Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Dünya mədəniyyət və incəsənət xadimləri Mərvan Bərqutinin azadlığa buraxılmasına çağırış edirlər

    3 Dekabr 2025 19:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Dünyanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri Fələstinli siyasi lider Mərvan Bərqutinin azad olunması üçün açıq məktub imzalayıblar. AzerVoice xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

    66 yaşlı Bərquti artıq 23 ildir İsraildə həbsdədir. O, israillilər və fələstinlilər arasında sülhün mümkün olmasına inanan və birlik yaradan fiqur kimi qəbul edilir. Açıq məktubda onun həbs şəraitində zorakılığa məruz qalması və hüquqlarının pozulması ilə bağlı ciddi narahatlıq ifadə olunur.

    “Biz Mərvan Bərqutinin davam edən həbsi, zorakı rəftara məruz qalması və hüquqi təminatlardan məhrum edilməsi ilə bağlı dərin narahatlıq keçiririk. BMT-ni və dünya hökumətlərini Barqutinin azad olunması üçün fəal addımlar atmağa çağırırıq.” - məktubda deyilib.

    Məktubun imzalananları arasında yazıçılardan Marqaret Etvud, Filip Pullman, Zeydi Smit, Anni Erno, aktyorlardan Yan Makellen, Benedikt Kamberbeç, Tilda Svinton, Coş O’Konnor, Mark Ruffalo, Stiven Fray, musiqiçilərdən Stinq, Pol Saymon, Brayan Eno, Anni Lennoks və Qeri Lineker, Delia Smit, Riçard Brenson kimi məşhurlar var.

    Uzun illərdir ekspertlər Bərqutinin həbsinə səbəb olan məhkəmə prosesinin ciddi qüsurlarla dolu olduğunu bildiriblər. İsrail hakimiyyəti onun azadlığa buraxılmasına dəfələrlə etiraz edib. Sorğulara görə, Bərquti bu gün də fələstinlilər arasında ən populyar siyasi liderdir və iki dövlətli həll variantını dəstəkləyir.

    İsrail hökumətində fələstinli məhbuslara qarşı ölüm hökmü tətbiqini nəzərdə tutan yeni qanun layihələri müzakirə olunur. Ekspertlər bu sənədlərin Bərqutini də əhatə edə biləcəyini bildirirlər.

    Barqutinin azad olunması uğrunda kampaniya 1980-1990-cı illərdə Nelson Mandelanın azadlığı üçün aparılan beynəlxalq hərəkatı xatırladır. Mandela özü 2002-ci ildə demişdi ki, “Bərqutiyə edilən, vaxtilə mənə edilənin eynisidir.”

    Musiqiçi Brayan Eno vurğulayıb ki, mədəniyyətin gücü bəzən siyasətin istiqamətini dəyişə bilir. “Qlobal həmrəylik Mandelanı azad etdiyi kimi, Barqutinin də azad olmasını sürətləndirə bilər. Onun azadlığı bu uzun mübarizədə dönüş nöqtəsi olacaq.”- o, deyib.

    #Dünya mədəniyyət xadimləri Marvan Barquxtinin azadlığını tələb edir #Hundreds of cultural figures call for Barghouti’s release – global kampaniya genişlənir #Barquxti Mandelayla müqayisə olunur: beynəlxalq çağırış güclənir #Məşhurlar: Barquxtinin həbsi sülhə mane olur #Marvan Barquxtinin azad olunması üçün dünya səslənir #Stinqdən Kamberbeçə – mədəniyyət xadimləri Barquxti üçün birləşdi #Barquxti hərəkatı yenidən güclənir: məşhurlar açıq məktub imzaladı #Mandela paraleli: Barquxti azad edilə bilərmi?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriya ilə sərhədlərin müəyyənləşdirilməsinə hazırıq - Livan Prezidenti

    12 Dekabr 2025 22:51

    Mahmud Abbas İtaliyanı Fələstin Dövlətini tanımağa çağırıb

    12 Dekabr 2025 21:38

    İsrail Qətərə hücum etməyib, yalnız konkret şəxsi hədəf alıb - ABŞ səfiri

    12 Dekabr 2025 21:23

    BMT Qəzzaya humanitar yardımların daxil olması ilə bağlı qətnamə qəbul edib

    12 Dekabr 2025 20:38

    Britaniya Netanyahu barədə həbs qərarına görə məhkəməyə təzyiq göstərir - BCM baş prokuroru

    12 Dekabr 2025 19:02

    İraqın sabiq prezidenti Bərhəm Salih BMT-nin Qaçqınlar üzrə Ali Komissarı seçilib

    12 Dekabr 2025 16:45

    İsrailin Avroviziya 2026-ya qatılmaması üçün 600 mindən çox imza toplandı

    12 Dekabr 2025 16:18

    İsrail Livana hava hücumları təşkil edib

    12 Dekabr 2025 13:08

    Livan və İsrail arasında atəşkəs müzakirələri yenidən aktivləşdi

    12 Dekabr 2025 12:49

    Ben-Qvir İzzəddin əl-Qəssamın məzarına qarşı dövlət səviyyəli vandallıqla hədələyir

    12 Dekabr 2025 07:25

    Türkiyə Qəzzada Beynəlxalq Sabitlik Qüvvəsinə qoşulmağa hazırdır - Hakan Fidan

    12 Dekabr 2025 04:00

    Tramp Qəzza Sabitlik Qüvvəsində rəhbərliyə general-mayor təyinini nəzərdən keçirir

    12 Dekabr 2025 02:00
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə XİN Ukraynanın Çornomorsk limanına hücumla bağlı açıqlama yayıb

    Mərmərədəki seysmik proseslər böyük İstanbul zəlzələsi riskini artırır - New York Times

    Tarixdə bu gün – 13 Dekabr

    Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Latviyada anılıb

    Suriya ilə sərhədlərin müəyyənləşdirilməsinə hazırıq - Livan Prezidenti

    ABŞ-də Epşteynin albomundan Trampın da yer aldığı 19 yeni fotoşəkil yayımlanıb

    Mahmud Abbas İtaliyanı Fələstin Dövlətini tanımağa çağırıb

    İsrail Qətərə hücum etməyib, yalnız konkret şəxsi hədəf alıb - ABŞ səfiri

    Türkiyəyə məxsus CENK-T yük gəmisinin Odessa limanı yaxınlığında vurulduğu iddia olunub

    BMT Qəzzaya humanitar yardımların daxil olması ilə bağlı qətnamə qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.