BAKI, AzerVoice, Nailə Babazadə
ROKETSAN 2026-cı ildə strateji raket sistemləri və kosmik texnologiyalar sahəsində mühüm yenilikləri istifadəyə verməyə hazırlaşır.
AzerVoice xəbər verir ki, baş direktor Murat İkinci yeni ildə istehsal güclərinin ciddi şəkildə artacağını və bir çox layihənin seriyalı istehsal mərhələsinə qədəm qoyacağını açıqlayıb. Xüsusilə "TAYFUN BLOK-4" ballistik raketi, "GÖKBORA" hava-hava raketi və hipersəs sistemləri ilə bağlı yeni müjdələrin yaxın zamanda ictimaiyyətlə paylaşılacağı gözlənilir.
Murat İkinci bildirib ki SİPER, HİSAR və SUNGUR hava hücumundan müdafiə sistemlərinin istehsalı daha da sürətləndiriləcək. Şirkətin ən mühüm hədəflərindən biri də kosmik texnologiyalar sahəsində əldə olunan nailiyyətləri məhsula çevirməkdir. 2026-cı ildə keçiriləcək "SAHA Expo" sərgisində ROKETSAN-ın ən yeni strateji sistemlərinin və innovativ həllərinin ilk dəfə nümayiş etdiriləcəyi və böyük sürprizlərin olacağı planlaşdırılır.
