BAKI, AzerVoice, Nailə Babazadə
Ankarada diplomatik təmaslarını davam etdirəcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.
AzerVoice xəbər verir ki, görüş zamanı Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması istiqamətində atıla biləcək addımların və regional sabitliyin təmin olunmasına dair məsələlərin müzakirə ediləcəyi gözlənilir. Bundan əlavə, Qara dəniz taxıl dəhlizinin yenidən işə salınması ilə bağlı prosesin bərpası da danışıqların əsas mövzularından biri olacaq.
Telefon danışığının bölgədə gərginliyin azaldılması və humanitar təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətli nəticələr verə biləcəyi bildirilir.