BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyədə Osmaniyədə 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, zəlzələ Osmaniyədə yerli vaxtla saat 12:09-da (Bakı vaxtı ilə saat 13:09-da) baş verib. Yeraltı təkanların ocağı 8,8 kilometr dərinlikdə yerləşib.
İnsan tələfatı və ya dağıntılar barədə məlumat yoxdur.