BAKI, AzerVoice
Səudiyyə Ərəbistanının “Əl-İttihad” futbol klubunun prezidenti Ənmar Əl-Xayli hələ də Lionel Messi ilə müqavilə imzalamaq arzusunda olduğunu açıqlayıb.
AzerVoice xəbər verir ki, o, 2023-cü ildə Messinin PSJ-dən ayrıldıqdan sonra hazırda “İnter Mayami”nin formasını geyinən hücumçuya edilən təklifi xatırladıb.
Əl-Xaylinin sözlərinə görə, o zaman Messiyə 1,4 milyard avro məbləğində təklif irəli sürülüb. “Mən Messiyə 1,4 milyard avro təklif etdim. O, ailəsini inandırmasına baxmayaraq, ailəsinin xatirinə belə yüksək təklifi rədd etdi”, – deyə klub prezidenti bildirib.
O əlavə edib ki, hazırda da Messi üçün istədiyi qədər qazanc əldə edə biləcəyi, müddəti hətta ömürlük ola bilən müqavilə təklif etməyə hazırdır: “İstədiyi müddətə, hətta ömürlük müqavilə təklif edərdim. Matçlar başlamazdan əvvəl belə çempionluğu qeyd edərdik, çünki futbol tarixinin ən yaxşı oyunçusuna sahib olardıq”.