Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    ABŞ Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) rəsmən ayrılıb

    23 Yanvar 2026 09:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Nailə Babazadə

    ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyi (HHS), Prezident Donald Trampın uzunmüddətli hədəflərindən birini tamamlayaraq Amerika Birləşmiş Ştatlarının Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) ayrılma prosesinin rəsmən yekunlaşdığını açıqlayıb.

    AzerVoice xəbər verir ki, Trampın ilk dövründə başlatdığı ÜST-dən ayrılma təşəbbüsünü, ikinci dövrünün ilk günündə imzaladığı fərmanla qətiləşdirmişdi. ABŞ qanunlarına görə, təşkilatdan ayrılmaq üçün bir il öncədən bildiriş verilməli və bütün ödənilməmiş borclar bağlanmalıdır. Hazırkı vaxt etibarilə ABŞ-ın ÜST-yə təxminən 260 milyon dollar borcu var, lakin hüquq ekspertləri ABŞ-ın bu ödənişi etməsinin az ehtimal olunduğunu və ÜST-nin bu vəsaiti toplamaq üçün əlində məhdud hüquqi vasitələrin olduğunu bildirirlər.

    HHS tərəfindən edilən açıqlamada ÜST-yə yönəlmiş bütün ABŞ hökumət fondlarının kəsildiyi və təşkilat bünyəsində çalışan bütün personal ilə podratçıların geri çağırıldığı ifadə edildi. ABŞ-ın ÜST sponsorluğundakı komitələr, rəhbər orqanlar və texniki işçi qruplarındakı rəsmi iştirakı da sona çatdı. Yüksək rütbəli bir administrasiya rəsmisi ÜST-nin Amerika xalqının maraqlarına zidd hərəkət etdiyini müdafiə edərək, verdikləri dəyəri, pulu və personalı geri ala bilmədiklərini, bu səbəbdən verdikləri sözü tutduqlarını qeyd etdi.

    Tramp administrasiyası ÜST-dən ayrılma qərarını təşkilatın pandemiyanın başında qlobal fövqəladə vəziyyət elan etməkdə gecikməsi, Çinin məlumatları gizlətməsinə göz yumması və gözlənilən şəffaflıq islahatlarını həyata keçirməməsi kimi əsaslara söykəyir. ABŞ rəsmiləri milli səhiyyə siyasətlərinin xarici bürokratlar tərəfindən məhdudlaşdırılmasını istəmədiklərini vurğulayırlar. ÜST-dən ayrılmasına baxmayaraq, ABŞ-ın qlobal səhiyyə sahəsində liderliyini ölkələrlə birbaşa ikitərəfli müqavilələr, qeyri-hökumət təşkilatları və dini qruplar vasitəsilə davam etdirəcəyi iddia olunur. Bu yeni dövrə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) öncülük etməsi gözlənilir. Digər tərəfdən, bir çox səhiyyə eksperti bu qərarı fəlakət kimi qiymətləndirərək, qlobal strukturdan ayrılmağın ABŞ-ı yeni bioloji təhdidlərə qarşı müdafiəsiz qoya biləcəyini müdafiə edir.

    #Donald Tramp #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) #ÜST #Trampın siyasətləri #Trampın fərmanları #Trampın iddiaları #Trampın Avropa siyasəti #ÜST iqlim böhranı çağırışı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-Belçika münasibətlərində yeni mübahisə

    18 Fevral 2026 16:26

    Ankara Vaşinqton və Tehranla intensiv təmasdadır - Ərdoğan

    18 Fevral 2026 14:13

    Tramp Səudiyyə Ərəbistanı ilə BƏƏ arasındakı gərginliyə münasibət bildirib

    17 Fevral 2026 11:47

    Tramp Kuba ilə danışıqların başlandığını açıqlayıb

    17 Fevral 2026 10:19

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    16 Fevral 2026 16:26

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    12 Fevral 2026 10:21

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37
    XƏBƏR LENTİ

    ABŞ-Belçika münasibətlərində yeni mübahisə

    Böyük şeytanın gözü İranın sərvətlərindədir... "Sülh qarşılığında neft"?

    Alim Nəbiyevdən ardıcıl üçüncü qələbə

    Se7en - Yeddi günahın qanlı izi

    Aeroport şosesində gecə saatlarında hərəkət məhdudlaşdırılacaq

    Dövlət Komitəsinin sədri Qazaxıstan səfiri ilə görüşüb

    Türkiyə Qəzza ilə bağlı mövqeyini ABŞ-də açıqlayacaq

    Hörmüz boğazı bağlandı: Tehran və Moskvadan ABŞ-a hərbi mesaj - dəniz təlimləri başlayır

    Baltik dənizində mənfi 5 dərəcədə uçuş: Bayraktar TB3 NATO təlimində uğurla sınaqdan keçib

    CHP-yə meydanı boş buraxmayacağıq - Ərdoğan

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.