Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyə hava məkanının təhlükəsizliyini qətiyyətlə təmin edir - Türkiyə MN

    25 Dekabr 2025 14:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyənin Milli Müdafiə Nazirliyi (MN) hava məkanının təhlükəsizliyinin 7 gün 24 saat əsasda təmin edildiyini və bu sahədə hər hansı boşluğun olmadığını açıqlayıb.

    AzerVoice xəbər verir ki, nazirlikdən verilən məlumata görə, Milli Müdafiə Nazirliyində keçirilən həftəlik brifinqdən sonra jurnalistlərin sualları cavablandırılıb. Bildirilib ki, Türkiyənin hava məkanına nəzarət radarlar, elektro-optik sensorlar, quru, dəniz və hava qüvvələri, eləcə də NATO ilə inteqrasiya olunmuş çoxsəviyyəli müdafiə sistemi vasitəsilə fasiləsiz şəkildə həyata keçirilir.

    Brifinqdə, Liviya Baş Qərargah rəisi Məhəmməd Əli əl-Həddad və onu müşayiət edən hərbi heyəti daşıyan təyyarənin qəzaya uğraması ilə bağlı suallara da aydınlıq gətirilib. MSB-nin açıqlamasında bildirilib ki, Ankaradan Tripoliyə uçan “Falcon-50” tipli təyyarə elektrik nasazlığı səbəbindən fövqəladə vəziyyət elan edib və Esenboğa hava limanına geri qayıtmaq üçün prosedurlar başladılıb.

    Radar əlaqəsinin kəsilməsindən sonra Hərbi Hava Qüvvələrinə məxsus iki pilotsuz uçuş aparatı, bir CN-235 təyyarəsi və axtarış-xilasetmə helikopteri dərhal əraziyə göndərilib. Axtarışlar nəticəsində təyyarənin qalıqları Ankaranın Haymana rayonunun kənd ərazisində aşkar edilib. Qəza zamanı Liviya Baş Qərargah rəisi, Quru Qoşunları komandanı, onları müşayiət edən hərbi heyət üzvləri və uçuş ekipajının hamısının həlak olduğu müəyyən edilib.

    Açıqlamada qeyd olunub ki, hadisə yerində təyyarənin “qara qutusu” tapılıb və texniki araşdırmalara başlanılıb. Qəzanın səbəbləri Türkiyənin aidiyyəti qurumları tərəfindən Liviya tərəfi ilə birgə hərtərəfli şəkildə araşdırılır. MSB həlak olanlar üçün Allahdan rəhmət diləyib, Liviya xalqına başsağlığı verib.

    #Türkiyənin Milli Müdafiə nazirliyi #Türkiyə müdafiə sənayesi #Türkiyə Milli Müdafiə Nazirliyi #Liviya #Ankara Esenboğa Hava Limanı #Türkiyə-Liviya müqaviləsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    KAAN və GÖKBEY Səudiyyə Ərəbistanının hədəfində: Riyadda birgə istehsal planı

    9 Fevral 2026 11:23

    Ankara yaxınlığında düşən Liviya təyyarəsinin qara qutusundakı pilot danışıqları məlum olub

    4 Fevral 2026 16:02

    Qəddafinin oğlu öldürüldü

    4 Fevral 2026 13:00

    Türkiyə Ordusunun hərbi qulluqçusu şəhid olub

    4 Fevral 2026 10:58

    Bayraktar, Liviya baş naziri ilə görüşüb

    24 Yanvar 2026 16:48

    Türkiyənin milli jeti HÜRJET-in performansı ekstremal şəraitdə təsdiqləndi

    24 Yanvar 2026 13:12

    ASELSAN Konya müəssisələrində yeni nəsil SMASH sistemlərinin istehsalına başlanılıb

    23 Yanvar 2026 15:37

    Typhoon qırıcılarının tədarükü üçün Qətərdə üçtərəfli kritik görüş keçirilib

    22 Yanvar 2026 13:34

    Bayrağa qarşı hücum milli dəyərlərə yönəlmiş təxribatdır - Türkiyə MN

    22 Yanvar 2026 13:18

    ROKETSAN keçən il ixracatda rekord artım nümayiş etdirərək 2 milyard dolları keçib

    19 Yanvar 2026 12:56

    Türkiyə–İran sərhədində 24 saatlıq təhlükəsizlik rejimi tətbiq olunur - Türkiyə MN

    15 Yanvar 2026 13:15

    İran: uzun sürən çürümə və bir günün içində çökmə

    14 Yanvar 2026 12:54
    Demo
    XƏBƏR LENTİ

    “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı Qəbələdə başa çatıb

    Türkiyə-Azərbaycan polad ticarətində azalma qeydə alınıb

    MN rəhbərliyi “World Defense Show 2026” sərgisində iştirak edib

    Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib

    Türkiyə əhalisinin sayı 86 milyonu keçib: 2025-ci ilin rəsmi nəticələri

    KAAN və GÖKBEY Səudiyyə Ərəbistanının hədəfində: Riyadda birgə istehsal planı

    AZPROMO-nun 2025-ci ildə ixracın və investisiyaların təşviqi üzrə fəaliyyəti

    Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-da davam etdiriləcək

    Dünyada lağ obyektinə çevrilmişik - Tramp

    Qərbi Azərbaycan İcması Azərbaycan-Ermənistan normallaşma prosesinə qarşı yönəlmiş təxribatçı addımları pisləyib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.