Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    35 ildən sonra Avropa aviaşirkətinin ilk reysi Bağdada enib

    16 Dekabr 2025 22:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Avropa aviaşirkətinə məxsus ilk təyyarə 35 ildən sonra Bağdad Beynəlxalq Hava Limanına eniş edib.

    AzerVoice-un məlumatına görə, bu barədə İraqın Nəqliyyat Nazirliyi çərşənbə axşamı yaydığı açıqlamada bildirib. Qeyd olunub ki, Yunanıstanın “Aegean Airlines” aviaşirkətinin həyata keçirdiyi reys Bağdada enən ilk Avropa təyyarəsi olub.

    Nazirliyin bəyanatında bu hadisənin “İraqın Avropa aviasiya xəritəsinə qayıdışını” simvolizə etdiyi və ölkənin mülki aviasiya sektorunda “bərpa mərhələsinin başlanğıcı” olduğu vurğulanıb.

    Xatırladaq ki, Avropa aviaşirkətləri təhlükəsizlik səbəblərinə görə 1990-cı illərin əvvəlindən etibarən Bağdad Beynəlxalq Hava Limanına birbaşa uçuşlar həyata keçirmirdi. Bu qərar İraqın keçmiş lideri Səddam Hüseynin Küveyti işğal etməsindən sonra qəbul edilmişdi.

    2003-cü ildə ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin müdaxiləsindən sonra Səddam Hüseyn hakimiyyətdən devrilib, lakin ölkə uzun illər vətəndaş müharibəsi, məzhəbi qarşıdurmalar və silahlı qruplaşmaların fəaliyyəti ilə üzləşib.

    Bildirilib ki, son illərdə təhlükəsizlik vəziyyətinin nisbətən sabitləşməsi fonunda İraq hökuməti xarici investisiyaların cəlb edilməsi və iqtisadiyyatın canlandırılması istiqamətində addımlar atır.

    Nazirliyin məlumatına əsasən, Bağdad-Afina-Bağdad marşrutu üzrə reyslər həftədə iki dəfə həyata keçiriləcək və tələbatdan asılı olaraq uçuşların sayının artırılması istisna edilmir.

    Qeyd edək ki, “Aegean Airlines” bu ilin əvvəlində İraqın şimalındakı muxtar Kürdüstan regionunun paytaxtı Ərbilə də reyslərə başlayıb. Region təhlükəsizlik baxımından ölkənin digər hissələri ilə müqayisədə daha sabit ərazi kimi təqdim olunur.

    #35 ildən sonra ilk Avropa aviaşirkətinin təyyarəsi Bağdada enib #Bağdad Avropa aviasiya xəritəsinə qayıdır #Yunanıstan aviaşirkəti Bağdada reyslərə başlayıb #Первый за 35 лет рейс европейской авиакомпании прибыл в Багдад #Ирак возвращается на авиационную карту Европы #Греческая авиакомпания начала полеты в Багдад #First European airline flight in 35 years lands in Baghdad #Baghdad reopens to European air traffic after decades #Greek airline resumes flights to Iraq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    35 ildən sonra Avropa aviaşirkətinin ilk reysi Bağdada enib

    16 Dekabr 2025 22:01

    Avstraliyanın sabiq baş naziri Netanyahunu ölkənin daxili siyasətinə qarışmamağa çağırıb

    16 Dekabr 2025 21:18

    Qəzza üzrə Beynəlxalq Sabitləşdirmə Qüvvəsi artıq fəaliyyət göstərir - Tramp

    16 Dekabr 2025 19:46

    İsrail həbsxanalarında iğtişaş riski ilə bağlı xəbərdarlıq edilib

    16 Dekabr 2025 19:11

    Livanda sabiq iqtisadiyyat naziri Amin Salam girov qarşılığında azadlığa buraxılır

    16 Dekabr 2025 18:30

    Qəzzada soyuqdan bir körpə daha həlak olub

    16 Dekabr 2025 15:54

    ABŞ Netanyahuya Qəzza və regional siyasətə görə sərt mesajlar ünvanlayıb

    16 Dekabr 2025 14:41

    Movasalat Qətərdə ilk RoboTaxi xidmətini istifadəyə verib

    16 Dekabr 2025 11:41

    Səudiyyə müdafiə naziri ABŞ prezidentinin baş müşaviri ilə regional inkişafları müzakirə edib

    16 Dekabr 2025 11:32

    İsrail hərbçiləri İordan çayının qərb sahilində fələstinli yeniyetməni güllələyib

    15 Dekabr 2025 22:29

    Netanyahu Barakın Türkiyənin Qəzzada iştirakını dəstəkləməsindən narahatdır

    15 Dekabr 2025 21:34

    İsrailin Suriyadakı hərbi reydləri bufer zona xəttini genişləndirir

    15 Dekabr 2025 20:52
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 17 Dekabr

    Rusiyada Deutsche Welle arzuolunmaz təşkilatlar siyahısına daxil edilib

    35 ildən sonra Avropa aviaşirkətinin ilk reysi Bağdada enib

    BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Nobel Sülh Mükafatına namizəd göstərilib

    Avstraliyanın sabiq baş naziri Netanyahunu ölkənin daxili siyasətinə qarışmamağa çağırıb

    Qış şəraiti Ukrayna üçün ciddi problem yarada bilər - Zelenski

    Vergi və sosial sığorta qanunvericiliyinə son dəyişikliklər təqdim olunub

    Ağalıda növbəti əmək yarmarkası keçirilib

    Qəzza üzrə Beynəlxalq Sabitləşdirmə Qüvvəsi artıq fəaliyyət göstərir - Tramp

    Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.