Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Qətər sülh üçün təzyiq edir, İsrail isə hədəf siyahısını yeniləyir

    30 Oktyabr 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVocie Analitik təhlil Mərkəzi

    İsrail müdafiə naziri Yisrael Kats çərşənbə günü xəbərdarlıq edərək bildirdi ki, HƏMAS siyasi rəhbərliyinə heç bir toxunulmazlıq verilməyəcək. Bu açıqlama İsrailin Dohada olan liderlərə yenidən hücum edə biləcəyi mənasını verir və ABŞ Prezidenti Donald Trumpın Qətərə verdiyi “İsrail ona yenidən hücum etməyəcək” təminatına meydan oxuya bilər.

    İsrailin bu təhdidi, Qətərin Trump planını uğurla həyata keçirmək üçün HƏMAS-a təzyiq göstərdiyi bir vaxta təsadüf edir - yalnız ilkin mərhələnin uğurla başa çatdırılması deyil, həm də HƏMAS-ın silahsızlanması ilə bağlı açıq öhdəlik qəbul etməsinə nail olmaq üçün ciddi təzyiq edilir. Bu, ABŞ planı üçün həlledici məqamdır.

    HƏMAS siyasi rəhbərliyi Qətərdə yerləşir və xatırladaq ki, keçən il sentyabrın 9-da hərəkətin danışıqlar nümayəndə heyəti Dohada Katara rayonunda yerləşdikləri qərargaha qarşı İsrail hücumundan sağ qalmışdı.

    O hücum regional və beynəlxalq qəzəb doğurmuş, sonradan ABŞ Prezidenti Donald Trump isə Dohaya qarşı İsrailin hər hansı bir hücumunun qarşısını alacağına söz vermişdi.

    Hələlik aydın deyil ki, İsrail müdafiə nazirinin verdiyi xəbərdarlıq yalnız HƏMAS-a təzyiq göstərmək üçün sözlü bir təhdiddirmi, yoxsa İsrail hökuməti ABŞ-ın Qətərə verdiyi təminatları əngəlləmək barədə ciddi şəkildə düşünür.

    Katsın ofisindən yayılan bəyanatda deyilir: “HƏMAS terror təşkilatının rəhbərliyindən olan heç kəsə toxunulmazlıq verilməyəcək - nə rəsmilərinə, nə də tunnellərdə gizlənənlərə. Hər hansı bir əl İsrail əsgərinə uzadılarsa, o əl kəsiləcək. İsrail ordusu HƏMAS-ın hər bir hədəfinə qarşı qətiyyətlə hərəkət etməsi barədə göstəriş alıb və bu siyasəti davam etdirəcək.”

    Ekspretlər bildirirlər ki, Qətərdə və ya Misirdə HƏMAS rəhbərliyini hədəfləyən hər hansı yeni bir İsrail hücumu Trumpın sülh planını alt-üst edə bilər; buna görə də əgər ABŞ bölgədə gərginliyin azalmasını həqiqətən istəyirsə, belə bir hücumun qarşısını almaq üçün tədbir görməli olacaq.

    Əgər İsrail Dohaya qarşı yeni hücum həyata keçirsə, bu ABŞ üçün daha da utancverici olar, çünki Qətər Trump planını uğurlu etmək üçün əlindən gələni edir və HƏMAS-a tərəfdaş kimi çıxış etməsi üçün ciddi təzyiq göstərir.

    Qətər Baş Naziri Şeyx Məhəmməd bin Əbdülrəhmən əl-Thani çərşənbə günü Qəzza zolağında İsrailə məxsus əsgərlərə edilən hücum və İsrailin buna cavab olaraq keçirdiyi hava zərbələrini “təəssüf doğuran və bizim üçün çox ümidsizləşdirici” adlandırdı.

    Qətər rəhbərliyi Trump planını uğurlu etmək üçün əlindən gələni edir və silahlarını təhvil verməyə çağırır.

    Nyu-Yorkdakı (Milli Xarici Münasibətlər Şurası) tədqiqat mərkəzi qarşısında çıxış edən Şeyx Məhəmməd bin Əbdülrəhmən dedi ki, HƏMAS Qəzza hakimiyyətindən imtina etməyə hazır olduğunu açıq şəkildə göstərir və Qətər onu silahsızlanma tələbini qəbul etməyə təşviq etməyə çalışır.

    HƏMAS siyasi rəhbərliyinə sığınacaq verən Qətər, 2023-cü il 7 oktyabrda onların İsrailə hücumundan sonra İsrailin məhvedici hərbi əməliyyatlarına cavab olaraq aparılan danışıqlarda vasitəçilikdə əsas rol oynayıb.

    Keçən ay İsrail Qətərdə HƏMAS-ın bəzi liderlərini hədəfləyən zərbə həyata keçirmişdi.

    #Qətər #HƏMAS #Doha #HƏMAS və Hizbullah əlaqələri #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #HƏMAS və İslami Cihad #HƏMAS-ın Qərb Sahilində yüksəlişi #HƏMAS rəsmisi Usamə Həmdan #İsrailin HƏMAS-a qarşı siyasəti #HƏMAS və İsrail #Rusiya Qətər əməkdaşlığı #Qətərin geosiyasi rolu #Dohada görüş #AzerVoice Analitik Təhlil Mərkəzi #Doha partlayış #İsrailin Qətərə hücumu #Qətər Doha finalı #Doha Prinsipləri Bəyannaməsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək

    13 Fevral 2026 13:31

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    11 Fevral 2026 13:44

    Ərdoğan üç ölkənin səfirlərini qəbul edib

    10 Fevral 2026 16:28

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    Hakan Fidan və Qətər Baş naziri arasında regional məsələlər müzakirə olunub

    6 Fevral 2026 14:11

    İsrail ordusu HƏMAS-ın silahlarını təhvil verməsi üçün toplama məntəqələri qurub

    4 Fevral 2026 11:28

    Livanın baş naziri ölkəsinin yeni bir müharibəyə sürüklənməsinə icazə verməyəcəyini bəyan edib

    3 Fevral 2026 16:27

    Rəfah keçidi yenidən açıldı

    2 Fevral 2026 11:49

    Asiya Olimpiya Şurasına yeni rəhbər seçilib

    26 Yanvar 2026 16:37

    Typhoon qırıcılarının tədarükü üçün Qətərdə üçtərəfli kritik görüş keçirilib

    22 Yanvar 2026 13:34

    Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qətərdədir

    19 Yanvar 2026 14:11
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev: Regional nəqliyyat qovşaqlarına çevrilmək üçün qonşularınızla yaxşı münasibətləriniz olmalıdır

    Prezident İlham Əliyev Münxendə panel müzakirələrdə iştirak edir

    Messi 2026 Dünya Çempionatını buraxa bilər

    Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına yeni direktor TƏYİNATI

    Gəncə Dövlət Milli Dram Teatrına direktor təyin olunub

    Misofobiya: Mikroblardan duyulan patoloji qorxu

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    Azərbaycanın qiymətli metallar bazarının həftəlik İCMALI

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.