Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    ADEX 2026: Müdafiə sənayesində yeni məhsul və texnologiyalar Bakıda sərgilənəcək

    14 Yanvar 2026 12:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Regionun müdafiə sənayesi üzrə ən mötəbər və ən əhəmiyyətli platformalarından hesab olunan, eləcə də Azərbaycanın müdafiə-sənaye kompleksinin gücünü və potensialını bütün dünyaya nümayiş etdirən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX” 30 sentyabr - 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil ediləcək. “ADEX”lə eyni tarixlərdə 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi “Securex Caspian” da baş tutacaqdır.

    AzerVoice xəbər verir ki, “ADEX” sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.

    “Caspian Event Organisers” şirkətinin İcraçı direktoru Bəhruz Hidayətzadə bildirmişdir ki, hazırda sərgiyə hazırlıqlar aktiv şəkildə davam edir.

    “ADEX” Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisədir. Sərginin keçirildiyi ilk illərdən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “ADEX”lə tanış olur və tədbirin iştirakçı və qonaqlarına salamlama məktubu ünvanlayır ki, bu da sərginin yüksək statusu və tədbirə olan etimadın göstəricisidir. Təşkil edildiyi illər ərzində “ADEX” sərgisi etibarlı milli brend olmaqla yanaşı, dünyada müdafiə sənayesi sahəsində tanınan aparıcı şirkətlərin sərgi təqvimində öz önəmli yerini tutmuşdur.

    Sərginin ekspozisiyası bu il də miqyası ilə diqqət çəkəcək. Hazırılıq prosesinin davam etdiyi müddətdə Bakı Ekspo Mərkəzinin demək olar ki, bütün zalları iştirakçılar tərəfindən tutulmuşdur. “ADEX” sərgisində müdafiə və təhlükəsizlik sahəsində Azərbaycanın əsas dövlət qurumları öz stendləri ilə təmsil olunaraq, mövcud istehsal və texnoloji potensiallarını, eləcə də yeniliklərini nümayiş etdirəcəklər. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi sərgini dəstəkləməklə yanaşı, tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC ilə birgə stendlə təmsil olunur. Eyni zamanda, Azərbaycan Respublikası Müdafiə Nazirliyi sərgidə stendlə iştirak edərək, öz fəaliyyət istiqamətləri və imkanlarını nümayiş etdirəcək. Bu qurumların sərgidə aktiv iştirakı tədbirin əhəmiyyətini vurğulayır və uğurlu keçirilməsinə zəmin yaradır.

    Sərginin xarici ölkələrdən qatılan iştirakçıları arasında Türkiyədən “Roketsan”, “Aselsan Elektronik San. ve Tic. A.Ş.”, “Turkish Aerospace Industries” – TAI, İtaliyadan “Leonardo”, Çexiyadan “Excalibur Army SPOL S.R.O”, Birləşmiş Ərəb Əmirliklərindən “Edge Group PJSC”, İspaniyadan “INDRA”, İsraeldən “IAI - Israel Aerospace Industries”, “Plasan” və digər dünyaca tanınmış şirkətlərin adlarını qeyd etmək olar.

    Bir sıra ölkələr “ADEX”də milli qruplar şəklində iştirak edəcəklər. Bu ölkələr sırasında Belarus, Çexiya, İsrail, İtaliya, Türkiyə və Slovakiyanı qeyd edə bilərəm. Bir neçə şirkət isə sərgidə fərqli formatda təmsil olunacaqlar. Əvvəlki illərdə olduğu kimi bu il “ADEX”ə yeni ölkələr və şirkətlərin qatılmasını gözləyirik.

    Ənənəvi olaraq, “ADEX” müxtəlif ölkələrdən nüfuzlu qonaqları və nümayəndə heyətlərini cəlb edir. Bu il də sərgidə yüksək səviyyəli rəsmi nümayəndə heyətlərinin iştirak etməsi gözlənilir.

    Qeyd etmək istərdim ki, “ADEX”lə eyni tarixlərdə “Securex Caspian” sərgisi də təşkil ediləcək. Bu sərgidə kiber təhlükəsizlik sektoru diqqət mərkəzində olacaqdır”, deyə B. Hidayətzadə məlumat vermişdir.

    Miqyasına və məzmununa görə “ADEX”, regionda silah və hərbi texnika sahəsində keçirilən ən iri tədbirlərdən biri kimi müdafiə sənayesinin inkişaf səviyyəsini, müasir silah və qabaqcıl texnologiyaların geniş nümayişini əks etdirən effektiv platforma kimi çıxış edir. Burada təyyarə və aviasiya sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, dəniz gəmiləri və hərbi dəniz sistemləri, pilotsuz sistemlər, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), radioelektron sistemlər, C4ISR, silah istehsalı üçün avadanlıqlar, silah və sursat, silahların utilizasiyası üzrə vasitə və texnologiyalar, simulyatorlar və təlim sistemləri və digər sektorlar təmsil olunacaqdır.

    Eyni zamanda “ADEX” sərgisi üçün geniş işgüzar proqram hazırlanıb. Tədbirlər çərçivəsində sahə üzrə aktual mövzuları əhatə edən panel müzakirələri və çoxsaylı işgüzar görüşlər keçiriləcək. Azərbaycanın müvafiq qurumlarının nümayəndələri ilə sərgi iştirakçıları, eləcə də beynəlxalq nümayəndə heyətlərinin üzvləri və sərgi iştirakçıları arasında ikitərəfli görüşlər təşkil olunacaq.

    “ADEX” yüksək səviyyəli rəsmi nümayəndələrin, beynəlxalq şirkətlərin və sənaye liderlərinin iştirakı ilə keçirilərək, növbəti dəfə müdafiə sahəsində ən son innovasiya və qabaqcıl texnologiyaların sərgiləndiyi mühüm məkana çevriləcək, eyni zamanda hərbi-texniki əməkdaşlıq və strateji tərəfdaşlıqlar üçün geniş imkanlar yaradacaq.

    Sərgi bağlı yenilənən məlumatları rəsmi internet saytından (www.adex.az) və sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

    #Türkiyə #İsrail #Azərbaycan #BƏƏ #Prezident İlham Əliyev #İtaliya #ROKETSAN #Müdafiə Nazirliyi #Çexiya #Müdafiə Sənayesi Nazirliyi #ADEX Beynəlxalq Müdafiə Sərgisi #Azərsilah #TAI (Türk Aviasiya və Kosmos Sənayesi) #Leonardo #Turkish Aerospace Industries #Caspian Event Organisers #Aselsan Elektronik San. ve Tic. A.Ş. #Excalibur Army SPOL S.R.O #Edge Group PJSC #INDRA #IAI - Israel Aerospace Industries #Plasan #ADEX 2026 #Securex Caspian
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan nümayəndəsinin iştirakı ilə Dohada Beynəlxalq Parlamentlər İttifaqının İcraiyyə Komitəsinin 298-ci sessiyası keçirilir

    14 Yanvar 2026 13:45

    Abbas Əraqçi və Hakan Fidan regional gərginliyi müzakirə ediblər

    14 Yanvar 2026 12:56

    İran: uzun sürən çürümə və bir günün içində çökmə

    14 Yanvar 2026 12:54

    Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının iclası keçirilib

    14 Yanvar 2026 11:49

    Antalyada korrupsiyaya qarşı əməliyyat: 15 nəfər saxlanıldı

    14 Yanvar 2026 11:39

    ABŞ “Tramp marşrutu”nu 49 illik icarəyə götürür – Detallar

    14 Yanvar 2026 10:43

    Ağdərənin Aşağı Oratağ kəndində 31 ailə qayıdıb, 100 ev istifadəyə verilib

    14 Yanvar 2026 10:21

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdərə rayon sakinləri ilə görüşündən paylaşım edilib

    14 Yanvar 2026 10:03

    ABŞ İrandakı vətəndaşlarına xəbərdarlıq etdi - “Dərhal ölkəni tərk edin”

    14 Yanvar 2026 09:23

    Prezident İlham Əliyevin Ağdərə sakini ilə səmimi söhbəti

    13 Yanvar 2026 21:03

    Prezident İlham Əliyev Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub

    13 Yanvar 2026 19:14

    Prezident İlham Əliyev: Ağdərənin gələcək inkişafı çox parlaq olacaq

    13 Yanvar 2026 19:11
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycan nümayəndəsinin iştirakı ilə Dohada Beynəlxalq Parlamentlər İttifaqının İcraiyyə Komitəsinin 298-ci sessiyası keçirilir

    Qırğızıstan və Özbəkistan əməkdaşlığı genişləndirir

    Keçən il Türkiyədən Bəhreynə polad ixracı 2 milyon dolları keçib (ÖZƏL)

    Abbas Əraqçi və Hakan Fidan regional gərginliyi müzakirə ediblər

    İran: uzun sürən çürümə və bir günün içində çökmə

    Qəzzanı idarə edəcək texnokratlar komitəsinin tərkibi barədə razılıq əldə olunub

    ADEX 2026: Müdafiə sənayesində yeni məhsul və texnologiyalar Bakıda sərgilənəcək

    “Araz-Naxçıvan” “Qəbələ”yə qarşı

    Keçən il Türkiyədən Rusiyaya xalça ixracı 22 milyon dolları keçib (ÖZƏL)

    Livan Prezidenti Cozef Aun və Hizbullah arasında gərginlik pik həddə çatıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.