Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyə Yüzilinə heç bir güc əngəl ola bilməyəcək - Ərdoğan

    18 Noyabr 2025 04:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Prezident Külliyəsində keçirilən Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib. Ərdoğan çıxışında, "Türkiyə Yüzili" vizyonunun ardıcıl şəkildə həyata keçirildiyini və ölkənin bütün sahələrdə hədəflərinə doğru irəlilədiyini bildirib.

    Ərdoğan, 11 noyabrda Azərbaycan-Gürcüstan sərhədinə yaxın Signagi bölgəsində baş verən və 20 türk hərbçisinin şəhid olduğu C-130 tipli hərbi təyyarə qəzasına toxunaraq bildirib ki, qəzanın ardından qardaş Gürcüstan və Azərbaycan bütün imkanlarını səfərbər edib.

    “Qara qutuya və şəhidlərimizin nəşlərinə qısa müddətdə çatdıq. Şəhidlərimizin Azərbaycandan gətirilməsi və son mənzilə yola salınması mərasimində ministrlərimiz, deputatlarımız, hərbi və mülki rəhbərlik iştirak etdi. Qəzanın səbəbləri barədə ilkin məlumatlar şəffaf şəkildə ictimaiyyətə təqdim ediləcək.”-deyə prezident əlavə edib.

    Prezident 5 il əvvəl istifadəyə verilən Ankara Millət Kitabxanasının hal-hazırda 141 milyon 700 min qaynaqla dünyanın üçüncü ən böyük kitabxanası olduğunu qeyd edərək, indiyə qədər 8 milyon 650 min ziyarətçini qəbul etdiklərini bildirib. Gündə iki dəfə şorba, içki və qəlyanaltıların ziyarətçilərə pulsuz təqdim edildiyini vurğulayıb.

    Ərdoğan bildirib ki, Türkiyə bir zamanlar toplu iynə belə istehsal edə bilmirdisə, indi İHA və SİHA istehsalında dünyanın ilk 3 ölkəsi arasında yer alır.
    “2002-ci ildə illik ixracatımız 36 milyard dollar idi. 2025-ci ilin oktyabrına qədər bu rəqəm 270,2 milyard dollara çatıb. Xidmət ixracatında da 121,6 milyard dollarla rekord əldə etmişik.”-prezident deyib.

    Ərdoğan Kiprlə bağlı çıxışında iki dövlətli həll modelinin yeganə real yol olduğunu bildirərək, “Kibr məsələsinin həlli ada üzərində iki bərabər hüquqlu dövlətin birlikdə varlığına əsaslanmalıdır” deyib.

    Prezident Qəzzada Türkiyənin təşəbbüsü ilə əldə olunan atəşkəsin davam etməsinin vacibliyini vurğulayıb.
    “İsrailin maneələrinə baxmayaraq Qəzzaya humanitar yardımlarımız çatdırılır. 18-ci 'Yaxşılıq Gəmisi' 810 ton yardım yükləri ilə El-Arish limanına çatdı.”-deyə Ərdoğan əlavə edib.

    Ərdoğan həmçinin deyib ki, Türkiyə konteyner tipli müvəqqəti yaşayış məntəqələrini Qəzzaya göndərməklə bölgədə humanitar vəziyyətin yüngülləşdirilməsinə töhfə verməyi planlaşdırır.

    Ərdoğan qida təhlükəsizliyi ilə bağlı son vəziyyəti də paylaşaraq, il ərzində ölkə üzrə 1 milyon 103 min qida nəzarətinin həyata keçirildiyini, qaydaları pozan 25 min 750 müəssisəyə 2 milyard 206 milyon lirə məbləğində cərimə kəsildiyini deyib. Saxta və təhlükəli məhsullarla bağlı məlumatların anında ictimaiyyətə açıqlanacağını bildirib.

    O qeyd edib ki, yeni QR kod tətbiqi ilə vətəndaşlar istənilən qida müəssisəsinin ən son nə zaman yoxlanıldığını dərhal öyrənə biləcəklər.

    #Rəcəb Tayyib Ərdoğan #Türkiyə müdafiə sənayesi #avtomobil sənayesi məhsulları #müdafiə sənayesi məhsulları #Türkiyənin Qəzza siyasəti #C130 tipli hərbi nəqliyyat təyyarəsi #Türkiyə Yüzili #Ankara Millət Kitabxanası #Türkiyənin Qəzzaya dəstəyi #Ərdoğanın Qəzza siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Malayziya Baş naziri Türkiyəyə rəsmi səfər edəcək

    6 Yanvar 2026 17:33

    Ərdoğan Türkiyənin Putin və Zelenski ilə birbaşa təmas qurmağa hazır olduğunu bildirib

    5 Yanvar 2026 13:24

    Prezidentə edilən hər təhdid Türkiyəyə qarşı yönəlib - Ömər Çelik

    5 Yanvar 2026 12:35

    Ərdoğan bu gün Trampla görüşəcək

    5 Yanvar 2026 09:47

    Türkiyə Rusiya-Ukrayna münaqişəsində sülh üçün hər şeyə hazırdır - Ərdoğan

    3 Yanvar 2026 17:13

    Netanyahunun etdikləri cavabsız qalmayacaq - Ərdoğan

    2 Yanvar 2026 16:16

    Ərdoğan, Somali Prezidentini qəbul edib

    30 Dekabr 2025 17:51

    Türkiyədən Qırğızıstana avtomobil ixracı azalıb (ÖZƏL)

    28 Dekabr 2025 10:00

    Türkiyə ilk dəfə COP31-ə ev sahibliyi edəcək: Murat Kurum COP31 Prezidenti seçildi

    26 Dekabr 2025 10:11

    Türk diasporu bütün maneələrə baxmayaraq güclü mövqeyə sahib olub - Ərdoğan

    25 Dekabr 2025 15:46

    Türkiyə hava məkanının təhlükəsizliyini qətiyyətlə təmin edir - Türkiyə MN

    25 Dekabr 2025 14:37

    Sudanın Suveren Şurasının sədri Türkiyəyə səfər edəcək

    25 Dekabr 2025 02:00
    Demo
    XƏBƏR LENTİ

    Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges kimdir?

    Kolumbiya xarici işlər naziri xarici təcavüz halında hərbi cavab veriləcəyini bildirib

    Bu gün ABŞ-da ilk prezident seçicilərinin vaxtı təyin edildi

    Tarixdə bu gün – 7 yanvar

    Çin mediası Prezident İlham Əliyevin Çinə dair fikirlərindən yazır

    Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir

    Rusiya mediasında Prezident İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsi işıqlandırılıb

    İsrail və Somaliland münasibətlərin inkişaf etdirəcəkləri barədə bəyanat yayıblar

    ABŞ ictimai rəyində İsrailə dəstək zəifləyir

    Tayvanda F-16 qırıcısı qəzaya uğrayıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.