Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyənin 22 vilayətində terror əməliyyatı: 96 saxlanılan var

    3 Fevral 2026 09:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından verdiyi rəsmi açıqlamada MLKP terror təşkilatına qarşı keçirilən genişmiqyaslı əməliyyatlar barədə məlumat paylaşıb. İstanbul Respublika Baş Prokurorluğu və İstanbul Polis İdarəsinin koordinasiyası ilə Terrorla Mübarizə və Kəşfiyyat şöbə müdirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində, silahlı terror təşkilatının mətbuat və gənclər qanadları vasitəsilə fəaliyyət göstərən şəxslər müəyyən edilərək hədəf alınıb.

    AzerVoice xəbər verir ki, İstanbul mərkəzli olmaqla Antalya, Adıyaman, Şanlıurfa, Rize, Bursa, Van, Tekirdağ, Qaziantep, Samsun, Tunceli, Malatya, Diyarbakır, Kocaeli, Yalova, Balıkesir, Denizli, Ankara, İzmir, Sakarya, Adana və Mersində eyni vaxtda təşkil edilən əməliyyatlar nəticəsində ümumilikdə 96 şübhəli şəxs saxlanılıb.

    Aparılan araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər təşkilatın gənclər, həmçinin mətbuat və təbliğat strukturları daxilində aktiv fəaliyyət göstəriblər. Şübhəlilərin təşkilatın yüksək rütbəli rəhbərlərinin də iştirak etdiyi onlayn iclaslar vasitəsilə mütəmadi olaraq təlimatlar aldıqları müəyyən edilib. Bundan əlavə, həmin şəxslərin terror təşkilatının yaradılmasının 30-cu ildönümü tədbirlərinə, təşkilati göstərişlər əsasında keçirilən qondarma anım fəaliyyətlərinə və müxtəlif qeyri-qanuni təşkilatlara qatıldıqları, habelə sosial media üzərindən terror təbliğatını ehtiva edən paylaşımlar etdikləri faktlarla sübuta yetirilib. Faktla bağlı genişmiqyaslı istintaq hərəkətlərinə başlanılıb.

    Nazir Ali Yerlikaya açıqlamasında terrorla mübarizənin qətiyyətlə davam etdirildiyini vurğulayaraq, bu mübarizənin yalnız sahədəki əməliyyatlarla bitmədiyini qeyd edib. O bildirib ki, terrorla mübarizə təhlükəsizlik, kəşfiyyat, kommunikasiya və beynəlxalq əməkdaşlığı əhatə edən çoxşaxəli bir strategiyaya söykənir. Nazir ölkənin hər bir bölgəsində hüzur və sabitliyin qorunması üçün fəaliyyətlərin davam edəcəyini qeyd edərək, bu uğurlu əməliyyatda əməyi keçən prokurorluq əməkdaşlarını və qəhrəman polis heyətini təbrik edib.

    #Türkiyə Daxili İşlər Nazirliyi #Ali Yerlikaya #PKK terror təşkilatı #İŞİD terror təşkilatı #terror aktı #terrorizm #MLKP terror təşkilatı #Terrorla mübarizə #Terrorçuluğun maliyyələşdirilməsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    "İŞİD" ailələrinin düşərgəsi mühasirədə: Suriya ordusundan Əl-Hol üçün strateji qərar qəbul edildi

    30 Yanvar 2026 13:49

    Türkiyədə kibertəhlükəsizlik əməliyyatları - yüzlərlə şübhəli ifşa olundu

    29 Yanvar 2026 11:06

    MİT İranın casus şəbəkəsini zərərsizləşdirib

    28 Yanvar 2026 17:39

    Qırmızı bülletenlə axtarılan şəxslər Türkiyəyə gətirildi

    28 Yanvar 2026 12:16

    Türkiyədə FETÖ əməliyyatları - 82 nəfər həbs edilib

    28 Yanvar 2026 09:48

    DTX səfirliyə terror hücumunun qarşısını aldı

    27 Yanvar 2026 09:48

    ABŞ və İraq rəsmiləri İŞİD məhbusları və təhlükəsizlik məsələlərini müzakirə ediblər

    26 Yanvar 2026 10:44

    İraq Avropa ölkələrini İŞİD üzvlərini geri almağa çağırıb

    24 Yanvar 2026 09:35

    Bayrağa qarşı hücum milli dəyərlərə yönəlmiş təxribatdır - Türkiyə MN

    22 Yanvar 2026 13:18

    Türkiyədə miqrant qaçaqmalçılarına qarşı əməliyyat həyata keçirilib

    22 Yanvar 2026 10:14

    Türkiyə 17 axtarılan şəxsi xaricdən gətirdi

    17 Yanvar 2026 13:25

    İstanbulda İŞİD terror qruplaşmasının maliyyə şəbəkəsinə qarşı əməliyyatda 8 nəfər saxlanılıb

    13 Yanvar 2026 10:54
    Demo
    XƏBƏR LENTİ

    Yanvar ayında Türkiyənin mebel ixracı azalıb (ÖZƏL)

    Ronaldo Əl-Nəsrdən ayrıla bilər

    Prezident İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub

    Pezeşkian ABŞ ilə danışıqlara başlamaq üçün göstəriş verib

    Qrenlandiya danışıqları fonunda Danimarkanın “dərman kartı” - Novo Nordisk ABŞ qarşısında nə qədər güclüdür?

    “AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib

    Epşteyn Mossad üçün casus kimi hazırlanıb?

    Yanvar ayında Türkiyənin tekstil ixracı azalıb (ÖZƏL)

    Elm və təhsil sahəsində Azərbaycan–Səudiyyə Ərəbistanı əməkdaşlığı müzakirə olunub

    Türkiyənin 22 vilayətində terror əməliyyatı: 96 saxlanılan var

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.