Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Avstraliyanın sabiq baş naziri Netanyahunu ölkənin daxili siyasətinə qarışmamağa çağırıb

    16 Dekabr 2025 21:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Avstraliyanın sabiq baş naziri Malkolm Ternbull İsrailin baş naziri Benyamin Netanyahunun Avstraliyanın daxili siyasəti ilə bağlı açıqlamalarını tənqid edərək onu bu cür mövqedən çəkinməyə çağırıb.

    AzerVoice-un məlumatına görə, Ternbull Netanyahunun Avstraliyanın Fələstin dövlətini tanıması qərarını Bondi-Biçdə baş verən silahlı hücumla əlaqələndirməsinə münasibət bildirib. Sabiq baş nazir bu fikirlərin qəbuledilməz olduğunu deyib.

    Xatırladaq ki, bazar günü axşam saatlarında yəhudi Hanuka bayramı münasibətilə keçirilən tədbir zamanı ata və oğulun açdığı atəş nəticəsində 15 nəfər həlak olub. Hadisədən sonra Netanyahunun sözlərinə görə, Avstraliyanın bu ilin əvvəlində Fələstin dövlətini tanıması antisemitizmin artmasına şərait yaradıb.

    Böyük Britaniyanın “Channel 4 News” telekanalına müsahibəsində Malkolm Ternbull bildirib ki, İsrail baş nazirinin bu cür şərhləri vəziyyəti daha da gərginləşdirir. Onun sözlərinə görə, Avstraliyanın daxili siyasi qərarları ölkənin öz səlahiyyətidir və xarici liderlərin bu məsələlərə müdaxiləsi doğru deyil.

    Ternbull, həmçinin hazırkı baş nazir Entoni Albanizenin rəhbərlik etdiyi hökumətin avqust ayında Fələstin dövlətini tanıması qərarını dəstəklədiyini vurğulayıb və bu addımın Qəzza müharibəsi fonunda beynəlxalq ictimaiyyətin artan təzyiqləri ilə uyğunluq təşkil etdiyini qeyd edib.

    Öz növbəsində, Entoni Albanize də Netanyahunun iddialarını rədd edərək bildirib ki, dünya ölkələrinin böyük əksəriyyəti Yaxın Şərqdə iki dövlətli həlli dəstəkləyir. O, Bondi hadisəsindən sonra milli birlik çağırışı edib və yəhudi icmasına dəstək göstərilməsinin vacibliyini vurğulayıb.

    Baş nazir, həmçinin hücum zamanı silahlı şəxslərdən birini zərərsizləşdirən və qəhrəman kimi qiymətləndirilən Əhməd əl-Əhmədin xəstəxanada vəziyyəti ilə maraqlandığını bildirib. 2006-cı ildə Suriyadan Avstraliyaya köçən mağaza sahibi hazırda müalicəsini davam etdirir.

    Albanizenin sözlərinə görə, hücumu törədən Sajid Əkrəm və oğlu Nəvidin İŞİD ideologiyasının təsiri altında olduğu müəyyən edilib.

    #Ternbull Netanyahunun Avstraliya siyasətinə müdaxiləsini tənqid edib #Avstraliyanın sabiq baş naziri İsrail liderinə sərt mesaj verdi #Fələstinin tanınması ətrafında Avstraliya–İsrail polemikası #Бывший премьер Австралии призвал Нетаньяху не вмешиваться во внутреннюю политику #Тернбулл раскритиковал заявления премьера Израиля #Австралия отвергла связь политики по Палестине с атакой в Бонди #Australia’s former PM tells Netanyahu to stay out of domestic politics #Turnbull criticizes Netanyahu’s remarks on Palestine recognition #Australia rejects link between Bondi attack and Palestine policy
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Almaniya kansleri Avropanın "nüvə qalxanı"nın yaradılmasını təklif edir

    13 Fevral 2026 22:08

    Dünyanın ən böyük aviadaşıyıcısı Yaxın Şərqə göndərilir

    13 Fevral 2026 20:45

    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək

    13 Fevral 2026 13:31

    Suriyadan İraqa köçürülən minlərlə İŞİD üzvü istintaqa cəlb edilib

    13 Fevral 2026 12:01

    Səudiyyə Ərəbistanı və Pakistan strateji müdafiə tərəfdaşlığını gücləndirir

    13 Fevral 2026 09:53

    Səudiyyə Ərəbistanında kadr islahatı: Kral Salmandan şok təyinatlar - Kəşfiyyat rəhbəri də dəyişdi

    13 Fevral 2026 07:29

    İranla bir ay ərzində razılıq əldə oluna bilər – Tramp

    13 Fevral 2026 07:22

    Banqladeşdə səsvermə başa çatıb, sayım başlayıb

    12 Fevral 2026 21:08

    Böyük Britaniya Ukraynaya 1000 ədəd çoxməqsədli raket göndərəcək

    12 Fevral 2026 20:10

    Epstein sənədlərində MİT-in Suriyada ABŞ-a qarşı əməliyyatı barədə məlumat verilib

    12 Fevral 2026 18:38

    Çin Venesuela neftinin idxalını bərpa edib

    12 Fevral 2026 17:26

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06
    XƏBƏR LENTİ

    Bu gün Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

    Ankarada cinayətkar qruplaşmaya qarşı əməliyyat: 23 nəfər həbs olunub

    Özbəkistan bazarında Türkiyə poladı geriləmə göstərib (ÖZƏL)

    ABŞ aralıq seçkilərə hazırlaşır

    "Müqavimət Oxu"nun süqutu: Vaşinqton niyə İranın zəiflədiyini düşünür?

    Bu gün SSRİ və ÇXR arasında qarşılıqlı müdafiə müqaviləsi imzalanıb

    Prezident İlham Əliyev: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil

    Prezident İlham Əliyev “France 24”ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışdı

    Prezident İlham Əliyev: Normallaşma prosesi uğurla irəliləyir

    Prezident İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.