Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyə Daxili İşlər Nazirliyi Mansur Yavaş haqqında araşdırma icazəsi verdi

    22 Noyabr 2025 13:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Türkiyə Daxili İşlər Nazirliyi, Ankara Böyükşəhər Bələdiyyəsi (ABB) tərəfindən həyata keçirilən konsert xərcləri ilə bağlı iddialar çərçivəsində, ABB sədri Mansur Yavaş və Xüsusi Katib Nevzat Uzunoğlu haqqında vəzifə səlahiyyətlərini sui-istifadə və nəzarət vəzifəsini yerinə yetirməmək ittihamları ilə araşdırma aparılması üçün icazə verib.

    AzerVoice xəbər verir ki, Ankara Baş Prokurorluğu, ABB-nin konsert xərclərinə dair aparılan araşdırmaların nəticəsinə əsasən Yavaş və Uzunoğlu ilə bağlı iddiaları qiymətləndirərək, daxili işlər nazirliyindən araşdırma icazəsi istəmişdi.

    Nazirlik icazə verərək, araşdırmanın rəsmi şəkildə başlamasına şərait yaradıb.

    Araşdırmalar göstərir ki, ABB-də 32 konsert xidməti alımı nəticəsində idarə 154 milyon 453 min 221 türk lirəsi zərərə uğrayıb. MASAK və Hesablama Palatasının yoxlamaları, eləcə də ekspert rəyləri, maliyyə əməliyyatlarında ciddi uyğunsuzluqların olduğunu göstərib.

    Araşdırma çərçivəsində 23 sentyabrda, aralarında keçmiş bələdiyyə məmurları və şirkət rəhbərlərinin də olduğu 14 şübhəli, “vəzifə səlahiyyətlərini sui-istifadə” və “tenderə müdaxilə” ittihamları ilə saxlanmışdı.

    Polisdə ifadə verildikdən sonra şübhəlilər Ankara Məhkəməsinə gətirilmiş və məhkəməyə təqdim edilmişdi. Hakimlik tərəfindən 5 şübhəli “zimmət” və “dövlət qurumlarının tenderlərinə müdaxilə” ittihamı ilə həbs edilmiş, qalan 9 şübhəli isə məhkəmə tərəfindən sərbəst buraxılmışdı.

    #Türkiyə Daxili İşlər Nazirliyi #MASAK #Mansur Yavaş #Ankara Baş Prokurorluğu #Nevzat Uzunoğlu #Ankara Böyükşəhər Bələdiyyəsi (ABB) #maliyyə uyğunsuzluğu #vəzifə səlahiyyətlərini sui-istifadə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədə kiber cinayətkarlara qarşı genişmiqyaslı əməliyyat keçirilib

    19 Yanvar 2026 09:38

    Türkiyə 17 axtarılan şəxsi xaricdən gətirdi

    17 Yanvar 2026 13:25

    Türkiyənin 16 vilayətində FETÖ-yə qarşı əməliyyat: 81 nəfər saxlanılıb

    12 Yanvar 2026 10:24

    Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib

    10 Yanvar 2026 11:45

    İstanbulda 21 şəhərdə təşkil olunmuş əməliyyatda 96 şübhəli saxlanılıb

    9 Yanvar 2026 10:27

    Türkiyədə narkotik satıcılarına qarşı əməliyyatlar: 424 nəfər saxlanıldı

    7 Yanvar 2026 09:45

    Türkiyədə FETÖ əməliyyatı: 223 şübhəli saxlanıldı, 87-si həbs edildi

    6 Yanvar 2026 09:53

    Ankarada İŞİD-ə qarşı əməliyyat keçirilib

    30 Dekabr 2025 09:19

    Türkiyədə polis-İŞİD qarşıdurmasında 3 polis şəhid olub

    29 Dekabr 2025 13:06

    DİN bayram günlərində azad olunan ərazilərə səfər edənlərə müraciət etdi

    27 Dekabr 2025 10:31

    Türkiyədə VEPARA şirkəti barədə istintaq: 31 nəfər saxlanıldı

    26 Dekabr 2025 09:30

    İstanbulda Yeni il gecəsi hücum planlaşdıran 100-dən çox şübhəli saxlanılıb

    25 Dekabr 2025 12:43
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycanın turizm imkanları Avstriyada təbliğ olunub

    Qazaxıstan Prezidenti Trampın Sülh Şurasına qoşulur

    Fələstin rəhbərliyi Trampın Qəzza planını məcburiyyət qarşısında qəbul edib

    Eşq

    Bakı metropoliteni yanvarın 20-də gücləndirilmiş rejimdə işləyəcək

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzzanı vurmağa davam edir

    Keçən il Türkiyədən Fransadan avtomobil ixracı 5 milyard dolları keçib (ÖZƏL)

    Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu məktəbi açılıb

    Kəlbəcərin ucqar dağ kəndlərinə izolyasiyalı hava xətləri çəkilir - "Azərişıq"

    Rəsmi Bakı İspaniyaya başsağlığı verdi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.