#avtomobil sənayesi məhsulları

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz azalaraq, 82 milyon 688 min 32 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Azərbaycana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz azalaraq,6 milyon 888 min 45 dollara çatdırıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Prezident Külliyəsində keçirilən Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib. Ərdoğan çıxışında, "Türkiyə Yüzili" vizyonunun ardıcıl şəkildə həyata keçirildiyini və ölkənin bütün sahələrdə hədəflərinə doğru irəlilədiyini bildirib.

Türkiyə avtomobil sənayesində uzun müddətdir gözlənilən mühüm bir addım reallaşdı. Sermaye Bazarları Qurumu (SPK), TOFAŞ Türk Otomobil Fabrikası A.Ş. ilə qlobal avtomobil nəhəngi Stellantis-in Türkiyə əməliyyatlarının birləşməsinə rəsmi olaraq təsdiq verdi. SPK-nın qərarı ilə TOFAŞ, Stellantis Otomotiv Pazarlama A.Ş. (Stellantis Türkiyə) ilə birləşmə prosesini tamamlayacaq. Şirkət bu barədə Kamuyu Aydınlatma Platformu (KAP) üzərindən rəsmi açıqlama yayıb.

2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Özbəkistana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq, 51 milyon 707 min 10 dollara bərabər olub. Türkiyə 2025-cü ilin sentyabr ayında Özbəkistana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz azalaraq, 5 milyon 841 min 32 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz artaraq, 30 milyard 205 milyon 394 min dollara bərabər olub.

Türkiyə 2025-cü ilin avqust ayında Türkmənistana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq, 3 milyon 204 min 3 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Türkmənistana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,9 faiz artaraq, 13 milyon 593 min 80 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 artaraq, 26 milyard 546 milyon 824 min dollara bərabər olub.

Türkiyə 2025-cü ilin avqust ayında ABŞ-yə avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artaraq, 100 milyon 946 min 26 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən ABŞ-yə avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz artaraq, 813 milyon 363 min 63 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 artaraq, 26 milyard 546 milyon 824 min dollara bərabər olub.

Türkiyə 2025-cü ilin avqust ayında Özbəkistana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 39,2 faiz azalaraq, 5 milyon 975 min 85 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Özbəkistana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz azalaraq, 45 milyon 865 min 78 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 artaraq, 26 milyard 546 milyon 824 min dollara bərabər olub.

Hakerlər nəhəng bir avtomobil markasının sistemlərini çökdürüb. Problemi aradan qaldıra bilməyən şirkət istehsalı dayandırmaq məcburiyyətində qalıb. Jaguar Land Rover, tədarükçülərinə xəbərdarlıq edərək bildirib ki, dağıdıcı bir kiber hücumun yaratdığı böhran səbəbilə avtomobil istehsalı noyabr ayına qədər bərpa olunmaya bilər.

2025-ci ilin yanvar-avqust aylarında Türkiyədə 654 min 413 yeni minik avtomobili satılıb. Avtomobil bazarında ən çox satılan marka Renault, ən çox satılan model isə Renault Clio olub. Avtomotiv Distribütorları və Mobillik Dərnəyi (ODMD) tərəfindən yayımlanan statistikaya görə, bu ilin ilk 8 ayında avtomobil və yüngül ticari nəqliyyat vasitələrinin satışları ötən ilin eyni dövrü ilə müqayisədə 7,24% artaraq 817 min 345 ədəd təşkil edib.

Türkiyədə elektrikli avtomobil bazarı son illərdə rekord sürətlə böyüyür. Enerji və avtomobil sənayesindən verilən rəsmi məlumatlara görə, ölkədə ən çox satılan elektrikli avtomobil markası TOGG olub. Yerli istehsalçı olması ilə diqqət çəkən TOGG, həm milli texnologiya, həm də “yaşıl enerji” siyasətinin simvoluna çevrilib. İki il öncə Türkiyədə cəmi 15 min elektrikli avtomobil mövcud idisə, bu gün bu rəqəm 300 minə çatıb. Ekspertlərə görə, bu dinamika həm dövlətin tətbiq etdiyi stimullaşdırıcı siyasətlə, həm də ictimaiyyətin ekoloji təmiz və qənaətcil nəqliyyata artan marağı ilə bağlıdır.

Türkiyə 2025-cü ilin iyul ayında Fransaya avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 48 faiz artaraq, 427 milyon 380 min 81 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Fransaya avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 2 milyard 697 milyon 459 min 23 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artaraq, 23 milyard 822 milyon 213 min dollara bərabər olub.

Türkiyə 2025-cü ilin iyul ayında Qazaxıstana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz azalaraq, 9 milyon 17 min 29 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Qazaxıstana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz azalaraq, 59 milyon 298 min 81 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artaraq, 23 milyard 822 milyon 213 min dollara bərabər olub. “Bu ilin iyul ayında Türkiyə 3 milyard 837 milyon 870 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 23 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.