

    Bu gün Rusiyada bolşevik qiyamı oldu

    Rusiya nüvə sınaqlarına hazırlaşır

    Bu gün Linkoln prezident seçildi

    Tarixdə bu gün - 6 noyabr

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.