Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Çarlz Daouti Ramazan ayı ilə bağlı müsəlmanların təəssüratlarını önə çıxarır

    13 Sentyabr 2025 10:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Analitik Təhlil Mərkəzinin eksperti , ƏHMƏD SALİH HƏLƏBİ (MƏKKƏ)

    Çarlz Daouti yalnız Şərq tarixini və onun xalqlarının həyatını öyrənən bir şərqşünas deyildi, o, həm də səyyah və alim idi. O, gənclik illərindəki səyahətlərində geologiya elmini Kembric Universitetində öyrənməklə birlikdə buzlaqlarla örtülü bölgələrdə tədqiqat səfərlərinə də çıxmışdı. O, 19 avqust 1843-cü ildə Birləşmiş Krallıqda doğulmuşdu. İngilis dilinə xidmət göstərməyə xüsusi maraq göstərmiş, danimarka və holland dillərini öyrənmişdi.

    1876-cı ildə, 33 yaşında ikən o, Mədain Salehə çatmağı bacardı, orada dolaşdı və məzarların fasadlarına həkk olunmuş yazı və təsvirləri köçürdü. Halbuki, isveçrəli səyyah və tarixçi Burkhardt, eləcə də ingilis zabiti və tərcüməçi Burton ora daxil olmaqda uğursuz olmuşdular.

    Daouti səyahətinə İspaniyadan başladı, ordan İtaliyaya, sonra Yunanıstana, ardınca isə 1875-ci ildə Misirə getdi. Oradan Sina səhrasını keçərək qədim şəhər olan Petraya gəldi. Petra İordaniyanın cənubunda yerləşən tarixi-arxeoloji şəhərdir, qayaüstü memarlığı və qədim su kəmərləri sistemi ilə məşhurdur. Orada o, Madain Saleh haqqında eşitdi. Bu qədim şəhər əvvəllər “əl-Hicr” adı ilə tanınırdı və hazırda Səudiyyə Ərəbistanının şimal-qərbində yerləşir. Daouti qərara gəldi ki, Burkhardt və Burtonun uğursuz olduqları bu məqsədi reallaşdırsın. Petradan “Xəlil” adı ilə gizli şəkildə həcc karvanına qoşuldu və 1876-cı ilin noyabrında Madain Salehə çatdı. Orada dolaşaraq məzarların üzərindəki yazı və təsvirləri köçürdü. Daha sonra həcc karvanı ilə yoluna davam etmədi, bədəvi tayfaları ilə birgə yaşadı və onlarla birlikdə gəzdiyi yerləri öyrəndi.

    1878-ci ilin iyulunda isə yenidən həcc karvanına qoşularaq Hicaza getdi, Taaifə çatdı, oradan isə 1878-ci ilin avqustunda Ciddəyə getdi. Beləliklə, 1876–1878-ci illər arasında Madain Saleh, Teyma, əl-Ula, Burayda, Cəbəl Şəmmər, Xeybər, Taaif və Ciddə kimi bölgələri geniş şəkildə təsvir etdi.

    Onun “Ərəbistan səhrasında səyahətlər” adlı kitabı bu müşahidələrin nəticəsi olaraq on il ərzində hazırlanıb və 1888-ci ildə dörd cilddə nəşr edilib. Misirdə Milli Tərcümə Mərkəzi 2005-ci ildə həmin əsərin tərcüməsini nəşr etdi. Tərcüməni Səbri Məhəmməd Həsən etmiş, redaktəsini və təqdimatını isə professor Camal Zəkəriyyə Qasım həyata keçirmişdi. Bu kitab Ərəbistan yarımadasını əhatə edən ən mühüm əsərlərdən biri sayılır. Orada xüsusilə Ramazan ayının gəlişi zamanı sakinlərin təəssüratları və onların isti hava şəraitinə baxmayaraq oruca və ibadətlərə bağlılıqları vurğulanır.

    Daouti kitabında belə yazır: “Ramazan, oruc ayı, yaxınlaşmaq üzrə idi. Bu ay müsəlmanların ruhunu, hətta səhrada yaşayan bədəvilərin belə qəlbini dərin şəkildə məşğul edirdi və onlara daha artıq təqva bəxş edirdi. Onlar namaz vaxtı evlərindən çıxır, sıraya düzülür, imamı dinləyir, alnı açıq şəkildə torpağa qoyub səcdəyə gedirdilər. Burada bütün müsəlmanlar dində və ibadətdə bərabər idi.”

    #Əhməd Hələbi #Çarlz Daouti #Ərəbistan yarımadası #Bədəvi tayfaları #Səhrada həyat #Tarixi məkanlar #Arxeoloji tədqiqatlar #Ramazan müşahidələri #Səyahətnamə #Hicaz bölgəsi #Səyyah alim #XIX əsr səyahətləri #Misir Milli Tərcümə Mərkəzi #Səbri Məhəmməd Həsən #Camal Zəkəriyyə Qasım #Tədqiqat əsəri #Səyahət ədəbiyyatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyə Ərəbistanında 12 min illik qayaüstü təsvirlər aşkar edilib

    1 Oktyabr 2025 20:23

    Zübeydə xanımdan Kral Salmana: Həcc ziyarətçiləri üçün su xidmətləri

    23 Sentyabr 2025 09:00

    Alman şərqşünası Con Vayldın Həcc səfəri müşahidələri

    9 Sentyabr 2025 10:00

    Məkkə haqqında "Qızıl Kitab" nəşr olundu

    1 Sentyabr 2025 19:56

    Min illik sirr: Zəm-zəm suyunun mənşəyi və əfsanəsi

    14 İyul 2025 14:39

    Kəbənin örtüyünün qaldırılması: Həcc mövsümü ərəfəsində illik ənənə

    3 İyun 2025 09:00

    Həcc mövsümündə zəvvarlar üçün yeni layihələr: Yaşıl sahələr, ağıllı sistemlər və sürətli nəqliyyat

    29 May 2025 09:00

    Məkkədə “Həcc Hədiyyələri” sərgisi təşkil olunub

    17 May 2025 16:46

    Keçmişdən Bu Günə Həcc Yolları

    16 May 2025 09:00

    Arafat zəvvarları qarşılamağa hazırlaşır

    9 May 2025 09:00

    Quba Məscidi – İslamda inşa edilən ilk məscid

    25 Aprel 2025 09:00

    Məkkə Müqəddəs Məscidinin Kitabxanası

    14 Aprel 2025 13:43
    Demo
    XƏBƏR LENTİ

    Məhəmməd Şiə əs-Sudani ikinci dəfə Baş nazir olacaqmı?

    Ağlın Yolu

    Zəfər xronikası. 5 noyabr 2020-ci il: Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib

    Zahran Mamdani kimdir?

    Amerikalı müsəlman Zahran Məmdani Nyu-Yorkun meri seçildi

    Tarixdə bu gün - 5 noyabr

    44 günlük Vətən müharibəsinin xronikası: 5 noyabr

    Azərbaycan və Əlcəzair arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti müzakirə olunub

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində olub

    Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.