BAKI, AzerVoice
Ədalət və İnkişaf partiyası (AK Parti) sözçüsü Ömər Çelik sosial şəbəkə paylaşımında “qaranlıq xarici mərkəzlər” üzərindən həyata keçirilən təxribatlara sərt reaksiya verib.
AzerVoice xəbər verir ki, Çelik bildirib ki, bu cür təhdidlər təkcə Rəcəb Tayyib Ərdoğana deyil, bütövlükdə Türkiyəyə yönəlib.
Çelik vurğulayıb ki, zaman-zaman Türkiyə düşməni olan bəzi şəxslər və dairələr tərəfindən Prezidentə qarşı səsləndirilən sözdə təhdidlər hüquqi və siyasi baxımdan heç bir qüvvəyə malik deyil. Bununla yanaşı, bu təhdidlərə cəmiyyətin bütün təbəqələrinin nümayiş etdirdiyi ortaq mövqe milli birlik və həmrəyliyin güclü göstəricisi kimi qiymətləndirilib.
Çelik qeyd edib ki, Prezident dövlətin başçısıdır və ona yönələn hər hansı təhdid Türkiyə Cümhuriyyətinə və bütün xalqa qarşı yönəlmiş sayılır. Onun sözlərinə görə, qaranlıq xarici mərkəzlərin bu cür cəhdlərinə qarşı xalqın müxtəlif kəsimlərindən gələn milli reaksiya Türkiyənin birlik və dirliyini dünyaya nümayiş etdirir.
