BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyədə Antalyada 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, zəlzələ Antalyada yerli vaxtla saat 13:21-da (Bakı vaxtı ilə saat 14:21-də) baş verib. Yeraltı təkanların ocağı 28,25 kilometr dərinlikdə yerləşib.
İnsan tələfatı və ya dağıntılar barədə məlumat yoxdur.
