BAKI,AzerVoice, Fərid Mikayılov
Ankarada terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyat çərçivəsində 17 şübhəli şəxs saxlanılıb.
AzerVoice xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində münaqişə bölgələri ilə əlaqəsi müəyyən edilən şəxslər barəsində əməliyyat həyata keçirilib.
Baş Prokurorluğun Terror Cinayətləri üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar zamanı əldə olunan rəqəmsal materialların təhlili nəticəsində şübhəlilərin terror təşkilatının üzvləri olduqlarına dair sübutlar aşkarlanıb.
Bu əsaslarla 11-i xarici ölkə vətəndaşı, 6-sı Türkiyə vətəndaşı olmaqla ümumilikdə 17 nəfər barəsində saxlanılma qərarı verilib. Əməliyyat nəticəsində şübhəlilərin hamısının tutulduğu bildirilib.
Hazırda saxlanılan şəxslərin Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən prokurorluğa təhvil verilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.