BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 22–23 noyabr tarixlərində Yohannesburqda keçiriləcək 20-ci G20 Liderlər Zirvəsində iştirak etmək üçün Cənubi Afrika Respublikasına səfər edəcək.
AzerVoice xəbər verir ki, məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Başçısı Burhaneddin Duran sosial media hesabında açıqlayıb.
Prezidentin səfər çərçivəsində Cənubi Afrika Prezidenti Cyril Ramaphosa başda olmaqla, G20 liderləri və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirməsi gözlənilir.