BAKI, AzerVoice
Türkiyənin Balıkəsir vilayətinin Sındırgı rayonunda bu axşam 6,1 maqnitudalı zəlzələ baş verib.AzerVoice xəbər verir ki, Fövqəladə Halların İdarə Edilməsi Rəhbərliyi (AFAD) məlumatında qeyd olunur ki, yeraltı təkanların mərkəzi Sındırgı, dərinliyi isə 5,99 kilometr olub.
Zəlzələ İstanbul, Bursa, Çanaqqala və ətraf bölgələrdə də hiss olunub. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya, sosial media hesabında paylaşım edərək hadisə ilə bağlı açıqlama verib.
O qeyd edib ki hal hazırda zəlzələnin fəsadları araşdırılır . AFAD və digər müvafiq qurumlarımızın bütün komandaları dərhal sahə yoxlamalarına başlayıblar”-deyə o bildirib.