BAKI, AzerVoice, Nailə Babazadə
UEFA Avropa Liqasının yeddinci həftəsində Türkiyə təmsilçisi "Fənərbaxça" İngiltərənin "Aston Villa" klubunu doğma meydanda sınağa çəkəcək.
AzerVoice xəbər verir ki, Çobani stadionunda keçiriləcək qarşılaşma yerli vaxtla saat 20.45-də start götürəcək. Oyunu Portuqaliya Futbol Federasiyasından Luis Qodinyo idarə edəcək. Ona həmyerliləri Rui Teyşeyra və Pedro Almeyda köməklik göstərəcəklər. Görüşün dördüncü hakimi funksiyasını isə Fabio Verissimo yerinə yetirəcək.
Turnir cədvəlində çıxdığı 6 oyunda 3 qələbə, 2 heç-heçə və 1 məğlubiyyəti olan "Fənərbaxça" hazırda 11 xalla 12-ci pillədə qərarlaşıb. Rəqib "Aston Villa" isə 6 oyundan 5-də qalib gəlib və cəmi 1 yenilgi alıb. 15 xalı olan İngiltərə təmsilçisi ilk 6 həftədə ən çox xal toplayan üç komandadan biri hesab olunur. Bu qarşılaşma "Fənərbaxça"nın növbəti mərhələyə yüksəlmək şansları baxımından strateji əhəmiyyət kəsb edir.