Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Ukrayna Putinin Novqoroddakı iqamətgahına dronlarla hücum edib - Rusiya

    29 Dekabr 2025 20:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Rusiya Ukraynanın Prezident Vladimir Putinin Novqorod vilayətində yerləşən dövlət iqamətgahına pilotsuz uçuş aparatları ilə hücum etməyə cəhd göstərdiyini bildirib. Moskva bu iddialar fonunda Ukrayna ilə aparılan mümkün sülh danışıqlarındakı mövqeyinə yenidən baxılacağını açıqlayıb.

    AzerVoice-un məlumatına görə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi verdiyi açıqlamada bildirib ki, dekabrın 28–29-da Ukrayna tərəfindən Novqorod bölgəsində yerləşən Rusiya prezidentinin dövlət iqamətgahına 91 ədəd uzaqmənzilli pilotsuz uçuş aparatı ilə hücum edilib. Onun sözlərinə görə, pilotsuz aparatların hamısı Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

    Lavrov hücumu “dövlət terrorizmi” kimi qiymətləndirərək, “bu cür məsuliyyətsiz addımlar cavabsız qalmayacaq” deyib. O əlavə edib ki, Rusiya Silahlı Qüvvələri tərəfindən mümkün cavab zərbələri üçün hədəflər artıq müəyyən edilib.

    Nazirin sözlərinə görə, insident Ukrayna böhranının nizamlanması ilə bağlı mümkün danışıqların müzakirə olunduğu bir dövrdə baş verib. Lavrov vurğulayıb ki, Rusiya danışıqlardan imtina etməsə də, Moskvanın mövcud danışıqlar mövqeyi bu hadisə nəzərə alınmaqla yenidən qiymətləndiriləcək.

    Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiyanın ittihamlarını təkzib edib. O bildirib ki, bu iddialar həqiqəti əks etdirmir və Moskva Kiyevdəki hökumət binalarına mümkün zərbələr üçün informasiya zəmini formalaşdırmağa çalışır.

    Hadisə zamanı Rusiya Prezidenti Vladimir Putinin sözügedən iqamətgahda olub-olmadığına dair rəsmi məlumat açıqlanmayıb.

    #Kremlin #v #Rusiya: Ukrayna Putinin Novqoroddakı iqamətgahına dronlarla hücum edib #Moskva Kiyevi Putinin dövlət iqamətgahına PUA hücumunda ittiham edir #Lavrov: Ukraynanın hücumu danışıqlar mövqeyinə yenidən baxılmasına səbəb olacaq #Rusiya Ukraynanın PUA hücumundan sonra cavab zərbələri ilə hədələyir #Moskva Putinin iqamətgahına hücum iddiası fonunda sülh danışıqlarını yenidən qiymətləndirir #Russia Accuses Ukraine of Attempted Drone Attack on Putin’s State Residence #Moscow Says Ukraine Tried to Strike Putin’s Residence with Long-Range Drones #Lavrov: Ukraine Drone Attack Forces Review of Russia’s Negotiating Position #Russia Threatens Retaliation After Alleged Drone Attack on Putin’s Residence #Kremlin Revisits Peace Talks Stance After Claimed Ukrainian Drone Assault #Rusya: Ukrayna Putin’in devlet konutuna İHA saldırısı düzenledi #Lavrov: Ukrayna’nın İHA saldırısı müzakere tutumumuzu etkiler #Moskova’dan sert suçlama: Putin’in ikametine saldırı girişimi #Ukrayna’nın İHA saldırısı sonrası barış görüşmelerini gözden geçiriyor
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Almaniyanın ifrat sağçı partiyası Rusiyaya casusluqda ittiham olunur

    23 Dekabr 2025 13:16

    İsrail Hizbullaha qarşı genişmiqyaslı hərbi əməliyyat üçün ABŞ-dan yaşıl işıq gözləyir

    19 Dekabr 2025 04:00

    Suriya Prezidenti Əhməd əş-Şəraa Kremlində Vladimir Putinlə görüşüb

    15 Oktyabr 2025 16:09

    İsrail ordusundakı etirazlar və “buldozer problemi”

    4 Sentyabr 2025 22:00

    Ukrayna ilə hava məkanında atəşkəslə bağlı razılıq əldə olunmayıb - Rusiya

    28 Avqust 2025 15:32

    Danışıqlar üçün Ukrayna ilə təmaslar davam edir, dəqiq tarix yoxdur - Kreml

    27 Avqust 2025 14:18

    Kremlin Putin-Tramp görüşü ilə bağlı açıqlama verib

    19 Avqust 2025 15:51

    İstanbulda bir şəxs Ayasofya məscidini yandırmağa cəhd edib

    5 Avqust 2025 18:06

    Rusiya raket məhdudiyyətlərini artıq qəbul etmir - Peskov

    5 Avqust 2025 15:00

    Ankara görüşü öncəsi Rusiya və Ukrayna qarşılıqlı açıqlamalar verib

    22 İyul 2025 14:37

    Ukraynaya danışıqlara qayıtmaq üçün təzyiq edilməlidir - Kreml

    16 İyul 2025 16:38

    Trampın bəyanatları birbaşa Putinə yönəlib - Kreml

    15 İyul 2025 15:24
    Demo
    XƏBƏR LENTİ

    Noam Çomskinin Ceffri Epşteynlə birgə görüntüləri geniş müzakirələrə səbəb olub

    Ukrayna Putinin Novqoroddakı iqamətgahına dronlarla hücum edib - Rusiya

    Suriyada yeni milli valyutanın tətbiqi planlaşdırılır

    Sülh çərçivəsinin layihəsində Ukrayna üçün 15 illik ABŞ təhlükəsizlik zəmanətləri nəzərdə tutulur - Zelenski

    Fələstinin dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    HƏMAS İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydənin ölümünü təsdiqlədi

    90 yaşlı pasiyent üzərində yüksək riskli bud-çanaq əməliyyatı uğurla icra olunub

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib

    Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

    Nazirliyin qurumları arasında e-xidmətlərlə bağlı hakaton keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.