Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    İsrail əsgərləri dəri xəstəliklərindən şikayət edirlər, ordu rəhbərliyi isə qulaq ardına vurur

    13 Sentyabr 2025 08:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi, Səməd Əyyubov

    Qəzza əhalisi uzun müddətdir gigiyenik şəraitin olmaması səbəbindən müxtəlif dəri xəstəliklərindən əziyyət çəkirdi. İndi isə eyni infeksiyalar İsrail ordusunun əsgərlərinə də yayılıb.

    Cümə günü ön cəbhəyə göndərilən yüzlərlə nizami və ehtiyat hərbçi qaşınmadan şikayətlənib, bədənlərində yaralar əmələ gəlib. “Yedioth Ahronoth” qəzetinin dərc etdiyi fotolarda əsgərlərin bədənində açıq yaralar görünür. Onların sözlərinə görə, səbəb bit, taxtabiti, digər həşərat sancmaları, üfunətli qoxu və dayanıqsız sularla bağlıdır.

    Bir əsgərin atası deyib: “Oğlum əvvəlcə bu əziyyəti gizlətmişdi. Ailəlikcə istirahətə çıxanda təsadüfən bədənindəki yaraları gördük. Bu dəhşətli idi. Övladlarımız qaşınmadan yata bilmir. Bu, Qəzzanın başqa bir lənəti kimi geri dönür.”

    Cəbhə məntəqələrində ağır vəziyyət

    Ehtiyat zabitlərindən biri bildirib ki, bu problem Qəzzanın bir çox bölgəsində yayılıb. Onun sözlərinə görə, Cəbəliyə və Zeytun məhəllələrində xidmət zamanı eyni vəziyyətlə üzləşiblər. Burada zolağın yollarını nəzarətdə saxlamaq üçün müşahidə məntəqələri qurulub, əsgərlər üçün müvəqqəti baraklar tikilib. Hər birinə döşək verilsə də, taxtabitilər və digər həşəratlar döşəklərə yuva saldığı üçün əsgərlər yerdə yatmağa üstünlük verirlər.

    Zabit əlavə edib ki, əvvəlcə bu məntəqələrdə bir neçə gün qalacaqlarını düşünüblər, lakin may ayından bəri aylarla orada xidmət edirlər. Danışıqların nəticəsiz qalması isə onların qalma müddətini daha da uzadıb. Onun sözlərinə görə, Filadelfiya oxu boyunca sabit kazarmalarda yerləşən əsgərlər belə problemlərlə üzləşmirlər və buna görə də digərləri onlara həsəd aparır. Cəbhə məntəqələrində isə nə həşəratlara qarşı dərmanlama aparılır, nə də hamam var. Əsgərlər yalnız nəm salfetlərlə bədənlərini silməklə kifayətlənirlər.

    Ordu rəhbərliyi problemdən xəbərsizdir?

    Ordu sözçüsü açıqlamasında komandanlığın bu problemdən xəbərsiz olduğunu bildirib. Lakin qəzet yüzlərlə əsgərin şikayətlərini aldığını iddia edir. Başqa bir zabit isə deyib ki, təkcə dərmanlama kifayət etmir, bütün Qəzza üzrə köklü həll tələb olunur. Çünki xəstəliklər milçəklər, heyvanlar və hətta hava vasitəsilə yayılır.

    Bir əsgərin atası isə vəziyyəti belə təsvir edib: “Onsuz da mənasız bir müharibənin içindəyik. İndi də övladlarımız zibillikdə küçə itləri və pişiklərlə birgə yaşamağa məcbur edilirlər. Onlar hansısa xəstəliklə geri qayıdır və Allah bilir, sağalacaqlarmı. Bu artıq işğal deyil, xaotik hərbi əməliyyatlardır. Övladlarımızın sağlamlığını heç kim düşünmür. Biz etiraz edəndə isə cavab verirlər ki, guya büdcə axtarırlar ki, kimyəvi tualetlər və normal hamamlar qursunlar.”

    Humanitar böhranın bumeranq təsiri

    Qəzzada dəri xəstəliklərinin geniş yayılmasının əsas səbəbi İsrailin davamlı hücumları nəticəsində gigiyenik şərtlərin tamamilə məhv olmasıdır. İnsanlar susuz, kanalizasiyasız və tualetsiz açıq havada yaşamağa məcbur edilib. İndi isə bu böhranın bumeranq təsiri göstərərək İsrail əsgərlərinin özünü də vurduğu bildirilir.

    #Qəzza #İsrail #humanitar yardım #humanitar böhran #İsrail ordusu #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzzada müharibədən sonrakı vəziyyət #Qəzzədə humanitar böhran #Qəzza humanitar böhranı #Qəzzadakı humanitar vəziyyətə diqqət #Qəzza gigiyena böhranı #Qəzza dəri xəstəlikləri #Qəzzada xəstəliklərin yayılması #Qəzza qaşınma xəstəlikləri #Qəzzada taxtabiti problemi #İsrail ordusu gigiyenik problemlər #İsrail əsgərləri dəri infeksiyası #İsrail əsgərləri qaşınma xəstəliyi #İsrail ordusu sağlamlıq böhranı #Qəzza müharibəsinin humanitar nəticələri #Qəzza infeksiya epidemiyası #Qəzza əsgərlərin sağlamlıq durumu #Cəbhə məntəqələrində gigiyena problemi #İsrail ordusu taxtabiti problemi #Qəzza müharibəsi bumeranq təsiri #Qəzza xəstəliklərin yayılması səbəbi #Qəzza müharibəsi və infeksiyalar #Qəzza humanitar böhran İsrailə keçdi #Qəzza xəstəliklərin İsrail əsgərlərinə təsiri #Qəzzada gigiyenik şəraitin olmaması səbəbindən xəstəliklərin yayılması #Qəzza əhalisinin dəri xəstəliklərindən əziyyət çəkməsi #İsrail əsgərlərinin Qəzzada gigiyena problemi ilə üzləşməsi #Qəzzada taxtabiti və digər həşəratların yaratdığı xəstəliklər #İsrail ordusunun cəbhə məntəqələrində infeksiya yayılması #İsrail əsgərlərinin baraklarda taxtabiti və qaşınma problemi #Qəzza müharibəsinin humanitar böhrandan doğan xəstəlikləri #İsrail ordusu gigiyena çatışmazlığı və əsgərlərin şikayətləri #Qəzza müharibəsi nəticəsində gigiyena böhranının bumeranq təsiri #İsrail əsgərlərinin sağlamlıq vəziyyətinə təsir edən gigiyena çatışmazlığı #Qəzzada su və kanalizasiya çatışmazlığının yaratdığı xəstəliklər #Qəzza cəbhə məntəqələrində əsgərlərin infeksiya problemi #İsrail ordusu əsgərlərinin taxtabiti və bitlərlə mübarizəsi #Qəzzada yayılan xəstəliklərin İsrail əsgərlərinə keçməsi #İsrail əsgərlərinin gigiyenik şərait olmadan xidmət etməsi #Qəzza müharibəsi zamanı sağlamlıq böhranı və humanitar fəlakət #İsrail əsgərlərinin valideynlərinin Qəzza müharibəsi ilə bağlı etirazları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12
    XƏBƏR LENTİ

    YouTube 21 illik yubileyini 2,7 milyard aktiv istifadəçi ilə qeyd edib

    Bu gün Kolin Pauellin İraq haqqında saxta iddialarına qarşı BMT binası qarşısındakı 200 minlik qəzəb aksiyası keçirildi

    15 Fevral: Əfqanıstan müharibəsinin sonu, İmralı prosesinin başlanğıcı və göydən yağan alov

    Azərbaycan və Almaniya xarici işlər nazirləri ikitərəfli münasibətləri müzakirə ediblər

    Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

    Vladimir Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtini açıqlayıb

    ABŞ ordusu Suriyada İŞİD-ə məxsus 30-dan çox hədəfi vurub

    Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olundu

    Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq - Vanq Huiyao

    Prezident İlham Əliyev: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.