Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İqtisadiyyat

    Vergi və sosial sığorta qanunvericiliyinə son dəyişikliklər təqdim olunub

    16 Dekabr 2025 20:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) vergi və sosial sığorta qanunvericiliyində edilən dəyişikliklərin sahibkarların ictimai birlikləri, sahəvi assosiasiylar, palatalar, auditorlar və konsaltinq şirkətləri üçün təqdimatı keçirilib. Tədbirdə bir sıra dövlət qurumlarının nümayəndələri və iqtisadçı ekspertlər də iştirak ediblər.

    AzerVoice xəbər verir ki, tədbirdə çıxış edən Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov aparılan islahatların əsas məqsədinin iqtisadi artımı, investisiya mühitini, sahibkarlığı təşviq etmək, “kölgə iqtisadiyyatı”nın miqyasını azaltmaq olduğunu vurğulayıb. Bildirib ki, ümumilikdə sahibkarlıq subyektləri tərəfindən daxil olan 170 təklifdən 103-ü son illər ərzində qanunvericiliyə dəyişikliklər zamanı nəzərə alınıb. Son dəyişikliklər üç əsas istiqamət üzrə formalaşıb. Bunlar investisiya və sahibkarlığın təşviqi, büdcə gəlirlərinin tənzimlənməsi və vergi nəzarətinin təkmilləşdirilməsidir. Qanunvericiliyə dəyişikliklər vergi yükünün optimallaşdırılmasına və vergi ödəyiciləri ilə səmərəli əməkdaşlığa xidmət edəcək.

    Daha sonra tədbir iştirakçıları üçün geniş təqdimat edilib. Baş idarə rəisinin müavini Əvəz Quliyev bildirib ki, 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına işğaldan azad edilmiş ərazilərlə eyni vergi rejiminin tətbiqi, fərdi sahibkarların sosial sığorta yükünün dövriyyəyə uyğun tənzimlənməsi, yerli avtomobil istehsalı, gəmiqayırma və kənd təsərrüfatı kimi prioritet sektorlara güzəştlərin verilməsi nəzərdə tutulur.

    Həmçinin nağdsız ödənişlərin stimullaşdırılması üçün pərakəndə ticarət və xidmət sahələrində POS-terminal vasitəsilə nağdsız dövriyyə limiti 400.000 manata çatdırılacaq və nağdsız dövriyyənin yalnız 50%-i ƏDV qeydiyyatı məqsədləri üçün nəzərə alınacaq. Eyni zamanda, muzdlu işdən gəlirlər üzrə vergi yükü optimallaşdırılacaq.

    Bundan başqa, orta və iri vergi ödəyiciləri ilə münasibətlərin şəffaflaşdırılması məqsədilə elektron audit sistemi ləğv ediləcək, əvəzində üfüqi monitorinq mexanizmi tətbiq olunacaq. Şəffaflığın genişləndirilməsi məqsədilə bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlərdə göstərilən xidmətlər üzrə "ƏDV geri al" mexanizminin tətbiqi və fiziki şəxslərin kirayə gəlirləri üzrə vergi dərəcəsinin 14%-dən 10%-ə endirilməsi də qanunda öz əksini tapıb.

    Tədbirin sonunda iştirakçılarının sualları cavablandırılıb və təklif edilən dəyişikliklərin iqtisadiyyatın inkişafına gözlənilən müsbət təsirləri geniş müzakirə olunub.

    Vergi və sosial sığorta qanunvericiliyinə son dəyişikliklər təqdim olunub
    Vergi və sosial sığorta qanunvericiliyinə son dəyişikliklər təqdim olunub
    #İqtisadiyyat Nazirliyi #İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) #vergi və sosial sığorta qanunvericiliyində edilən dəyişikliklər #Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov #Əvəz Quliyev #ƏDV
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İqtisadiyyat Nazirliyində Ərdəbil valisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

    11 Dekabr 2025 22:51

    Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşdırılması məsələləri müzakirə olunub

    11 Dekabr 2025 18:11

    “Asienbrücke” Assosiasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

    6 Dekabr 2025 11:58

    Tatarıstan ilə birgə sənaye zonasının yaradılması çərçivəsində görülən işlər müzakirə olunub

    5 Dekabr 2025 16:08

    D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının ticarət nazirlərinin 4-cü iclasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

    4 Dekabr 2025 14:30

    Vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun payına düşüb

    4 Dekabr 2025 12:31

    Türkiyə ilə əczaçılıq sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

    2 Dekabr 2025 19:02

    DVX transfer qiymətlərinin tətbiqi ilə bağlı təlim xarakterli görüş keçirib

    27 Noyabr 2025 22:10

    Prezident İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib

    22 Noyabr 2025 12:15

    Azərbaycan və İsrail arasında ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

    20 Noyabr 2025 15:01

    DVX-nin nümayəndə heyəti Xorvatiyada səfərdə olub

    14 Noyabr 2025 16:03

    Bakıda II Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək

    13 Noyabr 2025 19:33
    Demo
    XƏBƏR LENTİ

    35 ildən sonra Avropa aviaşirkətinin ilk reysi Bağdada enib

    BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Nobel Sülh Mükafatına namizəd göstərilib

    Avstraliyanın sabiq baş naziri Netanyahunu ölkənin daxili siyasətinə qarışmamağa çağırıb

    Qış şəraiti Ukrayna üçün ciddi problem yarada bilər - Zelenski

    Vergi və sosial sığorta qanunvericiliyinə son dəyişikliklər təqdim olunub

    Ağalıda növbəti əmək yarmarkası keçirilib

    Qəzza üzrə Beynəlxalq Sabitləşdirmə Qüvvəsi artıq fəaliyyət göstərir - Tramp

    Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

    İsrail həbsxanalarında iğtişaş riski ilə bağlı xəbərdarlıq edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.