BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın Ankaradakı səfiri və eyni zamanda Suriyanın xüsusi nümayəndəsi olan Tom Barrak ilə görüş keçirib.
AzerVoice xəbər verir ki, diplomatik mənbələrdən verilən məlumata görə, Ankarada baş tutan görüşdə Türkiyə–ABŞ ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti, regional təhlükəsizlik məsələləri və Suriya ilə bağlı proseslər müzakirə olunub.
Tərəflər regionda sabitliyin təmin olunması, siyasi proseslərin irəlilədilməsi və diplomatik səylərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Görüş zamanı qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıldığı bildirilib.