Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Nobel Sülh Mükafatına namizəd göstərilib

    16 Dekabr 2025 21:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese və Qəzza zolağında fəaliyyət göstərən həkimlər 2026-cı il Nobel Sülh Mükafatına namizəd göstərilib.

    AzerVoice-un məlumatına görə, bu barədə Avropa Parlamentinin Sloveniyadan olan üzvü Matyaj Nemets X sosial şəbəkə hesabında açıqlama verib. O bildirib ki, namizədlik Norveç Nobel Komitəsinə Avropa Parlamentinin Strasburqdakı sessiyası çərçivəsində rəsmi şəkildə təqdim olunub.

    Nemetsin sözlərinə görə, Françeska Albanesenin və Qəzzada çalışan həkimlərin namizədliyi 33 ölkədən, o cümlədən Braziliya, Cənubi Afrika, Kanada, Avstraliya, Yeni Zelandiya və Böyük Britaniyadan olan təxminən 300 nüfuzlu şəxs tərəfindən dəstəklənib.

    Deputat vurğulayıb ki, bu namizədlik “ən çətin şəraitdə əsas insani dəyərləri müdafiə edən insanların cəsarətinə, səylərinə və qətiyyətinə hörmətin ifadəsidir” və siyasi fikir ayrılıqlarını aşan sülhə töhfə kimi qiymətləndirilməlidir.

    Matyaj Nemets Françeska Albanesenin beynəlxalq hüquq və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinə diqqət çəkərək, onun İsrail və ABŞ tərəfindən tətbiq edilən sanksiyalara, eləcə də ciddi siyasi təzyiqlərə baxmayaraq, mandatını yerinə yetirməyə davam etdiyini bildirib.

    Onun sözlərinə görə, Albanese beynəlxalq hüquq sisteminin qorunmasının vacibliyini ardıcıl şəkildə müdafiə edir və bu mövqeyi ilə İkinci Dünya müharibəsindən sonra formalaşdırılmış beynəlxalq hüquq nizamının əhəmiyyətini xatırladır.

    Açıqlamada Qəzza zolağında çalışan həkimlərin də fəaliyyəti xüsusi qeyd olunub. Nemets bildirib ki, həkimlər — o cümlədən Hüssam Əbu Safiyə və Sara əl-Sakka - silahlı münaqişə şəraitində həyatlarını riskə ataraq tibbi xidmət göstərməyə davam edirlər.

    Deputat vurğulayıb ki, Qəzzada səhiyyə infrastrukturu faktiki olaraq dağıdılıb və əsas ehtiyac vasitələrinin ciddi çatışmazlığı mövcuddur. Buna baxmayaraq, həkimlər hər gün insan həyatını xilas edərək humanizm, həmrəylik və sülh dəyərlərinə sadiq qalırlar.

    #BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Nobel Sülh Mükafatına namizəd göstərilib #Françeska Albanese və Qəzza həkimləri Nobel Sülh Mükafatı üçün irəli sürülüb #Avropa Parlamentindən Nobel Sülh Mükafatı təşəbbüsü #Спецдокладчик ООН по Палестине выдвинута на Нобелевскую премию мира #Франческа Альбанезе и врачи Газы номинированы на премию мира #В Европарламенте поддержали номинацию Альбанезе #UN Special Rapporteur on Palestine nominated for Nobel Peace Prize #Francesca Albanese and Gaza doctors put forward for 2026 Nobel Peace Prize #European lawmakers back Nobel Peace Prize nomination #Françeska Albanese Nobel Sülh Mükafatına namizəd olub #Qəzza həkimləri Nobel mükafatına təqdim edilib
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Almaniya kansleri Avropanın "nüvə qalxanı"nın yaradılmasını təklif edir

    13 Fevral 2026 22:08

    Dünyanın ən böyük aviadaşıyıcısı Yaxın Şərqə göndərilir

    13 Fevral 2026 20:45

    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək

    13 Fevral 2026 13:31

    Suriyadan İraqa köçürülən minlərlə İŞİD üzvü istintaqa cəlb edilib

    13 Fevral 2026 12:01

    Səudiyyə Ərəbistanı və Pakistan strateji müdafiə tərəfdaşlığını gücləndirir

    13 Fevral 2026 09:53

    Səudiyyə Ərəbistanında kadr islahatı: Kral Salmandan şok təyinatlar - Kəşfiyyat rəhbəri də dəyişdi

    13 Fevral 2026 07:29

    İranla bir ay ərzində razılıq əldə oluna bilər – Tramp

    13 Fevral 2026 07:22

    Banqladeşdə səsvermə başa çatıb, sayım başlayıb

    12 Fevral 2026 21:08

    Böyük Britaniya Ukraynaya 1000 ədəd çoxməqsədli raket göndərəcək

    12 Fevral 2026 20:10

    Epstein sənədlərində MİT-in Suriyada ABŞ-a qarşı əməliyyatı barədə məlumat verilib

    12 Fevral 2026 18:38

    Çin Venesuela neftinin idxalını bərpa edib

    12 Fevral 2026 17:26

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06
    XƏBƏR LENTİ

    Bu gün Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

    Ankarada cinayətkar qruplaşmaya qarşı əməliyyat: 23 nəfər həbs olunub

    Özbəkistan bazarında Türkiyə poladı geriləmə göstərib (ÖZƏL)

    ABŞ aralıq seçkilərə hazırlaşır

    "Müqavimət Oxu"nun süqutu: Vaşinqton niyə İranın zəiflədiyini düşünür?

    Bu gün SSRİ və ÇXR arasında qarşılıqlı müdafiə müqaviləsi imzalanıb

    Prezident İlham Əliyev: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil

    Prezident İlham Əliyev “France 24”ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışdı

    Prezident İlham Əliyev: Normallaşma prosesi uğurla irəliləyir

    Prezident İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.