Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Avropada qurulacaq sülh yeni təhlükəsizlik sistemini formalaşdıracaq - Fidan

    3 Dekabr 2025 21:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsseldə NATO Xarici İşlər Nazirləri Toplantısından sonra jurnalistlərə açıqlama verərək Rusiya–Ukrayna danışıqları, Qara dənizdə gəmilərə hücumlar və Avropanın gələcək təhlükəsizlik arxitekturasına dair mühüm mesajlar səsləndirib.

    AzerVoice-un məlumatına görə Fidan açıqlama zamanı bildirib ki, Türkiyə Qara dənizdə ölkənin müstəsna iqtisadi zonasındakı gəmilərə edilən hücumları ciddi narahatlıqla izləyir. Nazir hücumların həm naviqasiyaya, həm də ticarət axınına təsir etdiyini vurğulayaraq, “Müharibənin sərhədlərinin genişlənməsi narahatedici haldır.” deyib.

    Nazir Rusiya–Ukrayna sülh prosesində ümidini qoruduğunu qeyd edib. Fidan danışıqların davam etməsinin və tərəflərin danışıqlardan ayrılmamasının vacibliyini vurğulayıb.

    O, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun vasitəçi kimi “əhəmiyyətli rol oynayacağını” və bu proses üçün kifayət qədər təcrübəyə sahib olduğunu bildirib.

    Fidan NATO toplantılarında Avropada müharibədən sonra qurulacaq yeni sistemin əsas müzakirə mövzusu olduğunu vurğulayıb.

    “Danışıqlar yalnız sülhü deyil, Avropanın gələcək təhlükəsizlik modelini də müəyyən edəcək. Ona görə bütün tərəflər mümkün razılaşmaya həddən artıq əhəmiyyət verir.” - nazir deyib.

    Nazir qeyd edib ki, tərəflər yalnız bu günün deyil, gələcək nəsillərin də təhlükəsizliyini nəzərə alaraq risk və qazanc hesablamaları aparırlar.

    Fidan açıqlamasında Avropa İttifaqı ilə ayrı-ayrı ölkələr səviyyəsində münasibətlərin yaxşı irəlilədiyini, lakin tamhüquqlu əməkdaşlığın qarşısında institusional maneələrin qaldığını deyib.

    “Kiminlə danışsam, hamı Cənubi Kiprdən şikayət edir. 400 milyondan çox insanın gələcəyinə təsir edən proses sinerji bir qrup tərəfindən bloklanır,” — deyə o bildirib.

    Nazir qeyd edib ki, Aİ-da qərarların bəzən yekdillik prinsipi ilə qəbul olunması sui-istifadə edilir və bu da strateji prosesləri ləngidir.

    Fidan vurğulayıb ki, Türkiyə diplomatiyada heç kimə üstünlük tanımadan, eyni zamanda qarşı tərəfə əlavə imkan yaratmadan öz yolunu davam etdirir.

    #Fidan: Avropada sülh yeni təhlükəsizlik sisteminin əsasını qoyacaq #Hakan Fidan Brüsseldən: Rusiya–Ukrayna danışıqlarına ümid var #Türkiyə: Qara dənizdə gəmilərə hücumlar narahatlıq doğurur #Fidan: Avropanın müharibədən sonrakı sistemi formalaşır #NATO toplantısından sonra kritik açıqlama: Danışıqlar masadan qalxmamalıdır #Türkiyə Qara dənizdəki hücumlara reaksiya verdi #Turkey’s Fidan: Post-war Europe Will See a New Security Framework #Ankara Says Hope Remains for Russia–Ukraine Talks After NATO Meeting #Turkish FM Warns of Expanding Conflict After Attacks on Black Sea Ships
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Avropada qurulacaq sülh yeni təhlükəsizlik sistemini formalaşdıracaq - Fidan

    3 Dekabr 2025 21:39

    Ərdoğan və Finlandiya Prezidenti Stubb telefon danışığı aparıb

    3 Dekabr 2025 21:11

    Türkiyədə 30 ay sonra aylıq inflyasiya 1 faizdən aşağı düşüb

    3 Dekabr 2025 20:00

    Hakan Fidan ATƏT XİN Şurasının Vyana toplantısında iştirak edəcək

    3 Dekabr 2025 18:42

    Hakan Fidan və NATO Baş katibi Ukrayna müharibəsi və Qara Dənizin təhlükəsizliyini müzakirə edib

    3 Dekabr 2025 13:58

    Ərdoğan və Makron Ukrayna, Qafqaz və Yaxın Şərqdə sülh yolunu müzakirə ediblər

    3 Dekabr 2025 11:52

    Terroru bitirəcəyik, separatçılığa son qoyacağıq - Bahçeli

    3 Dekabr 2025 10:08

    Kızılelma döyüş təyyarəmiz dünya aviasiyasında tarixi dönüş yaratdı - Ərdoğan

    2 Dekabr 2025 21:21

    Türkiyə və Pakistan neft və qaz sahələrində anlaşma imzalayıb

    2 Dekabr 2025 17:13

    Türkiyə idarəetmə məhkəmələrində işləri Avropadan daha tez həll edir - Ərdoğan

    2 Dekabr 2025 16:36

    Türkiyə XİN rəhbəri Hakan Fidan NATO Qərargahında ikili görüşlər keçirəcək

    2 Dekabr 2025 15:12

    Fərqanidən tarixi addım: Türkiyənin ilk Orbitaya Transfer Aparatı kosmosda

    2 Dekabr 2025 11:15
    Demo
    XƏBƏR LENTİ

    Avropada qurulacaq sülh yeni təhlükəsizlik sistemini formalaşdıracaq - Fidan

    Ərdoğan və Finlandiya Prezidenti Stubb telefon danışığı aparıb

    HƏMAS və İslami Cihad İsrailə Qəzzada tapılan cəsəd qalıqlarından nümunə təqdim edəcək

    Xorvatiya polisi rahibənin müsəlman hücumu iddiasını təkzib edib

    Husilər iyul hücumunda əsir götürülən dənizçiləri azad edib

    Türkiyədə 30 ay sonra aylıq inflyasiya 1 faizdən aşağı düşüb

    Suriya hüquq-mühafizə orqanları 31 min kaptagon həbi ələ keçirib

    DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında əlilliyi olan 235 şəxs xidmətlərdən yararlanır

    ABŞ Ukraynada uzunmüddətli həll üçün bütün mümkün səyləri göstərməyə hazırdır - Kreml

    Dünya mədəniyyət və incəsənət xadimləri Mərvan Bərqutinin azadlığa buraxılmasına çağırış edirlər

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.