Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Qəzzada HƏMAS-a qarşı yeni silahlı qüvvə yarandı - beynəlxalq yardım çağırışı

    17 Oktyabr 2025 09:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    HƏMAS-ın İSrail casuslarına qarşı həyata keçirdiyi edam dalğasının fonunda, Qəzzanın cənubunda, Xан Yunis ərazisində İsrail dəstəyi ilə fəaliyyət göstərən silahlı qruplaşmanın komandiri Hüsam əl-Əstəl dünyanı Qəzza sakinlərini HƏMAS-dan “müdafiə” etməyə çağırıb.

    Times of Israel-in əldə etdiyi videoçarxda Əstəl ABŞ Prezidenti Donald Trampın atəşkəsin təmin olunması istiqamətində səylərini alqışlayır, lakin əlavə edir ki, Qəzza sakinlərini İsrail zərbələrindən xilas etdikdən sonra prezident indi onları HƏMAS-dan da xilas etməlidir.

    «(HƏMAS) yüzlərlə uşaq, qadın, gənc və qoca adamları öldürür. Hər hansı ittihamla? Biz hərbi müharibədən terrorçuların savaşı vəziyyətinə keçmişik. Bu gün (HƏMAS) Qəzza sakinlərinə terror törədir, onları RPG-lərlə öldürür. (HƏMAS) tamamilə İŞİD tipli təşkilatdır» - və beynəlxalq ictimaiyyəti sakinləri HƏMAS-dan qorumağa çağırıram».-deyə Əstəl bildirib.

    Öz çıxışında Əstəl Qəzzaya və dünyaya ünvanlanan mesajında bildirib ki, onun rəhbərlik etdiyi milisi «Qəzzada hakimiyyət qazanmaq və ya nüfuz əldə etmək» məqsədilə hərəkət etmir.

    «Biz xalqı HƏMAS hakimiyyətindən mülki idarəyə keçirməyi istəyirik. Biz sülh istəyirik, yaşamaq istəyirik. Bugün HƏMAS-la döyüşümüz hakimiyyət uğrunda deyil».-deyə o çıxışında bildirib.

    Video görüntüsündən sonra Times of Israel-ə verdiyi müsahibədə Əstəl qrupunun HƏMAS-a qarşı mübarizəni davam etdirdiyini təsdiqləyib.

    Hüsam əl-Əstəl kimdir?

    Hüsam əl-Əstəl bir vaxtlar Fələstin Muxtariyyətinin təhlükəsizlik qurumlarında çalışmış şəxsdır. O, Xан Yunusda HƏMAS-a qarşı silahlı bir qrup təşkil etdiyini elan edib və ərazidə yaşayanları öz himayəsi altındakı məntəqələrə köçməyə çağırıb - orada onlara yemək, su və sığınacaq veriləcəyini bildirib.

    Əstəl Times of Israel-ə deyib ki, qrupuna HƏMAS-ın atəşi altında yaşayan hər kəsi qəbul etməyə hazırdır və onların hamısı üçün kifayət qədər qida, su və məskən təminatı mövcuddur. O, əlavə edib ki, yaxın günlərdə təhlükəsizlik yoxlamalarından sonra təxminən 400 fələstinlini qəbul etməyi planlaşdırır.

    Qeyd olunur ki, onun silahlı dəstəsi Xан Yunusun cənub-şərqində, tamamilə boşaldılmış Qeyzan ən-Nəcər bölgəsində yerləşir - bu zonanın məsafəsi məşğulluq sıxlığı olan əl-Muavsi məntəqəsindən təxminən 2,5 kilometrdir. Müharibə zamanı bu və digər yaşayış məntəqələri boşaldılıb.

    Əstəl, həmçinin Times of Israel-ə deyib ki, bir neçə il İsraildə çalışdıqdan sonra Fələstin Muxtariyyətinin təhlükəsizlik qüvvələrində xidmət edib, həmin dövr onun Qəzzadakı fəaliyyətinə təsir göstərib.

    #Donald Tramp #HƏMAS #HƏMAS və Hizbullah əlaqələri #İsrail və HƏMAS müharibəsi #Donald Tramp və Qəzza planı #Donald Tramp 2025 siyasəti #Xan Yunis #Donald Tramp və Fələstin planı #Donald Trampın Yaxın Şərq siyasəti #Donald Tramp Yaxın Şərq siyasəti #Donald Trampın İsrail–İran atəşkəsini elan etməsi #Donald Trampa qarşı etirazlar #Donald Tramp atəşkəs təklifi #Hüsam əl-Əstəl
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Xamenei etirazları "çevrilişə" bənzədir və regional müharibə barədə xəbərdarlıq edir

    1 Fevral 2026 18:35

    Tramp Ağ Evdə keçiriləcək UFC turnirinin bəzi təfərrüatlarını bölüşüb

    31 Yanvar 2026 15:21

    Tramp və Netanyahu insanları silahlandırıb - Pezeşkian

    31 Yanvar 2026 12:52

    Avropa ABŞ gömrük rüsumlarına qarşı özünü qoruya bilər - Merts

    29 Yanvar 2026 17:19

    Venesuela ordusu və polisi prezident Rodriqesə sadiqlik andı içdi

    29 Yanvar 2026 12:30

    ABŞ hərbi donanması İrana doğru yola düşüb - Tramp

    28 Yanvar 2026 10:06

    Qrenlandiya böhranı böyüyür - Avropa Trampın təzyiqlərinə qarşı birləşir

    27 Yanvar 2026 21:33

    ABŞ-ın sabiq prezidenti Klinton xalqı Trampa qarşı birləşməyə çağırıb

    26 Yanvar 2026 10:09

    İrana doğru böyük bir hərbi qüvvə irəliləyir – Tramp

    23 Yanvar 2026 12:00

    SEPAH-dan ABŞ-a sərt xəbərdarlıq: “Barmağımız tətikdədir”

    23 Yanvar 2026 10:34

    Tramp Kanadanın Sülh Şurasında iştirak etmək dəvətinin geri götürüldüyünü açıqlayıb

    23 Yanvar 2026 10:10

    ABŞ Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) rəsmən ayrılıb

    23 Yanvar 2026 09:23
    Demo
    XƏBƏR LENTİ

    Kentavrlar mifdir, yoxsa qədim mədəniyyətlərin ortaq simvolu?

    İslam mənbələrində cinlərin məskənləri haralar sayılır?

    "Real Madrid" son saniyə penalti ilə "Rayo Valyekano"nu məğlub etdi

    Qazilikdən imtina idən alim: Əbhərinin Elm və Zühd Dolu Ömrü

    Orta əsrlər müsəlman alimlərinin tibbi inqilabı - İslamda psixoterapiya varmı?

    Bəlucistan döyüş meydanına döndü: 31 mülki şəxs həlak olub

    Xamenei etirazları "çevrilişə" bənzədir və regional müharibə barədə xəbərdarlıq edir

    Türkiyənin sərhəd təhlükəsizliyi və Suriya razılaşması: Regional təsir analizi

    Reklam nədir və necə yaranıb? Qısa tarixi icmal

    Avropanın tarixi imtahanı: Afrikada iflas, Vaşinqtonda xəyanət və gücsüz qalan Brüssel

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.