BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi, Dr. Muxtar Fatih Beydili, Suriya–Azərbaycan Dostluq Dərnəyinin sədri
Terror təşkilatı SDG (PKK/PYD) tarix səhnəsindən silinəcək və Suriya torpaqları yenidən birləşəcək. Terrorçu qruplar yox olacaq, çünki Suriya xalqının səbr kasası artıq dolub.
Bu gün Hələb şəhərində, xüsusilə Şeyx Məqsud və Əl-Əşrəfiyyə məhəllələrində qurulmuş terrorçu “dövlətcik”in sonu yaxınlaşır. PKK/PYD və ona bağlı silahlı qruplar Hələbdə dinc əhaliyə qarşı raket və avtomatik silahlarla hücumlara başlayıb, qadın və uşaq ayırmadan insanları qorxu içində küçələrə axmağa məcbur edib.
Terrorçular Ər-Razi Xəstəxanasını, eləcə də Hələb şəhər mərkəzində yerləşən Cəmiliyə məhəlləsini bombalayıb. Bu hücumlar bir daha göstərir ki, bu təşkilatların məqsədi təhlükəsizlik deyil, xaos və qorxu yaratmaqdır.
Suriya Mülki Müdafiə Təşkilatının (Ağ Dəbilqəlilər) verdiyi məlumata görə, SDG (PKK/PYD) qüvvələrinin açdığı atəş nəticəsində Cəmiliyə və Şeyx Taha məhəllələrində yanğınlar baş verib.
Eyni mənbəyə əsasən, həyata keçirilən bombardmanlar nəticəsində iki mülki şəxs həlak olub, 8 nəfər yaralanıb; yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib. Hücumların həm ağır silahlar, həm də avtomatik silahlarla həyata keçirildiyi qeyd olunub.
Müşahidəçilərin fikrincə, SDG qüvvələrinin bu gün Hələb şəhərində yaşayış məntəqələrini hədəf alması vaxt qazanmaq cəhdi və Prezident Əş-Şər ilə SDG rəhbərliyi arasında General Məzlüm Abdi ilə imzalanmış 10 mart razılaşmasının müddətini uzatmaq istəyi kimi qiymətləndirilir. Sözügedən razılaşmanın başa çatmasına cəmi yeddi gün qaldığı və onun müddətinin bu ilin sonunda bitəcəyi vurğulanır.
Razılaşmanın bitməsinə cəmi bir həftə qalmasına baxmayaraq, bu cür hücumlar terror qruplarının razılaşmalara sadiq olmadığını açıq şəkildə ortaya qoyur.
2026-cı ildə Suriya xalqı vahid dövlət, vahid bayraq altında tam şəkildə bayram edəcək. Terrorun hökm sürdüyü dövr sona çatacaq, Suriya öz suverenliyini və ərazi bütövlüyünü bərpa edəcək.
Günəş yenidən Suriyanın üzərinə doğacaq.
