Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Pezeşkian ABŞ ilə danışıqlara başlamaq üçün göstəriş verib

    3 Fevral 2026 10:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Nailə Babazadə

    İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə müzakirələrin bərpası məqsədilə xarici işlər naziri Abbas Əraqçiyə müvafiq tapşırıq verdiyini açıqlayıb.

    AzerVoice xəbər verir ki, Pezeşkian özünün "X" sosial media hesabından mövzu ilə bağlı yazılı bəyanat yayaraq, bu addımın bölgədəki dost dövlətlərin ABŞ Prezidenti Donald Trampın müzakirə təklifinə cavab verilməsi ilə bağlı çağırışları nəzərə alınaraq atıldığını qeyd edib.

    Prezident Pezeşkian müzakirələrin şərtlərini açıqlayarkən bildirib ki, uyğun bir mühitin olması, təhdidlərin aradan qaldırılması, qeyri-qanuni və qeyri-məntiqi gözləntilərdən uzaq durulması şərti ilə, "izzət, hikmət və məsləhət" prinsipləri əsasında, habelə milli maraqlar çərçivəsində ədalətli bir danışıqlar zəminin hazırlanması üçün Xarici İşlər Nazirliyi fəaliyyətə başlayıb.

    Məlumata görə, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında mümkün nüvə sazişini müzakirə etmək üçün 6 fevral cümə günü İstanbulda görüş planlaşdırılır. Bu görüş, 2025-ci ilin iyun ayında İran və İsrail arasında baş verən və 12 gün davam edən hərbi qarşıdurmadan sonra ABŞ və İran rəsmilərinin ilk birbaşa təması olması baxımından böyük əhəmiyyət kəsb edir.

    Nazir Əraqçi İran İslam İnqilabının 47-ci ildönümü münasibətilə paytaxt Tehranda Ayətullah Xomeyninin məqbərəsində etdiyi çıxışda ölkəsinin diplomatiyaya hazır olduğunu bir daha təsdiqləyib. Bununla belə, o vurğulayıb ki, diplomatiya təzyiq, qorxu və güc tətbiqi ilə bir araya sığmır. Əraqçi həmçinin bu diplomatik addımların nəticələrinin tezliklə özünü göstərəcəyinə ümid etdiyini bildirib.

    #İran #Donald Tramp #Məsud Pezeşkian #İran-ABŞ münasibətləri #Trampın siyasətləri #İran–ABŞ danışıqları #ABŞ İran toqquşması #ABŞ-İran dialoqu #İran-ABŞ qarşıdurması #ABŞ və İran münasibətləri #İran–ABŞ əlaqələrinin kəsilməsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran zənginləşdirilmiş urandan imtina etmək niyyətində deyil - Şamxani

    3 Fevral 2026 11:52

    Tramp "razılaşmaya yaxınıq" dedi, Kuba isə ehtiyatlı danışdı

    3 Fevral 2026 11:40

    Epşteyn Mossad üçün casus kimi hazırlanıb?

    3 Fevral 2026 09:42

    İran ABŞ-la nüvə danışıqlarına başlamaq üçün rəsmi göstəriş verdi

    2 Fevral 2026 16:53

    İran əməliyyatı Türkiyənin vasitəçiliyi sayəsində təxirə salındı - İsrail və ABŞ mediası

    2 Fevral 2026 10:47

    Tramp Ağ Evdə keçiriləcək UFC turnirinin bəzi təfərrüatlarını bölüşüb

    31 Yanvar 2026 15:21

    İran ilə ABŞ arasındakı gərginlik böyüyür

    31 Yanvar 2026 14:36

    Tramp və Netanyahu insanları silahlandırıb - Pezeşkian

    31 Yanvar 2026 12:52

    ABŞ İrana Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi

    31 Yanvar 2026 09:18

    Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi

    30 Yanvar 2026 09:09

    Azərbaycanın hava məkanı İrana qarşı hərbi əməliyyatlar üçün istifadə edilməyəcək - Ceyhun Bayramov

    29 Yanvar 2026 23:43

    Avropa ABŞ gömrük rüsumlarına qarşı özünü qoruya bilər - Merts

    29 Yanvar 2026 17:19
    Demo
    XƏBƏR LENTİ

    Ərdoğanın Yaxın Şərq səfərində Qəzza və Vaşinqton ilə Tehran arasındakı gərginlik müzakirə olunacaq

    Xankəndidə Azərbaycan Gənclərinin XI Forumu keçirilir

    İran zənginləşdirilmiş urandan imtina etmək niyyətində deyil - Şamxani

    Tramp "razılaşmaya yaxınıq" dedi, Kuba isə ehtiyatlı danışdı

    Paris Livan ordusuna dəstək üçün genişmiqyaslı konfransa hazırlaşır

    Yanvar ayında Türkiyənin mebel ixracı azalıb (ÖZƏL)

    Ronaldo Əl-Nəsrdən ayrıla bilər

    Prezident İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub

    Pezeşkian ABŞ ilə danışıqlara başlamaq üçün göstəriş verib

    Qrenlandiya danışıqları fonunda Danimarkanın “dərman kartı” - Novo Nordisk ABŞ qarşısında nə qədər güclüdür?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.